Dahi Çoçuk Yetiştirmek - Erdinç Güllü

Məni tanıyan bir çox insan uşaqları nə qədər çox sevdiyimi gözəl bilir. Bugünkü kitabım da sırf onlarla bağlıdı. Erdinç Güllünün "Dahi Çoçuk yetiştirmek" kitabını əlimdə görən qrup yoldaşlarım təəccüblənərək əvvəl-əvvəl mənə çox gülmüşdü, belə kitabları oxumaq sənin üçün tez deyilmi deyirdilər, amma day bilmirlər ki, bizim evdə də 5 yaşında Atillamız böyüyür :) Bu kitabı da sırf onun üçün almışdım. "Dahi Çoçuk yetiştirmek" yeni ana olacaq bütün xanımlara məsləhətdir. Ümumiyyətlə, mən uşaq psixologiyası ilə bağlı kitabları çox sevirəm. Çünki bir çox insan zəmanə dəyişdiyi halda uşaqlarını hələ də keçmişin metodları ilə böyüdərək səhvlərə yol verir və bu kimi kitabları mənasız görüb oxumayaraq, rəftarlarında heç bir düzəliş etmirlər. Halbuki Hz. Əli nə demiş, Çoçuklarınızı yaşadığınız çağa göre değil, yaşayacakları çağa göre yetiştirin. Ananın hələ bətnində körpəsini hiss etdiyi andan uşağın 6 yaşına qədər n...