9/13/2012

Bir Milyonerin İlk Aşkı (2006)

Salam, dostlar. Son zamanlar işlərimin çoxluğundan nə post yazmağa, nədəki kitab oxumağa heç cürə vaxt tapa bilmirdim =)
 The Secret kitabı elə əlimdə qaldı)
Amma inşallah qısa zamanda kitablar haqqında yazmağa yenə davam edəcəm.

Bugün isə istəyirəm sizə bir az “Koreya sevdamdan” danışım =))


“A moment to remember” filmi ilə başladı mənim bu sevdam.

Həm danışıqları, həm görünüşləri ilə canı yanmışlar çox şirindi))

Bəlkə də bu filmləri belə çox sevməyimə səbəb onlarda dram, melodram, romantik-komedi janrının ABŞ şirkətlərinin çəkdiyi filmlərdən daha yaxşı alınmasıdır.

Buna səbəb isə məncə amerikanların sevgiyə yetərincə dəyər verməməsidi. Xaricilər Koreyalılar kimi sevgi uğrunda hər şeyi realda yox, elə ancaq kinolarda edər. Onlarda sevgi maraqsızdı, heç kimdən çəkinmirlər, itirmək qorxusu, həyəcan, maraq yoxdu sevgilərində. Şəxsən məni darıxdırır belə şeylər.

Sizə internetdən oxuduğum maraqlı bir fakt deyim: Koreyalılarda yaponlardan, çinlilərdən, amerikanlardan və avropalılardan fərqli olaraq bizimki kimi güclü mentalitet mövcuddur. Yəni Koreya qızları da bizimkilər kimi nazlı və sakit olurlar :)  Avropa sayağı evlənməmişdən qabaq bir yerdə yaşamaq kimi adətləri yoxdu. Böyüklərinə qarşı çox hörmətlidirlər.
Yəni bizdə qayda-qanun necədirsə, orada da elədir.  Baxmayaraq ki, müsəlman deyillər)
Bəlkə də buna görə bu filmlər mənə daha xoş gəlir.

Nəysə bu haqqda çox danışdım, indi isə keçək son günlərdə baxdığım bu filmə.


Bildiyiniz kimi mən ağlamalı filmləri çox sevirəm =) Yox, yox mazoşist filan deyiləm, sadəcə olaraq mənə çox xoş gəlir elə hekayələr. Ağlayanda elə bil ürəyim boşalır))


Buna görə yenə də dostum Google-a müraciət elədim və bir-iki maraqlı film adı qeyd etdim. Bunların arasında ilk seçdiyim isə “Milyoneri ilk aşkı” oldu.

Düzdü kinonun əvvəli bir az darıxdırıcı gəlsə də, axra yaxın məni əməlli-başlı ağlatdı.
Bu koreyalılar elə dialoqlar qururlar ki, kitab olsa əminəm ki, qələmi yerə qoymadan ancaq o sözlərin altından xətt çəkə-çəkə qalardım.
Onu da qeyd etməliyəm ki, kinoya baxası olsaz yarısına qədər səbr edin, çünki əsas maraqlı şeylər yarıdan sonra başlayır. Amma ola bilər film sizə bir az uşaq sayağı gəlsin. Çünki aktyorlar 18-19 yaşındakı gənclərin həyatını canlandırır bu filmdə.
Buna baxmayaraq yenə də boş vaxtınız olsa filmə baxın deyərəm =)

Filmdən seçdiklərim:



Sebebini bilmesem de seni fazla seviyor ve özlüyorum.

Yağmur yağıyor.ama bu yağmur kalbimin sana duyduğu ateşi söndüremiyor.


Gökyüzü neden mavi biliyor musun?

- Çünkü güneş ışınlarının yansıması…
- Hayır! Benim için… Ben mavi istiyorum, mavi oluyor. Ateş neden sıcak biliyor musun? Hepsi benim için. Sıcak olmasını istiyorum, o yüzden sıcak. Korede niçin 4 mevsim de var biliyor musun?
- Senin için?
- Doğru!
- ve sen neden burada doğdun?
o da benim için!

Küçükken minik bir çocuk öptü mü seni?

Bilmiyorum..
Öpüşürken neden gözlerini kaparlar bilir misin?
Çünkü aşklarından gözleri kamaşır..
Gözlerimi kapattığım o kısacık zamanda bile seni özleyeceğim...