9/25/2012

23.09.12 Mənim Ad günüm =)


Salam, dostlar. İşlərimin çoxluğundan bu aralar bloga vaxt ayıra bilmirdim. Nəhayət bugün imkan edib yazımı yazmağa vaxt tapdım)
Deməli  bugünkü yazım nə bir kitab, nə də maraqlı bir film haqqında olacaq =)
Bugünkü yazım mənim həyatımla bağlıdır. Bu yazını sizin üçün yox, özüm üçün yazıram...
İllər keçəndən sonra bugün yazdıqlarım mənə doğrudan da çox maraqlı gələcək çünki =)
 Ona görə də əgər sizi sırf elmi bir şey maraqlandırırsa, bundan sonrasını oxumamağınızı məsləhət görərdim :)

Bəzi dostlarım Facebookdan bilir, bəzilərisə bəlkə hələ də xəbərsizdir, amma 23 sentyabr mənim ad günüm idi =))
O dəqiqə happy birthday oxumağa başlamayın))) Gözləyin görək hələ sizə danışacaqlarım var)

İstəyirəm 23 sentyabrda baş verənləri ən başdan yazım =)



Deməli mən tez yatan olduğuma görə  22 sentyabr gecə saat heç 11 olmamışdı ki, yatmışdım)

Ona görə də  23 sentyabrın ilk dəqiqələri, yəni saat 12-dən sonra məni təbrik edən dostlarımın mesajlarını səhər tezdən yuxudan duran kimi oxudum. Ən birinci təbrik yaxın dostum Vəli Candan gəlmişdi =))
Sonra bir-birindən gözəl başqa mesajlar da var idi. Düzü birinci dəfəydi ki, telefonum bu qədər mesajı eyni gündə görürdü =)

Elə yerimdəcə oxuduğum bu mesajlar ad günü səhəri məni gülümsətməyi bacardı)

İnsanın sevilib seçildiyin bilmək, dostlarımdan bu cür diqqət görmək doğrudan da çox xoş idi :)

Sonra fikirləşdim, telefonuma bu qədər mesaj gəlibsə gör indi Face.-də nələr baş verir))


Tez komputerimi açdım baxım görüm kimlər təbrik edib. Açım görüm nə?))

 Ay maşallah inbox, wall gözəl sözlərlə dolub daşır)
 Düzdü mesajların arasında keçmiş tanışlarımdan da, tanımadığım birindən də təbrik var idi :P

(Tanımadığım birinin məni təbrik etməsi yalanına düzü pek inanmadım, kimdisə gizli fanatımıydı məncə :D )


 Təbriklərə tək-tək cavab yazmağım  əməlli başlı vaxtımı aldı) Amma bundan narazımıydım? Əlbəttə ki, yox... Əksinə çox xoş idi =) Hətta bir ara komputerim sürətimə çata bilməyib donmuşdu :D


Sonra Ad günümdə "Türkiyənin səsi" və "İctimai" radioda Ankaradan  mənim şərəfimə "Ay mənim Arzu qızım" mahnısı səsləndi)))

Etiraf edirəm, bu mahnı mənim sifarişimlə mamam tərəfindən efirə verilmişdi :D

 Anamla internetdə də bir güzel danışdıqdan sonra qızlarla görüşə hazırlaşdım. Onu deyim ki, şansımdanmı nə  həmin günü saçlarım heç cür istədiyim kimi olmurdu.

 Day ağlamağa qalmışdım =(
Axrı birtəhər bir şey eləyib evdən çıxdım)
 Saat 2-də dediyim görüşə gedib 3ə qalmış çatdım)) Ad günüm olmasaydı qızlar məni yəqin ki, elə ordaca boğub öldürəcəkdi :D

Qızlarla yığışdıq, deyib gülə-gülə getdik Tarqovudakı, yəni Nizami küçəsindəki Shaurmaya)

 Düzü orda oturmaq fikrim yox idi. Sadəcə olaraq Shaurmanın daha yaxın olmağı və mənim tənbəlliyim bizi ora gətirib çıxartmışdı :P


 Deməli Shaurmada oturduq, amma yanımızda ağzımızın içinə baxan oğlanları görən kimi qızlara dedim "Hadi kızlar, başqa yerə. Burda rahat olmayacağıq :P " Ona görə də orda oturmağımızla, qalxmağımız bir oldu.

Düzü bu tip situasiya ilə çox yerdə rastlaşıram, ona görə də yeri gəlmişkən burdan bəzi oğlan və qızlara səslənirəm, xahiş edirəm restoranda, kafedə, bufetdə oturanda bir-birinizin ağzının içinə baxmayın, ayıbdı :P

Adam rahat yeməyin yeyə bilmir axı. Mən nə bilim sən mənim saçıma-başıma baxısan, ya ağzımın içinə...

Həə, deməli, Shaurmadan çıxdıq getdik "Firuzə"yə. Düzü mən oranı çox sevirəm... Sakitçilik, yüksək səviyyəli xidmət, gülərüz personal (lap şadlıq sarayı reklamına oxşadı :D ) oranın abu-havası mən istədiyim kimiydi. Qızlarla menyuya baxıb qəşənq şeylər seçdik)

Bir az ordan, bir az burdan danışaq deyərkən çox maraqlı söhbət alındı)) İnanın heç ordan durmaq istəmirdim)))
Hətta bir ara Firuzədə heç vaxt eşitmədiyim musiqi səsləndi və qızlar da başladı "Happy Birthday to you" oxumağa)))

Deyəsən ürəyi təmiz olmaq buna deyirlər, çünki biz heç kimdən o musiqinin verilməsini xahiş etməmişdik və  təsadüfi bir şəkildə mahnı tam da söhbətimizin ən yaxşı yerinə, təbriklər vaxtına düşdü =))



Firuzədə qəşənqcə yeyib içəndən sonra getdik Bulvara) Orda "Qorxu evi" deyə bir şey var, yəqin çoxunuz eşitmisiz, baxın ora getməyi mən çoxdandı istəyirdim)
 Nəhayət ad günümdə qismət oldu))

Həcər, Yelena, Nuruş, mən oturduq yerimizə "ya Allah" deyib girdik o qorxu dolu evə)) Orda olmayanlara deyim ki, içəri qapqaranlıqdı. Göz-gözü görmür ve birdən qabağınıza əcaib bir şeylər çıxır. Şəxsən mənə çox ləzzət elədi))

Doyunca qorxub qışqırmışam :D
Hətta ordan çıxanda səsim də batmışdı)))
Getməyənlərə məsləhət görərdim)

Yadımdadı o vaxt Aqua Parkda "Drakula" var idi, o da bu tipdə idi)) Hətta O daha qorxulu idi, çünki qaranlıqda öz ayağınla məcbur bir yerlərə gedisən, bir də görüsən o əcaib səslərin içində, dar koridorda arxadan biri gəlib əlini çiyninə qoyur... Gəl də onda qışqırma :D


Gəlin Sizə maraqlı bir təsadüf danışım =)

Deməli  mən evə gələndə qarajımızın qabağında maşın yuyanlardan biri yolumu kəsdi və soruşdu ki, xanım bugün sizin ad gününüzdür?
Mən də təəccüblə dedim bəli...
 Ürəyimdə fikirləşdim, yəqin hardansa eşidiblər) Ya da kimsə bunlara hədiyyə verib ki, mənə çatdırsın. Baxmayın da fanatlar bol olanda belə şeylər də olur :D
Hayal dünyam işte =))

Sonra kişi də mənim hə cavabıma təəccüblənib təzdən soruşdu ki, bugün sizin dəqiq ad gününüzdür? Yenə dedim bəli, bəli ad  günümdü...


Bir də nə görsəm yaxşıdı, kişi əlində gizlətdiyi maşın açarını çıxardıb mənə verdi ki, buyurun onda bu da sizin hədiyyəniz!



xaxaxa :D Həyəcanlanmayın)) Hədiyyə maşın filan qazanmamışam xD
Sən demə atam maşını yumağa verib, açarı da bulardaymış :D

 Kişi də mənlə zarafat etmək istəyibmiş :D Amma mənə qəribə gələn odu ki, birdən ikiyə heç onlarla salamım olmadığı halda nə yaxşı belə zarafat etmişdilər)


 Açarı əlimə götürəndə gülüb dedim ki, amma bugün mənim doğrudan ad günümdü)))

 Kişinin özü də güldü) Dedi qismət)) Təbrik edirik, xoşbəxt olun)) Dedim çox sağ olun))

Düzü bu təsadüf mənə çox xoş gəldi)))

Öz maşınımızın açarları olsa da hədiyyə açar almaq gözəl hiss imiş :D

Ondan sonra da evə gəlib evdəkilərə günümü danışdım)


 Soruşsaz bəs tort? Tort filan sevmirəm mən)

Ona görə ad günümdə nə şam üflədim, nə də tort yedim. aaa indi yadıma düşdüyee, heç dilək də tutmamışam ki =))))



Əgər bu yazımı bura qədər aranızda oxuyan oldusa halal olsun)))
Oxuyan hər kimdisə, bağışla, vaxtını aldım)
Amma  yazının əvvəlində qeyd etdiyim kimi mən bunu sadəcə olaraq yaxın birinə öz hisslərimi danışırmış kimi, tam səmimi  olaraq, qrammatik, leksik, orfoqrafiq  səhvlərə filan baxmadan yazdım.
Xatirə olaraq qalsın dedim blogumda =)

İnşallah gələn il bu yazımı oxuyub, bugünümü yadıma salıb bir xeyli gülərəm.

Bu boyda yazı oxuduz, amma neçə yaşım olduğunu bilmədizsə gəlin deyim sizə, 19 yaşım tamam oldu =) Gələn il İnşallah yubileyimdir)
Görək bir il içində başımıza nələr gələcək, 19 yaşım hansı uğurlarımla yadımda qalacaq =)





Bu da bacımın və padruqalarımın mənə aldığı hədiyyələr =)

Bu tip aksesuarları doğrudan da çox sevirəm :)