Keçən həftə yaxın bir qohumun toyuna görə ailəlikcə Tovuza yola düşdük. Tovuza getmişkən Gəncəni gəzməyi də ihmal etmədik. Gəncədə daha əvvəl olmadığımdan mənim təsəvvürümdə ora tam başqa cür idi. Amma gedib gördüm ki, Gəncə heç də düşündüyüm kimi deyil, daha gözəl və müasirdi. Bakıdakı Mango, Zara, LC Waikiki kimi bütün mağazalar orda da varıydı. Yerli əhali də çox qəşənq, dəblə geyinmişdi. Bakıdan bircə fərqi o idi ki, Gəncə sakitçilikdi. Bakıdakı kimi səs-küy, sıxlıq orda yoxuydu. Adam şəhəri gəzəndə doğrudan da dincəldiyini hiss edirdi. Gəncəyə gedib Gəncə paxlavasının dadına baxmasaydıq olmazdı. Şəki paxlavası , türk paxlavası qədər olmasa da bu paxlava da pis deyildi :) Çayımızı içdikdən sonra Gəncənin ən məşhur küçəsi Cavadxan küçəsinə getdik. Deyəsən ora da bizim Nizami küçəsi (Tarqovıy) sayılır. Qəşənq mağazalar olsa da, ordakı qiymətlər Bakıdakından heç də geri qalmırdı. Sonra elə həmin küçədə mu...