Çingiz Mehbalıyev - Miras: Bakının Sirri

Salam, dostlar! Bugün sizə gənc yazar Çingiz Mehbalıyevin ilk kitabı “Miras: Bakının sirri” haqqında yazmaq istəyirəm. 

İlk növbədə onu deyim ki, bu kitab haqqında digər bloglardan oxuduğumdan, promo videosunun tez-tez rastıma çıxdığından artıq alınacaq kitablar siyahısında qeyd etmişdim. Ona görə yox ki, kitab haqqında yazılanlar diqqətimi çəkmişdi, ona görə ki, bu qədər reklam olunan bir kitab həqiqətən də oxunmağa dəyərdi ya yox onu bilmək istəyirdim)))


Lakin sonda iş elə gətirdi ki, bir gün müəllifin özü; Çingiz Mehbalıyevlə  Facebook sosial şəbəkəsində tanış olduq və yazıçı kitabı haqqında fikirlərimin onun üçün də maraqlı olduğunu söylədi. Belə yerdə deyirlər kitabı “gökde ararken, yerde buldum” =)) Özdəki müəllifin şəxsən özündən hədiyyə olaraq)) 

Düzü kitabı alıb vərəqləyənə  qədər necə bir kitab olacağı, bəyənib bəyənməyəcəyim haqqında heç bir fikrim yox idi. Amma etiraf etmək lazımdısa, gənc yazar yazdığından o qədər də güclü bir kitab olacağını gözləmirdim. Bu fikirlərim isə kitabı oxumağa başlayana qədər davam etdi.
“Miras: Bakının sirri”  ni ilk əlimə alanda intellektual-detektiv əsər olaraq qeyd edilməsi, kitabın içərisindəki şəkillər, bunlar hamısı diqqətimi çəkdi və kitabı böyük həvəslə oxumağa başladım.
 Bəs kitabda nədən bəhs edilir?
Kitab Kamal adlı çox savadlı bir oğlanın Bakıda yüz illər boyu gizli qalmış sirrin axtarışı ilə başlayır. O, bu sirri araşdırdıqca maraqlı faktlar üzə çıxır.  Sən demə illər boyu xarici ölkələrin Bakıya meyl etməsinin əsas səbəbi Bakı nefti deyil, başqa bir sirr imiş.. Kamal ilə birgə biz də kitabı oxuyarkən bu sirri tapmağa çalışırıq.
Kitabı vərəqlədikcə hər səhifədə daha maraqlı faktlarla rastlaşdım və hətta yazıçının bu qədər dəyərli məlumatları bir kitabda yığıb verməsinə təəssüfləndim. Çünki 2-ci kitaba belə maraqlı faktlar qalıb ya yox bilmirəm)
Çingiz Mehbalıyev ilk kitabı “Miras: Bakının sirri”  ni  böyük zəhmət və geniş araşdırma ilə 3 ilə ərsəyə gətirib. O kitabı hazırlayarkən 22-dən artıq real-elmi mənbəyə istinad edib və kitabda 37-dən çox tarixi şəxsiyyətin adı keçir. Bu kitabda daha əvvəl Dan Braunun “Da Vinçinin Şifrəsi” kitabında oxuduğum “qızıl bölgü”, arximed spiralı, Mövlanə Cəlaləddin Ruminin, Şəms Təbrizin həyatı, Sezar şifrəsi, Qız Qalası və Şirvanşahların dəfələrlə nəzərimizdən qaçan sirləri, Azərbaycanın qədim tarixi, Bakıda baş verən gizli terrorlar və Qız Qalasındakı intiharlar haqqında ətraflı məlumat verilmişdi. Bütün bunlar kitabı bir nəfəsə oxumağıma səbəb olan arqumentlər idi.
Kitabın arxa qapağında yazıçının rəssamlığa maraq göstərdiyi qeyd edilmişdi. Kitabda da rəsmlərlə bağlı faktlar vardı, ona görə də internetdə ilk öncə Çingiz M.-in çəkdiyi rəsmləri  axtardım. Həqiqətən də bu qədər gözəl şəkillər çəkə bildiyin təsəvvür etməmişdim. Hətta kitabda istifadə edilən “Rumidən fraqmentlər” rəsmi də yazıçının özünə məxsusdur. Bu isə heç ağlıma da gəlməmişdi)) Mən elə bilirdim ki, o əsər hansısa xarici məşhur rəssamın əl işidir.


Yenə qayıdaq Bakının sirrindən bəhs edən bu kitaba..

Bu kitabı oxuyub bitirən elə insan ola bilməz ki, kitabdan yeni bir şeylər öyrənməsin.
Əgər Dan Braunun kitablarından ən azı birin oxumusuzsa bu kitabda da o kitablarda hiss etdiyiniz “dadı” hiss edəcəksiz. Məsəlçün mən “Da Vinçinin Şifrəsi”nə bənzərliklər gördüm bu kitabda. Da Vinçinin şifrəsində Mona Liza əsas maraq obyektidisə, burda isə “Qız Qalası” bizi maraqlandıran əsas şeydir. “Da vinçinin şifrəsi”ndə hadisələr xarici ölkələrdə, heç görmədiyimiz yerlərdə olduğundan kitabda oxuduqlarımızı təsəvvür etməkdə çətinlik çəkirik, amma bu kitabda hər şey doğma Bakımızda baş verir. Yəni müəllifin özünə də demişəm, gələn dəfə Qız Qalasına və ya Şirvanşahlara gedəndə mütləq kitabı da özümlə aparacam ki, qeyd edilən, heç fikir vermədiyim yerlərə bir də daha diqqətlə baxım) Hətta bəlkə Kamalın planından istifadə edib mən də Qız Qalasındakı o su quyusuna baş çəkdim =)))

Sonda isə onu qeyd edim ki, kitabda əksik saydığım yeganə şey redaktorun bu işə bir qədər məsuliyyətsiz yanaşması oldu. Çünki kitabda həm orfoqrafik, həmdəki qrammatik səhvlər var idi. Sanki cümlələr yenidən oxunub düzəliş edilməmişdi, eyni sözlər təkrarlanırdı.
Müəllif öz biliklərinin hamısın bir yerə yığaraq bizə Bakının tarixi və sirrləri haqqında çox gözəl bir kitab təqdim edib. Belə bir kitabı ərsəyə gətirdiyinə görə Çingiz Mehbalıyeva təşəkkürlər.
Ön yargılarımın tam əksi olaraq gözləmədiyim dərəcə də maraqlı kitab idi.  


 Birdə ki, müəllifin özünə də burdan demək istəyirəm ki, kitabın sonunda Kamalın mənə nə qədər doğmalaşdığın hiss etdim, çünkü sonda bir ara “ayy yazıq Kamal” deyə şeylər düşündüm içimdə =)) Həralda bu da müəllifin uğurudur ;)

Kitabdan seçmələr:

Adətən mədəni adamlar hansısa suala cavab vermək istəməyəndə sualları zarafata salır.

Hər dəfə eyni üsulu tətbiq edib fərqli nəticələr gözləmək axmaqlıqdır. (Albert Enşteyn)


Biliklərdə əminlik, davranışda əminliyə səbəb olur. Davranışda olan əminlik işlərdə olan əminlikdir. İşlərdə olan əminlik isə düzgün nəticə deməkdir.


Həyatda elə anlar olur ki, istədiyin kimi deyil, lazım olduğu kimi davranmalı olursan.


Çəkdiyin rəsmdə iki şeydən biri mütləq olmalıdır: ya sənin fikirlərin, ya da sənin hisslərin. Bunlar olmasa tablo rəng yaxmasından başqa bir şey deyil.


Həyatda çətin heç bir iş yoxdu, həll yolunu bilmədiyin iş var!


Adətən düşmən olan dövlətlər bir ölkəyə ziyan vurmaq, əhalidə kütləvi vahimə yaratmaq istəyirsə, mütləq enerji sektoruna, ya da ümumi kommunikasiyalara qarşı terror həyata keçirirlər. 


P.S: Maraqla oxuduğum, axıcı kitab idi, amma çox heyif ki, Da Vinçinin Şifrəsi ilə bənzərlikləri çox idi. 



Yorumlar

  1. maraga getirdiniz meni de!! :)
    online tapmaq olar goresen kitabi?? :O

    YanıtlaSil
  2. Elektron versiyasi mence hele yoxdu, Anar :)

    YanıtlaSil
  3. salam, Arzu.

    Mən də bir müəllif olaraq mənim kitabım haqqında yazılan belə maraqlı, səmimi və hərtərəfli bloq yazısına görə sənə dərin təşəkkürlərimi çatdırıram.

    Hörmətlə,
    Çingiz Mehbaliyev.

    YanıtlaSil
  4. Salam, Çingiz :)

    Gözel sözlerine göre çox sağ ol)

    Növbətini kitabını səbrsizliklə gözləyirəm ;)

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan