Ahmet Batman - Soğuk Kahve

Son günlərin ən populyar yazıçısı Ahmet Batman və onun məşhur kitabı "Soğuk Kahve" :) Bu kitabdan paylaşılan sitatları yəqin aranızda görməyən yoxdur. Sırf o bir-birindən maraqlı cümlələrinə görə bu kitab oxucular tərəfindən bu qədər çox sevildi :) Kitab roman şəklində deyil, sadəcə olaraq yazıçının oxucu ilə olan həyat haqqında söhbətinə bənzəyir. Yazıçıın bəzi cümlələrində insan sanki özünü tapır. Düzü bu kitab haqqında "kitabı elə bil şizofren yazıb" sözün də eşitmişəm, amma məncə o insanlar kitabda Ahmet Batmanın çatdırmaq istədiyini anlamayıblar. Yazılarında bir söhbətdən qəfil digərinə keçən Ahmet Batman kitabda bunu özü də qeyd edir, yazılarım fikrim qədər çox dağınıqdı deyir , amma bu mənə görə oxucunu narahat edən bir şey olmamalıdır, əksinə bir növ yazıçının səmimiliyinə nümunədir. Amma yenə də əlbəttə zövqlər fərqlidir, birinin bəyəndiyini digərləri bəyənməyə bilər :) Kahraman Tazeoğlu da bu üslubda yazır və onun da Bambaşka kitabın oxumuşdum....