"Norveç meşəsi" kitabını O qazandı!


Axşamınız xeyir, dostlar! Bildiyiniz kimi bugün saat 23:00-da "Haruki Murakaminin Norveç meşəsi kitabını Sən Qazan!” adlı layihəmizə qeydiyyat sona çatdı və mən indi cavabları sizə açıqlamalıyam.
Amma əvvəlcə istəyirəm bir az ürəyinizi çəkim =)
 Deməli İyul ayında Elif Şafkaın "Aşk" kitabını qazanmaq üçün 19 nəfər kitabsevər iştirak etsə də, sentyabr ayımızın hədiyyə kitabı olan Haruki Murakaminin "Norveç Meşəsi" kitabını qazanmaq üçün 34 iştirakçı qeydiyyatdan keçdi. 

İlk növbədə burda oyuna yazılan və bu xəbəri profilində paylaşan hər kəsə öz təşəkkürümü bildirirəm. Diqqətiniz üçün çox sağ olun!
 Könül istərdi hər kəsə bir kitab hədiyyə edim, amma çəx təəssüf ki, əlimdə yalnız bir kitab var və O bir şanslı oxucunun olacaq!
İndi isə çox uzatmadan qalibimizi açıqlamaq istəyirəm:
Və beləliklə, qalibi yenə də Random.org proqramı vasitəsi ilə təyin etdim. Həmin o anlari video olaraq qeydə aldım ki, sonra heç bir narazıçılıq olmasın və heç kəsin ürəyində şübhə qalmasın =)
Deməli bu ayımızın qalibi, Haruki Murakaminin "Norveç Meşəsi" adlı kitabını  bu qədər iştirakçının içərisində  qazanan (dup dup dup dup dup dup ) Məhəmməd İsmayılov oldu! :)
Təbrik edirəm, Məhəmməd! Kitabını 1 həftə ərzində mənə müraciət edərək ala bilərsən :) İnşallah kitabı oxuyub, bəyənib, hər dəfə rəfində görəndə bizi xatırlayarsan =)
Qalib gəlməyən digər oxucularımıza isə şad xəbərim var : Digər hədiyyə kitab üçün oktyabrı gözləməyinizə ehtiyac qalmadı! 
Çünki bu ay daha bir hədiyyə kitabımız var! Bu haqda qısa zamanda Blogda xəbər paylaşacam! P.S: Rəylərdə Məhəmməd kitabı Gülnara hədiyyə edəcəyini yazmışdı, mənə maraqlıdı hələ də bu fikrinin üstündəsən, Məhəmməd?)))

Yorumlar

  1. lol,p.s meni öldürdü gülmekden))

    YanıtlaSil
  2. yeni p.s.de yazilan cumle) nece diqqetlisen.fotoqraflarin "momenti tutmaq" terminini bura aid etmek olar)

    YanıtlaSil
  3. :D
    xixi)))
    Ona gore de bele oyunlarda ele bele soz demeyin gelib adamin qabagina cixir :D

    YanıtlaSil
  4. Arzunun diqqetli olmagina soz ola bilmez cunki menim ozumun xeberi yox idi P,s-i oxuyunda sevincden soka dusdummmm:)))

    YanıtlaSil
  5. Salam Arzu, bu cur layihe ucun sene tesekkurler, Mehemmedin sozu lap bele zor oldu ha :D onada halla olsun, dediyi sozun ustunde galdi , Insallah novbeti yarisi gozluyek, aramizda en cox gazanmasini istediyim ise Velidir, mence o cox yaxinda gazanmaidir, Insallah. :)

    YanıtlaSil
  6. :)) Men bloguma da, burda rey yazan her kese de cox diqqetli yanasmaga calisiram :)
    Salam, Pifaqor. He insallah novbeti defe yene kitab en cox qazanmaq isteyenin olar :)

    Novbeti kitabimiz cox guman ki, Cingiz Mehbaliyevin "Miras: Bakinin sirri" kitabi olacaq, ozde muellifin ozunden imzali :)

    Menim cox sevdiyim,maraqla oxudugum bir kitab idi.

    YanıtlaSil
  7. Menin nece xeberim olmuyub ee(( Bu arada Mehemmedide tebrik eliyirem )

    YanıtlaSil
  8. dordan Arzuu pahooo onuda men isteyiremm eee gorek onuda udan mene bagislayacaqqqq:))))ama ag olar eee ujeee:)

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan