Miri Yusif Solo Konserti

Bugün sizə dünən getdiyim və çoooox çooox bəyəndiyim Miri Yuif solo konserti haqqında yazmaq istəyirəm) Düzü keçən dəfə Röyanın "Sənə ehtiyacım var" konsertinə gedəndən sonra qabağıma məqsəd qoymuşdum ki, bundan sonra ifasın bəyəndiyim bütün müğənnilərin konsertində iştirak edəcəm. Miri Yusif də həmin siyahıda olanlardan biriydi. Konsertin başlamağına son 3 saat qalmış xəbər tutsam da, bilet tapıb o möhtəşəm konsertdə iştirak etmək mənə də qismət oldu) Düzdü mahnıların hamısını əzbər bilməsəm də, bildiklərimi Miri Yusiflə, bütün zalla birgə oxumaq-əylənmək çox əlaydı! İnanın kosertin qurtarmağın istəmirdim, baxmayaraq ki, Röyanın keçən konsertində çox darıxmışdım) Darıxmağıma səbəbsə, Röyanın indiyə qədər eşitmədiyim mahnıları oxuması, onsuzda 5-6 mahnıdan ibarət olan konsertində yarım saat da paltarını dəyişməsini gözləməyim olmuşdu) Mirini sevdim, çünki non-stop music keyfi yaşatdı bütün dinləyicilərinə) İnanın bütün zal yorulmadan konsert boyu əl çalırdı. Mahn...