Kayıtlar

2024 tarihine ait yayınlar gösteriliyor

Atomic Habits - James Clear | Atomik alışkanlıklar

Resim
 Pis vərdişlərindən qurtulub yaxşı vərdişlərə yiyələnməyin əslində çox sadə bir yolu var imiş. James Clear-in Atomic Habits, yəni Atomik Alışkanlıklar kitabını oxuyaraq bu sadə həll yolunu öyrənə bilərsən. Bu kitabı oxuduqdan sonra bir daha əmin oldum ki, əslində gözümüzə kiçik görünən vərdişlər sonda böyük nəticələrə gətirib çıxarda bilir. Kiçik vərdişlər sanki sehirli gücə malikdir. Düşünün 1 il boyunca hər gün 1 faiz irəliləyiş əldə etmək, il sonunda sizi irəlilədiyiniz həmin yolda 37 qat daha yaxşı və daha güclü edecəkdir.   Sözsüz ki, bəzən bir dövr olacaq, sizə elə gələcək ki, sanki heç bir irəliləyiş yoxdur, sanki siz yerinizdə sayırsınız . Amma bu əsla belə deyil. Məsələn, Bambu ağacı yer altında geniş kök salanadək düz 5 il boyunca əsla görülməz, hiss edilməz, lakin cəmi 6 həftə içində 27 metr yüksəkliyə çatır.  Və ya iki tektonik təbəqə əsrlər boyu sürtünür və bu xırda təzyiqə səbəb olur, lakin bir gün təbəqələr arasındakı o xırda sürtünmə bu dəfə artıq zəlzəzləyə səbəb olur.