Kayıtlar

Nisan, 2013 tarihine ait yayınlar gösteriliyor

Əli Xəyyam - Deyil

Resim
Bugün sizə əvvəlkilərdən fərqli olaraq gənc şairlərimizdən birinin kitabı haqqında yazacam. Blogumu izləyənlər bilir ki, nədənsə daha çox dünya ədəbiyyatından oxuyuram. Bəlkə də öz kitablarımızdan küsməyimə səbəb bizim nəşriyyatların çıxartdığı keyfiyyətsiz kitablardır.  Əli Xəyyamın "Deyil" kitabın da mən almamışam, sadəcə olaraq dostlarımdan Aynurun paylaşdığı bir şeir marağımı çəkmişdi və mən yazıçını başqasıyla səhv salmışdım :))) Yazıçının adı Əli Xəyyamdı, məndə ki, yuxulu olmuşam deyəsən, ona görə yanlışlıqla Ömər Xəyyam oxumuşam :D  Sağ olsun Aynur kitabı mənə oxumağa verdi.   Kitab dediyim 72 səhifəlikdi və içində maraqlı şeirlər var. Amma bu siz bildiyiniz şeirlərdən deyil, əzizlərim :)  Demək olar ki, bu şeirlərin qafiyəsi filan yoxdu. Ədəbiyyatdan məlumatım olmadığı üçün bu üsluba nə deyildiyin bilmirəm, amma kitabda yapon şeir forması olan “hokku” üslubu nun varlığından xəbərim oldu. Sən demə bu misralar hokku üslubu sayılır: Sən

PuCCa - Allah beni böyle yaratmış

Resim
Puccanın kitabları haqqında yadınızdadırsa, burdakı və burdakı yazımda sizə bəhs etmişdim. Bu serinin 3-cü kitabı isə "Allah beni böyle yaratmış" dı. 3-cü kitab olmasına baxmayaraq, Pucca burda daha çox universitetdə oxuduğu zamanlardan, o vaxt sevdiyi Ankaralı gəncdən yazıb.   Düzü bu kitab məni digərləri qədər güldürmədi, əksinə bir az üzüb, bir az da hirsləndirdi. Kitabı oxumayanlara deyim ki, Puccanın dəlicəsinə sevdiyi oğlan Ankaralı tam bir ayıdı :D Yəni, zarafatsız oğlan o qədər kobud, qıza qarşı duyarsızdı ki, düzü mənə bir nəfəri xatırlatdı. Bəlkə də sırf buna görə kitabı oxuyub qurtaranda üzümdə heç bir təbəssüm yox idi. Fikirləşin,  o oğlan Puccanı döyüb öldürsə, günlərlə axtarmayıb maraqlanmasa belə qız onu yenə də çox istəyirdi. Hətta ayrılmamaları üçün bir dəfə evini belə yandırmışdı. Sırf oğlan peşman olub geri qayıtsın deyə . Bəlkə də indi bəziləriniz deyir ki, bu qızın ağılsızlığıdır, ağlı olardı eləməzdi, amma aşk işte... İnsana neler yapdırmı

Kahraman Tazeoğlu - Bambaşka

Resim
Çoxdandır heç bir kitab haqqında yazmıram deyə özümü lap bir təhər  hiss edirdim. Amma nəhayət bugün sizə çooox bəyəndiyim bir kitab haqqında yazıram. Kahraman Tazeoğlu – yazdığı kitablar və şeirlər ilə özünə böyük bir oxucu kütləsi qazanmış, aşkla bağlı kitab oxumağı sevənlərin, romantik oxucuların bir nömrəli yazıçısıdır.   Kahraman Tazeoğlunun “Yarım Sevgili” şeirin ilk oxuduğum andan o qədər çox bəyənmişdim ki, bəlkə indiyə qədər o şeiri azı 10 dəfə təkrar-təkrar oxumuşam.  Bir şeiri bu qədər gözəl yazan birinin görün yazdığı kitablar necə olar?! (Yazımın sonunda həmin şeiri oxuya bilərsiz) Tazeoğlundan oxuduğum ilk kitab   “Bambaşka” oldu. Elə ilk səhifələrindən məni xatirələrə aparan bu kitab doğrudan da çox fərqli, çox səmimi, çox içdəniydi.  Kitabı ödünç aldığım üçün xoşuma gələn hissələrin altından xətt çəkə bilmirdim və sırf buna görə mən də tənbəllik eləməyib xoşuma gələn hər cümləni qeyd dəftərçəmə köçürdüm. Elə maraqlı oldu ki, bu kitabı oxumaq. B