Kayıtlar

Xoş gəldin,2022!

Resim
  Uzun illər sonra kitabxanam blogumda yeni bir post yazmaq çox maraqlıdır.  İl olmuş 2022. Daha doğrusu 2022-nin ilk günü bugündür. Yeni ildə verdiyim ən gözəl qərarlardan biri bloguma geri dönmək oldu. Çünkü bu il önümə qoyduğum hədəflərdən biri də mənə dəyər qatacaq çox sayda kitab və filmlərlə tanış olmaqdır. Tanış olduqca burda fikirlərimi sizinlə bölüşəcəm. Çünki məhz 2012-2013-cü illərdə kitabın oxuduğum yazıçıları yaxından görmək, seminarlarında iştirak etmək 2021-ci ildə mənə qismət oldu. Görək 2022-ci ildə bizə kimlər nələr qatacaq, gələcək illərdə kimlərlə görüşmək qismət olacaq. Əvvəlki postlarımdan fərqli olaraq bu dəfə qarşınızda bir az fərqli, daha da böyümüş, həyatda öz yerini tapmış, nə istədiyini yaxşı bilən Arzu var. Ümid edirəm ki, günlük tadında olan bu yazılarım təsadüfən olsa da qabağına çıxan, oxuyan izləyicilərimə maraqlı gələcək. Bu ilin ilk motivasiyası gəlir, hazır olun))  Her gün bunları yap! 30 sayfa kitap oku! 20 TL kenara koy! 10 TL yatırım yap! (kitapla

Miri Yusif Solo Konserti

Resim
Bugün sizə dünən getdiyim və çoooox çooox bəyəndiyim Miri Yuif solo konserti haqqında yazmaq istəyirəm) Düzü keçən dəfə Röyanın "Sənə ehtiyacım var" konsertinə gedəndən sonra qabağıma məqsəd qoymuşdum ki, bundan sonra ifasın bəyəndiyim bütün müğənnilərin konsertində iştirak edəcəm. Miri Yusif də həmin siyahıda olanlardan biriydi. Konsertin başlamağına son 3 saat qalmış xəbər tutsam da, bilet tapıb o möhtəşəm konsertdə iştirak etmək mənə də qismət oldu) Düzdü mahnıların hamısını əzbər bilməsəm də, bildiklərimi Miri Yusiflə, bütün zalla birgə oxumaq-əylənmək çox əlaydı! İnanın kosertin qurtarmağın istəmirdim, baxmayaraq ki, Röyanın keçən konsertində çox darıxmışdım) Darıxmağıma səbəbsə, Röyanın indiyə qədər eşitmədiyim mahnıları oxuması, onsuzda 5-6 mahnıdan ibarət olan konsertində yarım saat da paltarını dəyişməsini gözləməyim olmuşdu) Mirini sevdim, çünki non-stop music keyfi yaşatdı bütün dinləyicilərinə) İnanın bütün zal yorulmadan konsert boyu əl  çalırdı. Mahn

Xoxan filmi

Resim
Bugun size son zamanlar adin cox esitdiyim yerli istehsal olan "Xoxan" filmi haqqinda fikirlerimi  yazmaq isteyirem)) Lafi cox uzatmadan deyim ki, cox maraqsiz ve menasiz filmiydi mene gore. Ssenari menasiz, edilen zarafatlar menasiz, gulmeyim gelmese de zalda komediya filmine baxirmisam kimi hiss elemekcun ozumu mecbur edib ara-sira gulurdum)) Eslinde bu film haqqinda hele nece ay qabaq Instagramda meshur instablogger Aka.the.one-nin profilinden xeber tutmusdum, orada rola cekildiyini qeyd etmisdi. Duzu evvel ele bilirdim AKA o filmde bas roldu)) Amma filme baxib gelmisem hele de basa dusmemisem ki, o Nusabe rolunu oynayan AKAnin filmde yeri neydi?)) Ne bas rol kimi bas roluydu, ne de filme qatqisi olan maraqli bir rol))  Meni duz basa dusun, sozum AKAya deyil, ssenariyedi)) Umumiyetle filmin ssenarisin, sonun qeti beyenmedim. Amma en dehsetlisi bilirsiz nedi?) Menim vaxt itkisi hesab elediyim filme zalda katila-katila gulenler variydi) Dogrudan da zovqler muxteli

Arzu Hardadi?))

Resim
Coxdandi blog yazmiram deye duzu salamlama qismi bir az gulmeli geldi mene))) Duz 1 il sonra yeniden blogumda nese paylasiram :) Ne yalan deyim, coooox darixmisam kitablarim ve blogumcun. Coxu sorusa biler bes hardaydin, niye yox idin?) Niye bu qeder kitablardan uzaq qaldin?) Bele deyim, men heyatimin donus noqtesin yasadim) 2014 menimcun cox dolu-dolu kecdi)) 2014-cu ilde hem at kimi capdiq, hem de arada atin ayagi altinda qalan olduq)))  Gorek qoyun ilinde nece olacagiq))  Kitablardan uzaqlasmagimin ilk sebebi bir az shexsi heyat oldu, sonra magistr, sonra is... uzaq qaldim sizden)) Amma hec vaxt aglimdan cixmadiz)) Men de ele dansiram, ele bil cox da boyuk oxucu kutlem var axi)) Arada blogda yazdiginiz reyleri, mailime gelen msjlarinizi oxuyurdum) Hamisi ucun cox sag olun! Yaxsi ki, varsiz! Yaxsi ki, eziyyeti qiymetlendirmeyi bacarisiz.  Bu arada sad xeber verim ki, kecen il Azerbaycan Dovlet Iqtisad universitetine magistr kimi daxil oldum, shexsi ve is

Ahmet Batman - Soğuk Kahve

Resim
Son günlərin ən populyar yazıçısı Ahmet Batman və onun məşhur kitabı "Soğuk Kahve" :) Bu kitabdan paylaşılan sitatları yəqin aranızda görməyən yoxdur. Sırf o bir-birindən maraqlı cümlələrinə görə bu kitab oxucular tərəfindən bu qədər çox sevildi :) Kitab roman şəklində deyil, sadəcə olaraq yazıçının oxucu ilə olan həyat haqqında söhbətinə bənzəyir. Yazıçıın bəzi cümlələrində insan sanki özünü tapır. Düzü bu kitab haqqında "kitabı elə bil şizofren yazıb" sözün də eşitmişəm, amma məncə o insanlar kitabda Ahmet Batmanın çatdırmaq istədiyini anlamayıblar. Yazılarında bir söhbətdən qəfil digərinə keçən Ahmet Batman kitabda bunu özü də qeyd edir, yazılarım fikrim qədər çox dağınıqdı deyir , amma bu mənə görə oxucunu narahat edən bir şey olmamalıdır, əksinə bir növ yazıçının səmimiliyinə nümunədir. Amma yenə də əlbəttə zövqlər fərqlidir, birinin bəyəndiyini digərləri bəyənməyə bilər :) Kahraman Tazeoğlu da bu üslubda yazır və onun da Bambaşka kitabın oxumuşdum.

Elif Şafak - Şemspare

Resim
Elif Şafak - Türkiyənin ən məşhur qadın yazarlarından biri... Onu sevənlər qədər, sevməyənlər də var. Amma mən Elif Şafakı  İskender kitabında bir o qədər bəyənməsəm də, bu kitabda oxumağa dəyər yazıçı olduğunu anladım.  Oxuduğum kitab, Şemsparə Elif Şafakın köşə yazılarından ibarət olsa da, aralarında maraqlıları vardı. Hətta oxuduğum bəzi hekayələrdə özümü tapdım deyə bilərəm. Ən çox diqqətimi çəkən isə Şafakın bənzətmələri oldu. Sözlərdən doğrudan da çox gözəl istifadə edir bu xanım yazıçı.

Agatha Christie - Nilde Ölüm (E-kitab yüklə)

Resim
Yəqin ki, detektiv romanların ustadı Agatha Christienin adın eştməyən yoxdur. Detektiv romanları sırf həddən artıq çox detala yer verildiyi üçün sevməzdim, amma oxuduğum ilk Agatha Christie kitabından sonra başa düşdüm ki, əsl detektiv romanlar sıxıcı yox, əksinə həddən artıq çox maraqlıdır. Kitaba keçməzdən öncə yazıçı haqqında az-çox məlumat verim. Agatha Christie ingilis ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Christie ardarda yazdığı romanlar və yaratdığı detektiv obraz  Hercule Poirot  ilə bütün dünyada şöhrət qazanmışdır. Agathanın sevgi romanlarını da   Mary Westmacott    adıyla yazdığı artıq hərkəsə məlumdur.   Agatha Christenin oxuduğum ilk əsəri "Nilde ölüm" oldu. Kitabda rəfiqəsinin nişanlısını əlindən alan zadəgan bir ailənin qızının həyatından bəhs edilirdi.  Yəqin artıq mövzudan kitabın nə qədər maraqlı olduğunu başa düşdüz :) Agatha Christe hadisələri möhtəşəm bir ardıcılıqla, insanı yormadan, gözlətmədən yazması onun usta qələmindən xə