Tres Metros Sobre el Cielo (2010)

"Tres Metros Sobre el Cielo" ( Göyün 3 - cü qat ı ) İlk məqaləmi bu filmə həsr etməyimin səbəbi sadəcə, son zamanlar izlədiyim ən maraqlı, ən romantik kino olması deyil, həmçinin bu filmin mənə digər filmlərdən müəyyən qədər fərqli təsir bağışlamasıdır... Film adından da göründüyü kimi İspan filmi olsa da romanın ekranlaşdırılması İtalyan yazıçısı və rejissoru Federiko Moççiaya məxsusdur. Belə ki, 2004-cü ildə italyanca ekranlaşdırılan bu filmin 2010-cu ildə İspan versiyası çəkilmişdir. Romanda və filmin italyan versiyasında hadisələr Romada baş verir və baş qəhrəman Stefana Mançini, ləqəbi isə Step olur.