Endirimdə aldığım Kitablar



Novruz bayramının astanasında hamınızı xoş gördük :) Bu aralar başım dərslərə, bayrama görə evdəki hazırlıqlara qarışdığından kitablarımdan da, blogumdan da bir az ayrı düşmüşəm, amma inşallah qovuşmağımıza az qalıb :))

Bugünkü yazım son zamanlarda aldığım endirimli kitablar haqqında olacaq.

 Bakumozun sevgililər günündəki kampaniyası və Ali & Ninonun hər həftə keçirdiyi 70 % endirim kampaniyası bu aralar əməlli başlı üzümü güldürüb. Hətta nə yalan deyim Ali və Ninonu  artıq sevməyə də başlamışam))
 Sözü çox uzatmadan son günlərdə aldığım kitablara keçirəm:  


Bu kitabın kapağına bayıldım desəm yeridir. Ümumiyyətlə son zamanlarda DEX yayınları çox maraqlı kitablar çap edir və hamısının da üz qapağı bir-birindən qəşənqdir. Adam istəyir bütün kitabları alıb oxusun)) Maraqlısı isə odur ki, bu kitabların əksəriyyəti fantastik mövzuludur. İnanıram ki, Yerkara sevəcəyim, bəyənərək oxuduğum kitablardan biri olacaq. 


Yuxarıda gördüyünüz Frederik Nitşenin "Kişi nasıl kendisi olur" kitabı isə mənim sevgililər günü hədiyyəmdi) Yox, yox, o dəqiqə bəxtəvərləməyin) Yerkara kitabını Bakumozdan 14 fevral kampaniyası vaxtı aldığım üçün bu kitabı da hədiyyə olaraq qazanmışdım) 
Artıq kitabı oxumağa başlamışam, hələ ki, maraqlıdır. İnşallah qısa zamanda kitabı bitirb fikirlərimi sizinlə bölüşəcəm. 


Nəhayət sıra gəldi Ali & Nino-dan aldığım 70 % endirimli kitablara)
Paulo Coelhonun bu kitabı 11.40 AZN olduğu halda, mən bu kitabı endirimdə təxminən 3 manata almışdım) Belə bir vəziyyətdə nə qədər sevindiyimi həralda təxmin edə bilirsiz) Doğrudan da göydən düşmə bir fürsət olmuşdu mənim üçün)

Agatha Christie - Bu kitabı 70% endirimdə görəndə çox təəccüblənmişdim. Bir az çətin olsa da, sonunda  kitabı endirim vaxtı almaq qismət oldu) Təşəkkürlər, Ali & Nino) Nəhayət ki, mənim də kitabxanamda Agatha Christienin özünə məxsus yeri olacaq. Bu kitabı oxumaq üçün rahat bir vaxt gözləyirəm. Bu cür maraqlı kitabları elə belə oxuyub heyif edə bilmərəm :)


Düzü belə bir kitabın varlığından xəbərsiz idim. Kitabı bu həftə endirimdə görəndə arxa səhifəsində  yazılanlar diqqətimi çox çəkmişdi. Buyurun, bu da Guillaume Mussonun "Seni bulmaya geldim" kitabından diqqətimi çəkən o sözlər:

Bir erkek, bir kadın, bir çocuk.
Uçurumun kenarındaki üç insan.
Yolları kesişen, birbirini hem sevip hem yıkıma sürükleyen üç kişi.
Geriye dönüşü olmayan noktayı geçtiler mi?
Her şeyi değiştirebilmeleri için 24 saatleri var.
Peki ama, aşk ölümü alt edebilir mi?
İnsan hep zamanı olduğunu sanır, ama gün gelir, geriye dönüşü olmayan noktayı aştığını, artık geriye dönmenin mümkün olmadığını fark eder. Zaman varken yaşamak için, sevmek için acele edin. Fırsat ellerinizin arasından kayıp gidebilir…


Bu kitab da Ali ve Ninoda bu həftə endirimə qoyulan azərbaycan dilindəki kitabdır. Nə əcəbsə, bu dəfə Klassik kitablardan qoymamışdılar) Əslində Qanun nəşriyyatının kitablarını oxuyanda tərcüməyə, redaktə səhvlərinə  əsəbləşdiyimdən almağa üstünlük vermirəm. Hətta çox vaxt kitab lap 1 manat olsa da almıram. Amma nədənsə bu kitab marağıma səbəb oldu və almağa qərar verdim. Görək Firudin Ağazadənin tərcüməsi oxumağa dəyərdir ya yox :)

Gördüyünüz kimi bunlar da son zamanlarda aldığım kitablardı. Oxunası kitablarımın sayı gündən-günə daha da artır) Tü-tü-tü Maşallah deyim, sonra öz gözüm dəyər) Fazla kitab nəyə zərərdir ki guya)

Necə deyərlər, 
 Kitab nə qədər çox olsa basılmaz Vətən :)))

İndi isə hələlik, dostlar. Hamınıza bu həftə sonunda xoş istirahətlət arzulayıram :)

Yorumlar

  1. Arzu xanım,lap paxıllığım tutudu bu kıtablara...heqıqeten maraqlı kıtablara benzeyırler..Endirim birde ne zaman olacaq bilmirsiz?

    YanıtlaSil
    Yanıtlar
    1. Düzü mən də kimdəsə çoxlu maraqlı kitab görəndə paxıllıq eliyirəm :) İstiyirəm məndə də olsun) Endirim hər həftə Ali Ninoda olur. Mağazaya yaxınlaşın, bu həftə endirimdəki kitablar hansılardır soruşun özləri sizə göstərəcək)

      Sil
  2. Ay cox sagolun, sız yenede endırımden xeberdar olsanız bura yazın zehmet olmasa..cunkı sızın aldıqlarınız heqıqeten cox gozel kıtablara oxsayır...sıze bol-bol xos vaxtlar kıtablarınızla bırlıkde.

    YanıtlaSil
    Yanıtlar
    1. Çox sağ olun, Esmer xanım) Çalışaram sizi xəbərdar edim)

      Sil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan