Salam, dostlar. Bugün haqqında danışacağım kitab Türkiyədə ən çox satılan "Sosyal Başarı" kitabıdır. Yazıçının adı Mümin Sekman dır. Bəlkə də bəziləri bu adı ilk dəfə eşidir, amma bu insan Türkiyədə reytinqləri alt-üst edən kitabın müəllifidir. Ankara Universiteti "Hüquq" fakültəsinin məzunu olmasına baxmayaraq Mümin Sekman heç vaxt hüquq sahəsində çalışmamışdır. O gənc yaşlarından Türkiyənin uğur qazanmış iş adamlarının, məşhurlarının həyatını incələmiş, analiz etmiş və həyatda onlar kimi uğur qazanmağın yollarını tapıb öz oxucuları ilə bölüşmüşdür. Bir ildə 400.000 ədəd satılaraq reytinqlərdə birinci yerdə taxt quran kitab isə "Her şey seninle başlar" dır. Kitaba internetdə təsadüfən rast gəlmişdim və kitabın arxa qapağındakı sözlər diqqətimi çəkmişdi: "Çarəsizlik öyrədilmişdir. Elə isə Uğur qazanmaq da öyrədilə bilər. Səndə düşündüyündən daha çoxu var! Gələ biləcəyin ən yaxşı yerdə deyilsən. Yeni bir həyat üçün lazım o...