12/31/2012

Şahbaz Xuduoğlunun acizliyi!

Düzü bugün blogda yeni bir yazı paylaşmaq fikrim yox idi. Amma görünür ilin son günündə yazdığım bu yazı Şahbaz Xuduoğlunu bir az da yandıracaq! :D
Deməli, bugün  Qanun “Google Translate” evinin (nəşriyyat evi deməyə dilim gəlmir) rəhbəri Şahbaz müəllim özünü hamıdan ağıllı sayaraq belə bir status paylaşmışdı:

12/29/2012

2013-cü ildə Onu birinci Siz Təbrik edin!

Yeni ilin astanasında hamınızı xoş gördük, dostlar! Yəqin blogda etdiyim bir-iki dəyişikliyi də hiss etdiz =)
Səhifənin üstündə sağdakı yeni il bəzəyi şəxsən mənim çoooox xoşuma gəldi :) Evimizi bəzəmişkən, blogumu bəzəməmək ayıb olardı :)

12/26/2012

Requiem for a dream (2000)



İnsan psixologiyasın sarsıdan bir film!
Bu gün sizə bir neçə gün öncə baxdığım, amma heç vaxt unutmayacağım bir film haqqında yazmaq istəyirəm. Bəlkə də bir çoxlarınız bu filmə illər öncə baxıb, çünki film 2000-ci il istehsalıdır. 

Baxmayanlar isə yazacaqlarımı oxuduqdan sonra məsləhət bilsə mütləq bu filmə baxsın. Məsləhət bilsəniz deyirəm, çünki bu filmə baxmaq üçün həm ən azı 18 yaşınız olmalıdır (18+), həm də güclü sinir sisteminə sahib olmalısınız. Film özü  1987-ci ildə  Hubert Selby Jr-in yazdığı eyni adlı roman əsasında səhnələşdirilib.

12/23/2012

The Words / Çalıntı Hayat (2012)

Növbəti yazımla yenə qarşınızdayam =) Son 3-4 ayda bloguma yetəri qədər zaman ayırmadığımdan görürəm ki, izləyicilərimin sayı da azalıb. Artıq əvvəlki qədər rəylər ala bilmirəm sizdən. Yəqin bu həm də bir çoxumuzun başının dərslərə, imtahanlara qarışması ilə əlaqədardır.

 Yeri gəlmişkən, yaxın zamanda imtahan verəcək bütün tələbələrə uğurlar arzulayıram. İnşallah bu sessiyanı da sağ-salamat başa vurarıq =) 

12/21/2012

Məsləhətli Film Axtaranlar, Diqqət Buraya!

Salam, dostlar! Bügünkü yazım hərhalda kino həvəskarlarını daha çox sevindirəcək. Çünki bugün son zamanlarda baxdığım filmlər haqqında maraqlı bir yazı yazmaq istəyirəm. Bu filmlərin arasında məni ağladanı da oldu, güldürəni də...Çox təriflənilməsinə baxmayaraq heç sevmədiyim də oldu, hansı ki, sadəcə olaraq dəyərli vaxtımı məndən aldı :(
Siz də filmə baxandan sonra "2 saatım boş-boşuna buna getdi?!" deməyəsiniz deyə film məsləhətlərimi təqdim edirəm :)

12/15/2012

A Walk to Remember (2002) / The Lucky One (2012)

Avropanın, Amerikanın sevdiyi yazıçılardan biri, elə bəlkə də biricisi Nicholas Sparks.

"The Notebook”, “The Lucky one”, “The Wedding”, “Dear John”,  “Message in a Bottle”, “A Walk To Remember”, “The Last Song” və s. yazıçının bestseller siyahısa daxil olmuş kitablarıdır. 

Nicholas Sparksın çox geniş oxucu kütləsi var və onun kitabları bir çox dillərə tərcümə edilmişdir. Azərbaycan dilinə tərcümədə isə mən bildiyim qədəri ilə hələ heç bir kitabı yoxdur.

12/14/2012

GAYların Sevgisindən bəhs edən kitab!


Ayşe Kulin.. Yəqin ki, bir çoxunuz bu adı eşitmisiniz. Bu xanım Türkiyənin məşhur yazarlarından biridir. O bu şöhrəti 1997-ci ildə yazdığı biyoqrafik roman olan  “Adı: Aylin”  kitabı ilə qazanmışdır. Məhz bu kitab sayəsində Ayşe Kulin elə həmin ili İstanbul kitab fuarı tərəfindən  “İlin yazıçısı”  nominasiyasında mükafatalandırılmışdır.
Kulinin  yaradıcılığıyla tanışlığım isə  “Gizli anların Yolcusu” kitabı ilə oldu. Düzü kitabın nədən bəhs etdiyini bilmədən, Ali Ninoda 70% endirimli olduğuna görə almışdım =)

11/30/2012

Erich Fromm - Sevmək sənəti


Həqiqətənmi məhəbbət bir sənətdir? Sevməyi məgər kitablardan öyrənə bilərikmi?
Bugün sizə haqqında yazacağım kitabı məhz adı diqqətimi çəkdiyi üçün almışdım.  Adından da göründüyü kimi  sevmək nəzəriyyəsindən, sevməyin özünün də bir sənət olduğundan bəhs edən bu kitab məşhur alman filosofu və psixoloqu Erich Fromma məxsusdur.

11/04/2012

Sünnət olunan qızların taleyi!

Salam, sevgili kitabsevərlər! Bugün sizə bilmədiyimiz həyatları, yaşam tərzlərin bizə çatdıran bir kitab haqqında yazmaq istəyirəm.

“Çöl Çiçeği” adlanan bu kitab 1998-ci ildə  Afrikalı bir xanım, Waris Dirie tərəfindən qələmə alınıb. Satışa çıxdığı ilk gündən Bestseller siyahısına daxil olan kitab təkcə Almaniyada 1 milyondan çox satılıb.

10/13/2012

Necə bir saata bir kitab oxuyaq? Sürətli oxu!

Salam,  dostlar. Bugün sizə satışa çıxmasını çoxdandır gözlədiyim bir kitab haqqında yazmaq istəyirəm. Böyük maraqla oxuduğum bu kitabın adı “Sürətli Oxu”dur!

Kitabda göstərilən məşqlərdən istifadə edərək 1 saata bir kitabı oxuyub bitirə bilərsiz!

10/07/2012

Ronda Bern - Sirr (The Secret) kitabı



Salam, sevgili kitabsevərlər! Son 1 ayda işlərimin çoxluğundan  nə kitab oxuya, nədəki bloguma vaxt ayıra bilirəm. Amma inşallah oktyabrın 11-indən sonra işlərim yenə yüngülləşəcək və oxumaq üçün darıxdığım kitablarıma qovuşacam =)
Bugün haqqında yazmaq istədiyim kitab  çoxlarınız eşitdiyi, dünyada 19 milyon nüsxədən çox satılmış, 45 dilə tərcümə edilmiş  “Sirr” kitabıdır. 

9/25/2012

23.09.12 Mənim Ad günüm =)


Salam, dostlar. İşlərimin çoxluğundan bu aralar bloga vaxt ayıra bilmirdim. Nəhayət bugün imkan edib yazımı yazmağa vaxt tapdım)
Deməli  bugünkü yazım nə bir kitab, nə də maraqlı bir film haqqında olacaq =)
Bugünkü yazım mənim həyatımla bağlıdır. Bu yazını sizin üçün yox, özüm üçün yazıram...
İllər keçəndən sonra bugün yazdıqlarım mənə doğrudan da çox maraqlı gələcək çünki =)
 Ona görə də əgər sizi sırf elmi bir şey maraqlandırırsa, bundan sonrasını oxumamağınızı məsləhət görərdim :)

9/18/2012

"Norveç meşəsi" kitabını O qazandı!


Axşamınız xeyir, dostlar! Bildiyiniz kimi bugün saat 23:00-da "Haruki Murakaminin Norveç meşəsi kitabını Sən Qazan!” adlı layihəmizə qeydiyyat sona çatdı və mən indi cavabları sizə açıqlamalıyam.
Amma əvvəlcə istəyirəm bir az ürəyinizi çəkim =)
 Deməli İyul ayında Elif Şafkaın "Aşk" kitabını qazanmaq üçün 19 nəfər kitabsevər iştirak etsə də, sentyabr ayımızın hədiyyə kitabı olan Haruki Murakaminin "Norveç Meşəsi" kitabını qazanmaq üçün 34 iştirakçı qeydiyyatdan keçdi. 

9/15/2012

Facebookda spam mesajlardan və reklamlardan qurtulmağın ən sadə yolu!


Salam, dostlar. Bugünkü yazım bütün Facebook istifadəçilərini narahat edən bir məsələ haqqındadır!

Bildiyiniz kimi son zamanlarda Facebookda spam mesajlar ve reklamlar hər kəsi bezdirib.
 İstəmədiyimiz halda bəzi məhsulların reklamı dostlarımızın profilində, idarəçisi olduğumuz səhifələrdə yayımlanaraq insanları narahat edir.
Bundan qurtulmağın və profilinizi bu cür spam reklamlardan qorumağın isə çox sadə yolu var!

9/14/2012

My Sassy Girl - Hırçın Sevgilim (2001)

Salam, dostlar. Necəsiz?  Daha bir Koreya filmi ilə yenə qarşınızdayam. 

Bilirem bu aralar Koreya filmleri ilə baydım sizi :D 

Yaxşı, söz verirəm ki, növbəti yazım kitab haqqında olacaq.Əgər anlaşdıqsa onda keçək filmimizə =)

Haqqında danışacağım filmin adı “My Sassy girl”, yəni “Hırçın Sevgilim”di. Filmin həm adı həm də posteri diqqətimi çəkmişdi deyə izləməyə qərar verdim.
Film romantik-komedi janrındadır və yaşanmış hekayə əsasında çəkilib.

9/13/2012

Bir Milyonerin İlk Aşkı (2006)

Salam, dostlar. Son zamanlar işlərimin çoxluğundan nə post yazmağa, nədəki kitab oxumağa heç cürə vaxt tapa bilmirdim =)
 The Secret kitabı elə əlimdə qaldı)
Amma inşallah qısa zamanda kitablar haqqında yazmağa yenə davam edəcəm.

Bugün isə istəyirəm sizə bir az “Koreya sevdamdan” danışım =))


“A moment to remember” filmi ilə başladı mənim bu sevdam.

Həm danışıqları, həm görünüşləri ilə canı yanmışlar çox şirindi))

9/07/2012

Stephen King - The Green Mile (1999)


The Green Mile (Yaşıl Mil) - 1999-cu il istehsalı olan, Amerikan drama filmidir.
 Film Stephen Kingin eyni adlı novellası əsasında çəkilib. Filmin rejissoru ve ssenaristi Frank Darabotdur. “Yaşıl Mil” 4 Akademi Mükafatina layiq görülüb:
 1. Ən yaxşı film
 2. Michael Clarke Duncan üçün ən yaxşı köməkçi aktyor

 3. Ən yaxşı Musiqi


 4. Ən yaxşı uyğunlaşan (adaptasiya olunan) ssenari


 Ümumiyyətlə bu film sinema tarixinə öz damğasını vurmuş filmlərdən biri hesab olunur...

9/06/2012

A Moment to Remember - Hatırlanacak bir anı (2004)

  Salam, dostlar. Necəsiz? Bu yazım kitab haqqında yox, çox maraqlı bir kino haqqında olacaq.
Ona görə də izləməyə yaxşı film axtaran dostlarım bu yazımı oxumağa davam eləsin.  Sizə əla bir məsləhətim var!
Düzü 3-4 gündü yaxınlarımdan baxmağa  yaxşı kino axtarırdım və nə axtardığımı dəqiq bilirdim: mənə həddən artıq çox təsir edəcək, ağladacaq, duygu yüklü bir film istəyirdim.
Nəhayət yaxın dostum Google gəldi ağlıma =)  

Qabriel Markes - Gözlənilən bir qətlin tarixçəsi

Salam, dostlar. Bugün sizə növbəti qonaq bloggerimiz Samara Markesi təqdim etmək istəyirəm.
Yəqin çoxları az da olsa bu xanımı Facebookdakı kitablarla bağlı maraqlı paylaşımlarından tanıyır.
Samara Markesin bizlər üçün hazırladığı ilk yazı isə sevimli yazıçısı  Qabriel Markesin "Gözlənilən bir qətlin tarixçəsi" kitabı əsasında hazırlanmış Testdən ibarətdir.
Samara xanım özü kitabları oxuyanda çox diqqətlə oxuduğunu deyir. Hətta O əsərdəki qəhrəmanların oxuduqları kitabların, qulaq asdıqları musiqilərin adlarına qədər hər şeyə diqqətlə yanaşır.

9/03/2012

Haruki Murakaminin "Norveç meşəsi" kitabın Sən Qazan!

Sentyabr ayının gəlməyi ilə bizim də layihəmizin vaxtı gəlmişdir deməkdir :)
Bildiyiniz kimi İyul ayından başlayaraq blogumuzda "Hər ay bir hədiyyə kitab" adlı layihə start götürmüşdü. İyul ayının qalibi Pifaqor (Rövşən  İsmayılov) bizden Elif Şafakın "AŞK" kitabını qazanmışdı.
Hər ay keçirməyi planlaşdırdığım layihəni Avqust ayında bağda internetin sürəti çox zəif olduğuna görə keçirə bilməmişdim.

Burçak Çerezcioğlu - Mavi Saçlı Kız

Salam, dostlar. Növbəti yazımla yenə qarşınızdayam.
 Bugün haqqında danışacağım kitab Burçak Çerezcioğlunun “Mavi Saçlı kız” kitabıdır.
Kitabla ilk tanışlığım internetdən olmuşdu və oxuyucular tərəfindən yazılan rəylərdən belə başa düşdüm ki, doğrudan da oxunmağa dəyər kitabdır. Elə bu səbəbdən kitab məndə böyük maraq oyatdı və çox keçmədən “Mavi Saçlı kız”ı Bakumoz vasitəsilə sifariş verdim.

8/30/2012

Xalid Hüseyni - Çərpələng Uçuran (Test)

Salam, dostlar. Bugündən blogda olacaq daha bir yeniliklə qarşınızdayam :) Maşallah bu aralar yeniliklər çoxdur =)
Bundan sonra oxuduğum kitablardan testlər hazırlayaraq kitabı oxuyan oxucuların diqqətini yoxlamaqda onlara kömək etməyə çalışacam. Beləliklə, ilk testimiz Xalid Hüseynin möhtəşəm əsəri "Çərpələng Uçuran" haqqındadır.

8/29/2012

Mümin Sekman - Her Şey Seninle Başlar


Salam, dostlar. Bugün haqqında danışacağım kitab Türkiyədə ən çox satılan "Sosyal Başarı" kitabıdır. Yazıçının adı Mümin Sekmandır. Bəlkə də bəziləri bu adı ilk dəfə eşidir, amma bu insan Türkiyədə reytinqləri alt-üst edən kitabın müəllifidir.

Ankara Universiteti "Hüquq" fakültəsinin məzunu olmasına baxmayaraq Mümin Sekman heç vaxt hüquq sahəsində çalışmamışdır. O gənc yaşlarından Türkiyənin uğur qazanmış iş adamlarının, məşhurlarının həyatını incələmiş, analiz etmiş və həyatda  onlar kimi uğur qazanmağın yollarını tapıb öz oxucuları ilə bölüşmüşdür.

Bir ildə 400.000 ədəd satılaraq reytinqlərdə birinci yerdə taxt quran kitab isə "Her şey seninle başlar"dır.

Kitaba internetdə təsadüfən rast gəlmişdim və kitabın arxa qapağındakı sözlər diqqətimi çəkmişdi:
"Çarəsizlik öyrədilmişdir. Elə isə Uğur qazanmaq da öyrədilə bilər. Səndə düşündüyündən daha çoxu var! Gələ biləcəyin ən yaxşı yerdə deyilsən. Yeni bir həyat üçün lazım olan yeni bir ağıldır. Doğru şeyi etmək üçün yanlış zaman yoxdur. Küləyi günahlandırmaqdan əl çək, yelkənlərini istifadə etməyi öyrən! Tamaşaçı olmaqdan bezdinsə, səhnəyə çıx! Zirvədə hər zaman bir kişiyə daha yer var. Başqaları bacardısa, sən də bacara bilərsən! Hər şey səninlə başlar! Həyatda ya tozu dumana qatarsan, ya da tozu dumanı udarsan. Seçim sənin!"


 Həqiqətən də insanları cəsarətləndirən sözlərdir! Elə bu səbəbdən də çox gözləmədən kitabı qısa zamanda almışdım. "Her şey seninle başlar"ı oxumağa başlayarkən elə ilk səhifələrdən kitab insanı özünə çəkir, hətta mən kitabı bir nəfəsə oxuyub qurtardım desəm yalan olmaz =) Kitabda elə düşündürücü sözlər, maraqlı faktlar var ki, insan kitabı əlindən yerə qoymaq istəmir. Yazıçı Mümin Sekman da faktları elə bir dillə yazıb ki, oxuyanda insanda elə hiss yaranır ki, sanki kimsə onunla üzbəüz oturub söhbət edir və öz dəyərli məsləhətlərini verir.
Kitabın insanlara verdiyi mesaj çox açıqdır: Çarəsiz deyilsən, çarə sənsən!
Bu kitab "kendi kendine yetebilme" kitabıdır. Öz ayaqları üzərində durmaq, başqalarına bağımlı olmadan yaşamaq istəyənlər üçün yazılıb sanki. 
Yazarın gözəl bir sözü var: Keçmişdəki səhvlərinizdə ilişib qalmayın. Əgər Bizi yaradan hər zaman keçmişə baxaraq yaşamağımızı istəsəydi, onda gözlərimiz "ensemizde" olurdu!

Dünyanı dəyişdirə bilmərik, amma ən azından öz dünyamızı bu kitabı oxuyaraq dəyişə bilərik!

 Kitabı oxuyarkən altından xətt çəkdiyim fikirlər hədsiz çox idi)) Onların hamısını burda paylaşa bilmərəm, amma əgər həyatda daha çox uğur qazanmaq, dəyşilmək, tənbəlliyin daşın atmaq istəyirsinizsə bu kitabı mütləq oxuyun. Kitabı bitirdiyinizdə əminəm ki, oxumağa başladığınızdakı insan olmayacaqsız. Necə deyərlər psixoloji Redbull kimi bir kitabdır =)))

Mümin Sekman "kitabı bəyəndinizsə, bu kitabı 3 dostunuza  onların da uğur qazanması üçün təklif edin"  deyə qeyd etmişdi. Mən də paxıllıq etməyib kitabı sizinlə burda paylaşıram =) Düzdür, mən "Her şey seninle başları" xam vaxtlarımda Facebookdakı "Türk kitablarının sifarişi" səhifəsidən od qiymətinə - 11 manata almışdım, amma bugün maraqlandım "Bakumoz" kitab klubunda 7 manatadır. İstəsəz klubun Facebook səhifəsindən sifariş verə bilərsiz. 

Əgər övladınız və ya ətrafınızda 9+ uşaq varsa bu kitabın uşaqlar üçün olanını da alıb balacalara hədiyyə edib onları sevindirə bilərsiz. Amam bir şərtlə ki, uşaqlar türkcə başa düşsün =)
 Çox təəssüf ki, hələ Mümin Sekmanın heç bir kitabı Azərbaycan dilinə tərcümə edilməyib.
Balacalar üçün olan "Her şey seninle başlar" kitabının arxa qapaq yazısı:

Sen yürürsen, yollar küçülür.
Sen durursan, her şey gözünde büyür.
Ne kadar iyi hazırlanırsan, o kadar az korkarsın.
Nasıl yapabileceğini öğrenirsen, sen de yapabilirsin.
Yeryüzündeki herkes gökyüzüne aynı mesafededir.
Aklını kullan, güçlü ol, gülümse ve sıkı çalış!
Sen “büyüdükçe” korkuların küçülecek!
Başarı kendini iyi hissettirecek.
Haydi, şimdi sıra sende!
Her Şey Seninle Başlar, Çocuk!
Çocuklarına kendi ayakları üzerinde durmayı
ve hayatı cesurca yaşamayı öğretmek isteyenler için…
Kitabdan seçdiyim sitatlar:
  •  Her başarı, başarısızkən size kötü davranan insanlardan alınmış güçlü bir intikamdır.
  • Başkalarının rüyasının sizin gerçeğiniz olduğunu bilmek, insanın kendisine olan saygısını artırır!
  • Geçmişi ne unut, ne büyüt!
  • Başarı başarını çeker, önemli olan ilk başarıdır.
  • Başarılı olmak tac gibidir, onu banızın üzerine koyduğunuzda size bakan gözler kamaşdığından insanlar yüzünüzdeki sivilceleri (kusurlarınızı) göremez olurlar. Kusurlarınız çok göze batıyorsa, herkes sizi eleştiriyorsa, göz kamaştıran bir iş başarın!

  • Bazı ruhlar zirveye aiddir, amma vadide doğar.

Yaş ve “başarının anlamı”
4 yaşındayken başarının anlamı: Altına kaçırmamaktır.

12 yaşındayken başarının anlamı: Kalabalık bir arkadaş grubuna sahip olmaktır.

20 yaşındayken başarının anlamı: Cinsel hayatınızın aktif olmasıdır.

35 yaşındayken başarının anlamı: Zengin olmaktır.

60 yaşındayken başarının anlamı: Cinsel hayatınızın aktif olmasıdır.

70 yaşındayken başarının anlamı: Kalabalık bir arkadaş grubuna sahip olmaktır.

80 yaşındayken başarının anlamı: Altına kaçırmamaktır.
  • Başarı güzel görünüşlüdür, amma çoğunlukla ter kokar!

  • Tanrı bize iki yuvarlak organ verdi, biri oturmak, diöeri düşünmek için. Başarınız hangisini daha fazla kullanacağınıza bağlı! Oturmak ya da çalışmak, seçim sizin!

  • Diktiğin fidanın kök tutup tutmadıöını görmek için her gün yerinden sökersen, hiç bir zaman kök tutamazlar!
  • Sıradan bir insan kendine uygun birini bulmaya çalışır, büyük insan ise kendini!

Hayatı "çağresizliklerle" dolu bir adamın öyküsüdür...

7 yaşındayken babasını kaybetti ve yetim kaldı. Yalnız ve içine kapanık biri olarak yaşamaya, oradan oraya sürüklenmeye başladı.

8 yaşında okulundan alındı ve köyde yaşadı. Zamanını tarlalarda kargaları kovalamakla geçirdi.

10 yaşında yüzü kanlar içinde kalaçak şekilde, yeni okulundaki hocasından dayak yedi. Ailesi onu okuldan aldı. Sinirden ve korkudan üç gün evinden çıkmadı.

17 yaşında hayalindeki okulun istediği bölümü için gerekli not ortalamasını tutturamadı.

24 yaşında tutuklandı, günlerce sorguya çeklidi ve 2 ay tek başına bir hüçrede hapis yattı.

27 yaşında kendisinden bir yaş büyük meslektaşı kendisininde üyesi bulunduğu derneğin çalışmaları ile kahraman ilan edilirken, kendisi hiç önemsenmiyordu, Doğduğu şehrin merkezinde rakibi törenlerle karşılanırken , o kalabalık arasında yalnız başına olanları izliyordu.

30 yaşında kendisi başka şehirleri duşman elinden kurtarmaya çalışırken,

doğduğu şehir düşman eline geçti.

37 yaşında böbrek hastalığından Viyana'da 2 ay hasta ve yalnız halde yattı.

37 yaşında komutan olarak yeni atandığı ordu, dağıtıldı.

38 yaşında savunma bakanı tarafından görevden alındı.

38 yaşında bir toplantıda giyebileceği bir tek sivil elbisesi bie yoktu ve başkasından bir redingot ödünç aldı. Ayrıca cebinde sadece 80 lirası vardı.

38 yaşında kendisi için tutuklama kararı çıkarıldı!

38 yaşında en yakın beş arkadaşından üçü, onun kongre temsil heyetine üye olmaması için oy kullandı.

39 yaşında idam cezasına çarptırıldı!
 
Sonra nemi oldu?
42 yaşında Türkiye Cumhuriyeti Cumhurbaşkanı oldu!
Okuduğunuz öyku efsanevi lider Mustafa Kemal ATATÜRK'e aittir.
  
P.S: Yeri gəlmişkən onu da qeyd edim ki, bu yaxınlarda Mümin Sekmanın daha 2 kitabın Türkiyədən sifariş vermişəm =) İnşallah onlar haqqında da növbəti postlarımda yazaram. 
Həlilik isə sağlıqla qalın ;)

Bu kitaba ancaq 5 bal vermək olar!



Paulo Coelho - Rio-Pyedranın sahilində oturdum və ağladım

Çox bəyəndiyim və sevə-sevə oxuduğum kitabların içərisində Paulo Coelhonun “Rio-Pyedranun sahilində oturdum və ağladım” kitabı ön sıralardadır.


Yazıçının bu kitabı  Yeddinci gündə adlı trilogiyasının ilk əsəridir. 1994-cü ildə nəşr olunan bu kitab  dünyanın bir çox dillərinə tərcümə edilərək 2,5 milyon oxucu ilə görüşüb.

8/28/2012

Oxuyacağım Kitablar - Sentyabr ayı

Salam, dostlar!
Bugünləri Bakumoz vasitəsilə Türkiyədən sifariş verdiyim və böyük səbirsizliklə gözlədiyim 3 kitabım nəhayət ki, gəldi :))
Kitabları vərəqlədikcə düzgün seçimlər etdiyimi, hətta bu kitabların bəzilərinin məni fena sarsıdacağın da hiss etdim.

8/27/2012

Bu da İspanların Aşk-ı Memnusu!

Salam, sevgili oxuyucular =)
Bugündən blogda yeni bir bölmə açmağa qərar verdim. Yeni bölməmizin adı: Dedi-qodu Qazanı!
Yox-yox, burda onun bunun qeybətin qırmayacağıq, sadəcə olaraq baxdığım seriallardan, məşhurlardan maraqlı olan xəbərləri sizinlə paylaşacam =)

8/24/2012

Çingiz Mehbalıyev - Miras: Bakının Sirri

Salam, dostlar! Bugün sizə gənc yazar Çingiz Mehbalıyevin ilk kitabı “Miras: Bakının sirri” haqqında yazmaq istəyirəm. 

Slumdog Millionaire / Milyoner filmi (2008)

Cəmi  bir sual Camal Maliki 20 milyon rupidən ayırır. O bunu necə edib?

 A) O hiylə edib
 B) O şanslıdır
 C) O dahidir
 D) Bu onun qismətidir

Hind filmlərini çox da sevmirəm. Nadir hallarda olar ki, mən hansısa Hind filminə baxaram. Bu məqaləmdə isə haqqında danışacağım film İngiltərə istehsalı olan, lakin məhz bir neçə kasıb Hindlinin həyatından bəhs edən bir filmdir.

8/08/2012

Nuray Sayarı - Beyaz Mucizeler

Salam, sevgili kitabsevərlər! Necəsiz? Yay tətiliniz necə keçir? 3 günlük Qəbələ səyahətindən sonra nəhayət yenə Bakıdayam =)

Bugün sizə tam fərqli bir kitab haqqında yazmaq istəyirəm. Uşaqlıqdan astrolgiyaya, bürclərə, fallara filan inanan biri olmuşam. Bu yaxınlarda Star Tv-də "Alişan ve Ayşenin" verlişində qonaq 20 ilə yaxındır astrologiya ilə məşğul olan məşhur astroloq Nuray Sayarı idi. 


8/02/2012

Leyla / Alexandra Cavelius



Real hadisələr əsasında yazılmış daha bir dramatik roman

Alexandra Caveliusun  qələmə aldığı bu kitabda bosniyalı Leylanın acı taleyindən bəhs edilir. Leylanın müharibə vaxtı çəkdiyi əzablar, gördüyü işgəncələr, gözü qarşısında gəlinlərə - qızlara “toplu tecavüz” edilməsi, bir siqaret qarşılığında əsirin digər hərbi hissəyə satıması, bütün bunlar kitabın bəhs etdiyi dəhşətli real faktlardır.

7/25/2012

Tres Metros Sobre el Cielo (2010)


"Tres Metros Sobre el Cielo" (Göyün 3-cü qatı)
İlk məqaləmi bu filmə həsr etməyimin səbəbi sadəcə, son zamanlar izlədiyim ən maraqlı, ən romantik kino olması deyil, həmçinin bu filmin mənə digər filmlərdən müəyyən qədər fərqli təsir bağışlamasıdır...
Film adından da göründüyü kimi İspan filmi olsa da romanın ekranlaşdırılması İtalyan yazıçısı və rejissoru Federiko Moççiaya məxsusdur. Belə ki, 2004-cü ildə italyanca ekranlaşdırılan bu filmin 2010-cu ildə İspan versiyası çəkilmişdir. Romanda və filmin italyan versiyasında hadisələr Romada baş verir və baş qəhrəman Stefana Mançini, ləqəbi isə Step olur.

7/18/2012

Cecelia Ahern - P.S. Mən Səni Sevirəm


Salam, sevgili kitabsevərlər. Bugün sizə Avropa məhəbbət romanlarının yeni ulduzu Cecelia Ahernin debüt romanı olan “P.S. Mən Səni Sevirəm” haqqında yazmaq istəyirəm. Dünya şöhrətli bestseller olan bu kitab əlli dilə tərcümə olunub və satışa çıxan kimi Britaniya reytinqlərində “Dav Vinçi kodu”nu ötüb.
İlk növbədə istərdim Cecelia Ahern haqqında sizə bir qədər məlumat verim. Onu deyim ki, solda gördüyünüz şəkildəki kimi xanım yazar həqiqətən də çox gözəldir.

7/16/2012

Elif Şafakın "AŞK" kitabını O qazandı!

Salam, dostlar. Necəsiz? Bildiyiniz kimi bu yaxınlarda blogumda “Elif Şafakın AŞK kitabın sən qazan!” deyə layihə start götürmüşdü. 1 həftə keçirilən oyunun sonunda nəhayət mənim qalibi açıqlayacağım gün gəlib çıxdı =)) Düzdür, cavabları açıqlamaqda  bir az gecikdim, amma üzürlü səbəblərim var idi.

7/05/2012

Elif Şafak -İskəndər



 Türkiyənin məşhur qadın yazarlarından biri olan Elif Şafakın kitabını oxumağı çoxdan düşünürdüm. Əlimə aldığım ilk kitab isə “İskəndər” oldu. Nədənsə bu xanımın yazdığı bütün kitablar Türkiyədə böyük səs-küy yaradır. Təsəvvür edin, roman çapa getməmişdən qabaq, artıq Türkiyədəki kitab evlərindən 168 min kitab sifariş edilmişdi.

7/04/2012

Elif Şafakın "Aşk" kitabını Sən qazan!

Dostlar, bugün sizə xoş bir sürprizim var! =) 
Maraqlı bir oyunun sonunda Elif Şafakın dillərə dastan "Aşk" kitabını sevimli oxuyucularımdan birinə hədiyyə edəcəm. Qeyd edim ki, kitab azərbaycan dilindədir və yenidir.
Əgər kitabı bəyəndinizsə və onun sizin olmasını istəyirsinizsə oyunda iştirak etmək üçün ilk növbədə blogumda solda yerləşən "Sevimli oxuyucularım"a qoşulmalı və bu xəbəri Facebook profilinizdə paylaşmalısız.

7/02/2012

Kitablarımla birgə tətilə gedirik =)



Salam, sevgili kitabsevərlər! İlk növbədə əziyyət çəkib kitablar və blog haqqında rəy bildirən bütün oxuyuculara öz təşəkkürümü bildirirəm. Diqqətinizə görə çox sağ olun. İnanın mənə hər dəfə yeni birilərinin blogumu bəyəndiyini, izlədiyini görəndə həqiqətən də çox sevinirəm =)
Düzü bu qədər çox kitab oxuyucularının olduğun təsəvvür etmirdim. Deməli kitaba maraq ildən-ilə daha çox artacaq və biz daha gözəl bir cəmiyyətdə yaşayacayıq.

6/29/2012

Yasunari Kavabata - Min Durna

Bugün sizə "Kitab adam yemir" klubunun ərsəyə gətirdiyi yapon yazıçısı Yasunari Kavabatanın "Min durna" əsəri haqqında fikirlərimi yazmaq istəyirəm.

 İlk növbədə onu qeyd edim ki, mətbuatda, xəbər saytlarında, facebookda bu kitabın təqdimatı ilə bağlı xəbərlər çox yayımlandı. Ann.az saytında gördüyüm xəbərdəki bu sözlər mənim də diqqətimi çəkmişdi deyə təqdimatda iştirak etməyə qərar vermişdim: 23 iyun tarixində, saat 11:00-da ATGTİ-nin qərargahında klubun rəsmi açılış mərasimi və “Min durna” kitabının təqdimatı keçiriləcək. Mərasimdə ATGTİ-nin sədri Şahin İsmayılov, Yaponiyanın ölkəmizdəki səfirliyinin nümayəndələri, kitabın ərsəyə gəlməsində yaxından iştirak etmiş gənclər və tələbələr iştirak edəcəklər. Eyni zamanda mərasimdə yapon mədəniyyəti (musiqi, simvollar, dil və s.) təqdim olunacaq.




Təqdimata getməyimin əsas səbəbi Yapon mədəniyyətinə olan marağım idi. Düzdür təqdimatda yapon musiqisi var idi, qulaq asırdıq və bu çox xoş təsir bağışlamışdı. Amma çox təəssüf ki, Yapon simvolları, dili haqqında heç bir məlumat verilmədi. Bəlkə də bu tip məlumatların verilməsi nəzərdə tutulmuşdu, sadəcə olaraq həyəcandan gənclərin yadından çıxmışdı.
Təqdimatın fəxri qonağı isə Yaponiyanın ölkəmizdəki səfirliyinin nümayəndələsi Yusuke Fukuda idi. 5 il Türkiyədə yaşadığından və Azərbaycana yeni gəldiyindən qonaq türk dilində danışırdı və onu qeyd edim ki, Yusuke Fukuda türk dilində həqiqətən də çox səlis danışa bilirdi) Amma təqdimatda bir az da yapon dilində də danışılsaydı məncə çox maraqlı olardı.

Kitabı oxumağa başlayanda ilk növbədə yazıçının həyatı haqqında məlumatı qeyd etmələri xoşuma gəldi, lakin artıq Ön Sözdə leksik və qrammatik səhvlər qabağıma çıxmağa başlamışdı. Kitabdakı yaponca sözlərin mənasının səhifənin altında deyil, kitabın sonunda verilməsi isə məncə oxucu üçün sadəcə olaraq artıq bir əziyyət idi. "Min Durna"nı 13 səhifə oxuduqdan sonra artıq səbr edə bilməyib kitabın ərsəyə gəlməsində iştirak edən, kitabın üz qabığını tərtib edən Elvin Sadıxova facebookda ismarıc yazıb kitabda niyə bu qədər səhv olduğunu, kitabın üz qabığındakı rəsmi onun çəkib çəkmədiyini soruşdum. Deməli aldığım cavabdan belə məlum oldu ki, Elvin Sadıxov rəsmi özü çəkməyib, sadəcə olaraq kitabın üz qabığını tərtib edib. Amma məncə üz qabığını bir az fərqli etmək olardı. Çünki kitabda əsas yaponların çay mərasimlərindən söhbət getdiyindən bununla bağlı bir rəsim də seçmək olardı.

Kitabdakı səhvlərə gəldikdə isə Elvin Sadıxov redakte səhvlərinin və lüğəti səhifənin altında verə bilməmələrinin səbəbini texniki problemlərlə əlaqələndirdi. Gənclərə bu kitabın redaktesi üçün heç bir redaktor köməyi olmadığından, onlar özləri bu kitabı redakte etmişdilər, sadəcə olaraq  mətni yazdıqları proqramda bir sıra problemlər olduğundan nəşriyyat kitabın redakte edilməmiş versiyasın nəşr edib.
Düzün deyim ki, bu səbəblər olmasaydı sırf o səhvlərə görə kitabı oxumayacaqdım, hətta artıq kitabı bir kənara qoymuşdum. Sadəcə olaraq ilk işləri olduğundan bir əlimdə qələm səhvləri düzəldə-düzəldə kitabı oxumağa başladım =) Kitabda elə sözlər var idi ki, ulduzla lüğətdə bu söz var deyə qeyd olunsa da mən lüğətə diqqətlə baxıb o sözləri tapa bilmirdim. Yəni kitabda heç xoşlamadığım şey belə xırdalıqlar idi, çünki özümdən asılı deyil kitabda çox səhv olduqda kitab məni yorur və başımı ağrıdır. 
Kitabın məzmununa gəldikdə isə Yasunari Kavabatanın digər kitablarındakı kimi burda da Yapon mədəniyyətindən, onların çay mərasimindən söhbət açılırdı. 
Kitabda, atasını itirən Kikudzi atasının keçmiş məşuqəsi Hikako tərəfindən hazırlanan çay mərasiminə dəvət edilir. Qaranlıq ruhlu Hikako yalnız çay mərasimini deyil, sanki usta manevrlərlə kitab qəhrəmanlarının həyatının idarəsini əlinə alır.


Kikudzinin atasının gerçək bir eşqlə sevdiyi Xanım Oota-San itən sevgilinin ardından Kikudzini ölən sevgilisinin yerində görməyə başlayır. Kikudzi də qarşı qoyulmaz bir şəkildə Qadın Ootaya qarşı istək duymaqdadır. Qadın Ootanın qızı Fumiko isə anasının bu qəbul edilməz əlaqəsinin utancı altında əzilməkdədir. Fumiko hədsiz işarələrlə zəngin olan çay dəstlərini Kikudziyə hədiyyə etməsinə baxmayaraq, o günah duyğusundan xilas ola bilmir. Gün keçdikcə Fumiko da anasına bənzəyir və Kikudziyə aşiq olur.. 


Amma etiraf edim ki, mən nə qədər səbr etsəm də kitabı sonunacan oxumadan kənara qoydum. Çünki kitabdakı Fumikonun dağ səyahəti, 6 gün yazdığı məktublar məni lap darıxdırdı və mən kitabın son səhifələrinə baxıb sonun necə qurtaracağını bilmək istədim. Son isə heç gözləmədiyim kimi olur. Onu da burda deyib kitabı oxumaq istəyənlərin marağın öldürmək istəmirəm =)

Yasunari Kavabata haqqında internetdən maraqlananda onun ən məşhur 3 kitabı arasında olan əsərlər bunlar idi:
Izu no Odoriko 1927 (İzu Rəqqasəsi)
Yukiguni 1937 (Qar ölkəsi)
Nemureru bijo 1960 (Yatmış gözəllər).
Yazıçının həyatı haqqında kitabda Yasunari Kavabatanın dostunun ölümünü qəbul edə bilməyib öz ofisində intihar etdiyi yazılsa da, tapdığım məlumatlarda yazıçının dostlarına tez-tez "sağlığı yerində olmayan kövrək bir qoca olmaq istəmirəm" dediyini oxudum.
1972-ci ildə yazıçının öz ofisində dəm qazı ilə intihar etməsinin səbəbi isə hələ tam dəqiq heç kimə məlum deyil. Bəziləri bunu yazıçının səhhəti ilə bağlı olduğunu, bəziləri bilinməyən bir eşq hekayəsi olduğunu, bəziləri isə kitabda da qeyd olunduğu kimi ən yaxın dostunun ölümünü qəbul etməməsi kimi qeyd edib.
"Kitab adam yemir" klubunun ilk işi olduğunu,buna görə də müəyyən səhvləri ola biləcəyin nəzərə alıb, bütün bunlara baxmayaraq kitabın ərsəyə gəlməsində iştirak edən hər kəsi bu təşəbüsslərinə görə təbrik edirəm. Ən azından bir kitabı tərcümə etmək heç də asand iş deyil. Hələ onu öz hesabına nəşr etdirmək isə çox çətindir. İnşallah klubun bundan sonrakı işləri daha yaxşı və səhvsiz olar.
Kitabı yarımçıq qoymağım haqqında onu deyim ki, bunun tərcüməylə filan heç bir əlaqəsi yoxdu, sadəcə olaraq Fumikonun məktubları mənı darıxdırdı deyə kitabı yarımçıq qoydum. Hərhalda Çingiz Abdullayevin də elə kitabları olub ki, bu səbəbədən yarımçıq qoymuşam =)) ( Bu da bugün etdiyim başqa bir etiraf =)) ) 

Kitabdan seçdiyim qeydər:

Yaponlar şəxsi münasibətləri müzakirə etməyi sevmirlər. Adi bir hörmətsizlik yaponiyalı üçün təhqir edicidir. Onun aləmində hörmətsizlik edən şəxs öz simasını itirmiş kimi sayır.

Yaponlar həmişə diqqətli olub, heç vaxt öz şikayətləri və dərdləri ilə insanı yormağı xoşlamırlar. Uşaqlarına uşaqlıqdan hisslərini gizlətməyi və bunu etiraf etməyin mənasız olduğunu aşılayırlar.


Ehtiras çox böyük qüvvədir - bu qadınla çoxdankı yaxınlığa inamdır.



Əgər iki nəfər öz aralarında anlaşırsa, bunun necə baş verdiyi önəm daşımır.

Ehtirasın yaddaşı dəhşətli şeydir.


- Siz mənim arzum idiniz...

- Arzu?
- Bəli. Axı arzu - yalnız arzudur. O mümkün olmayandır. Mən də bu mümkünsüzlüklə barışdım.
Bu kitabı harda görsəz qaçın :)))


Yasunari Kavabata - Min Durna

Bugün sizə "Kitab adam yemir" klubunun ərsəyə gətirdiyi yapon yazıçısı Yasunari Kavabatanın "Min durna" əsəri haqqında fikirlərimi yazmaq istəyirəm.

6/26/2012

"Ali və Nino"nun aksiya sərgüzəştləri =)

Salam, dostlar. Yadınızdadırsa bir neçə gün bundan qabaq "Ali və Nino"dakı aksiya ilə bağlı öz fikirlərimi yazmışdım, oxumayanlar burdan oxuya bilər. "Ali və Nino"dakı fırıldaq aksiya!

Bu gün yenə eyni aksiya keçirildi. Düzdür artıq bəzi düzəlişlər etmişdilər. Əvvəlcədən kitabların  siyahısın Facebook səhifələrində paylaşdılar. Elə yəqin bu səbəbdən də bu dəfə aksiyada daha çox iştirakçı var idi.
Mən də səhər xəbər tutduğum aksiya üçün Ali və Nino mağazasına yol aldım) Elə mağazaya yaxınlaşarkən kameranı, əlində mikrafon tutan xanımları görəndə artıq anladım ki, Bu dəfə medianın da diqqəti bu aksiyadadır


Youtube kanalından olan müxbirləri görəndə bir az sevindim, çünki ən azından onlar çəkəcək deyə "Ali və Nino" bu dəfə aksiya iştirakçıların razı salmalı idilər. Dediyim xanımlar səbətin yanındakı satıcıdan və aksiyanın iştirakçılarından  müsahibə alırdılar, mən də elə onlara qulaq asırdım)


 Müxbir xanım məndən də müsahibə verim deyə xahiş etdi, amma nədənsə müsahibə vermək istəmədim. (Düzü evə gələnnəndi fikirləşirəm ki, gərək müsahibə verəydim , axı mən niyə o xanıma yox dedim =) )


Deməli bu dəfəki aksiyada kitablar 3 dəfə səbətə əlavə olunacaqdı. Bunlar səhər saat 11, günorta 2 və axşam saat 6-da olmalıydı. Səhər saat 11-ə çata bilməmişdim deyə, saat 2-də səbətə qoyulacaq kitabları mən 1-in yarısından idi gözləyirdim. Elə gözləyərkən səbətdə olan kitabları nəzərdən keçirirdim, gördüm ki, keçən dəfədən qalan, satılmayan kitablar nə var idisə hamısı yenə səbətdə idi. Yazıq o kitabların bəxti açılmır da :)))) Qarımış qızlar kimi qalıblar o səbətdə :D

Gözlədim, gözlədim və nəhayət saat 2-yə yaxınlaşanda səbətin başına çoxlu adam yığışdı. Yəqin elə bu səbəbdən saat 2-də qoymalı olduqları kitabları "Ali və Nino" işçiləri Saat 13:15-də gətirdilər. Onda səbətə yaxın idim. Yalnız gətirilən kitablar hamısı rus dilində idi. Mən də kitabların rus dilində olduğun görüb geri çəkildim, çünki mənə ingilis, türk və ana dilimdə olan kitablar lazım idi. Amma soruşun görün sonra mən o səbətə yaxın dura bildimmi?
Saat 2-də işçilər yerdə qalan digər kitabları gətirəndə orda bir səs-küy qopdu, aləm bir-birinə necə qarışdısa, başım itdi. Satıcılara imkan vermirdilər ki, gəlib kitabları səbətə qoysunlar. Kitabları elə yazıq satıcıların əlindən göydə qapırdılar. Qızların səs küyü oğlanlardan bərk çıxırdı. Hələ yadımdadı, orda olan bir oğlan qayıdıb dedi ki "İndiki qızlar oğlanlardan beş betərdi, imkan verin dəə"
Nədi-nədi 2 manata bir kitab alacaqlar deyə,  "mədəniyyət" adlı şeyi unutmuşdu bəziləri. Gərək onları videoya çəkib sonra özlərinə göstərərdik ki, özləri öz hərəkətlərinə baxıb, bəlkə kənardan necə göründüklərini anlayardılar.  
Bir sözlə, bugünkü aksiyada səbətə yaxın dura bilmədiyimdən heç hansı kitabların olduğunu da görmədim. Deyilən kitablar yox idi falan deyir bəziləri, amma məncə rəhbərik adların yazdıqları bütün kitabları səbətə əlavə eləmişdi. Sadəcə olaraq o həngamədə kitab seçmək mümkün deyildi. Elə bəlkə də o həngaməyə görə saat 6-da yeni kitablar əlavə etməkdən vaz geçdilər. Orda olan satıcı özü də qeyd etdi ki, keçən dəfə aksiya çox mədəni alınmışdı. Yəni bugünkü kimi bazar deyildi.
Hələ sizə bir hadisəni də deyim ki,  "Çərpələng uçuran" kitabın istəyən bir xanım var idi, səbətə kitablar gələndə o basa-basda xanım necə arxada qaldısa, birdə gördüm başlayıb ağlamağa ki, "hamı itdi, Çərpələng uçuranı mən istiyirdim axı". Deyəsən, amma xanımın ağlamağı işinə yaradı, çünki mən ordan uzaqlaşanda  xanımın istədiyi  kitabı aldığını gördüm. Onu da burdan təbrik eliyirəm)))
 Nə isə, yəqin bir daha bu aksiya keçirilsə əziyyət çəkib gedən deyiləm. Orda gedib bəzi adamyeyənlərin içinə düşməkdənsə, istidə o qədər gözləyib sonda əliboş evə qayıtmaqdansa adlı-minnətli kitabı öz qiymətinə alıb oxuyaram.
 Sizə məsləhətim: Əgər vaxtınızı itirib, əsəblərinizi korlamaq istəmirsinizsə, türklər demiş "Boş verin" bu aksiyaları =)