23.09.12 Mənim Ad günüm =)

Salam, dostlar. İşlərimin çoxluğundan bu aralar bloga vaxt ayıra bilmirdim. Nəhayət bugün imkan edib yazımı yazmağa vaxt tapdım) Deməli bugünkü yazım nə bir kitab, nə də maraqlı bir film haqqında olacaq =) Bugünkü yazım mənim həyatımla bağlıdır. Bu yazını sizin üçün yox, özüm üçün yazıram... İllər keçəndən sonra bugün yazdıqlarım mənə doğrudan da çox maraqlı gələcək çünki =) Ona görə də əgər sizi sırf elmi bir şey maraqlandırırsa, bundan sonrasını oxumamağınızı məsləhət görərdim :)