Kayıtlar

Aralık, 2012 tarihine ait yayınlar gösteriliyor

Şahbaz Xuduoğlunun acizliyi!

Resim
Düzü bugün blogda yeni bir yazı paylaşmaq fikrim yox idi. Amma görünür ilin son günündə yazdığım bu yazı Şahbaz Xuduoğlunu bir az da yandıracaq! :D Deməli, bugün   Qanun “Google Translate” evinin (nəşriyyat evi deməyə dilim gəlmir) rəhbəri Şahbaz müəllim özünü hamıdan ağıllı sayaraq belə bir status paylaşmışdı:

2013-cü ildə Onu birinci Siz Təbrik edin!

Resim
Yeni ilin astanasında hamınızı xoş gördük, dostlar! Yəqin blogda etdiyim bir-iki dəyişikliyi də hiss etdiz =) Səhifənin üstündə sağdakı yeni il bəzəyi şəxsən mənim çoooox xoşuma gəldi :) Evimizi bəzəmişkən, blogumu bəzəməmək ayıb olardı :)

Requiem for a dream (2000)

Resim
İnsan psixologiyasın sarsıdan bir film! Bu gün sizə bir neçə gün öncə baxdığım, amma heç vaxt unutmayacağım bir film haqqında yazmaq istəyirəm. Bəlkə də bir çoxlarınız bu filmə illər öncə baxıb, çünki film 2000-ci il istehsalıdır.  Baxmayanlar isə yazacaqlarımı oxuduqdan sonra məsləhət bilsə mütləq bu filmə baxsın. Məsləhət bilsəniz deyirəm, çünki bu filmə baxmaq üçün həm ən azı 18 yaşınız olmalıdır (18+), həm də güclü sinir sisteminə sahib olmalısınız. Film özü  1987-ci ildə   Hubert Selby Jr-in yazdığı eyni adlı roman əsasında səhnələşdirilib.

The Words / Çalıntı Hayat (2012)

Resim
Növbəti yazımla yenə qarşınızdayam =) Son 3-4 ayda bloguma yetəri qədər zaman ayırmadığımdan görürəm ki, izləyicilərimin sayı da azalıb.   Artıq əvvəlki qədər rəylər ala bilmirəm sizdən. Yəqin bu həm də bir çoxumuzun başının dərslərə, imtahanlara qarışması ilə əlaqədardır.  Yeri gəlmişkən, yaxın zamanda imtahan verəcək bütün tələbələrə uğurlar arzulayıram. İnşallah bu sessiyanı da sağ-salamat başa vurarıq =)  

Məsləhətli Film Axtaranlar, Diqqət Buraya!

Resim
Salam, dostlar! Bügünkü yazım hərhalda kino həvəskarlarını daha çox sevindirəcək . Çünki bugün son zamanlarda baxdığım filmlər haqqında maraqlı bir yazı yazmaq istəyirəm. Bu filmlərin arasında məni ağladanı da oldu, güldürəni də...Çox təriflənilməsinə baxmayaraq heç sevmədiyim də oldu, hansı ki, sadəcə olaraq dəyərli vaxtımı məndən aldı :( Siz də filmə baxandan sonra "2 saatım boş-boşuna buna getdi?!" deməyəsiniz deyə film məsləhətlərimi təqdim edirəm :)

A Walk to Remember (2002) / The Lucky One (2012)

Resim
Avropanın, Amerikanın sevdiyi yazıçılardan biri, elə bəlkə də biricisi Nicholas Sparks . " The Notebook”, “The Lucky one”, “The Wedding”, “Dear John”,   “Message in a Bottle”, “A Walk To Remember”, “The Last Song” və s. yazıçının bestseller siyahısa daxil olmuş kitablarıdır.   Nicholas Sparksın çox geniş oxucu kütləsi var və onun kitabları bir çox dillərə tərcümə edilmişdir. Azərbaycan dilinə tərcümədə isə mən bildiyim qədəri ilə hələ heç bir kitabı yoxdur.

GAYların Sevgisindən bəhs edən kitab!

Resim
Ayşe Kulin.. Yəqin ki, bir çoxunuz bu adı eşitmisiniz. Bu xanım Türkiyənin məşhur yazarlarından biridir. O bu şöhrəti 1997-ci ildə yazdığı biyoqrafik roman olan   “Adı: Aylin”   kitabı ilə qazanmışdır. Məhz bu kitab sayəsində Ayşe Kulin elə həmin ili İstanbul kitab fuarı tərəfindən   “İlin yazıçısı”   nominasiyasında mükafatalandırılmışdır. Kulinin   yaradıcılığıyla tanışlığım isə   “Gizli anların Yolcusu” kitabı ilə oldu. Düzü kitabın nədən bəhs etdiyini bilmədən, Ali Ninoda 70% endirimli olduğuna görə almışdım =)