Mümin Sekman - Her Şey Seninle Başlar


Salam, dostlar. Bugün haqqında danışacağım kitab Türkiyədə ən çox satılan "Sosyal Başarı" kitabıdır. Yazıçının adı Mümin Sekmandır. Bəlkə də bəziləri bu adı ilk dəfə eşidir, amma bu insan Türkiyədə reytinqləri alt-üst edən kitabın müəllifidir.

Ankara Universiteti "Hüquq" fakültəsinin məzunu olmasına baxmayaraq Mümin Sekman heç vaxt hüquq sahəsində çalışmamışdır. O gənc yaşlarından Türkiyənin uğur qazanmış iş adamlarının, məşhurlarının həyatını incələmiş, analiz etmiş və həyatda  onlar kimi uğur qazanmağın yollarını tapıb öz oxucuları ilə bölüşmüşdür.

Bir ildə 400.000 ədəd satılaraq reytinqlərdə birinci yerdə taxt quran kitab isə "Her şey seninle başlar"dır.

Kitaba internetdə təsadüfən rast gəlmişdim və kitabın arxa qapağındakı sözlər diqqətimi çəkmişdi:
"Çarəsizlik öyrədilmişdir. Elə isə Uğur qazanmaq da öyrədilə bilər. Səndə düşündüyündən daha çoxu var! Gələ biləcəyin ən yaxşı yerdə deyilsən. Yeni bir həyat üçün lazım olan yeni bir ağıldır. Doğru şeyi etmək üçün yanlış zaman yoxdur. Küləyi günahlandırmaqdan əl çək, yelkənlərini istifadə etməyi öyrən! Tamaşaçı olmaqdan bezdinsə, səhnəyə çıx! Zirvədə hər zaman bir kişiyə daha yer var. Başqaları bacardısa, sən də bacara bilərsən! Hər şey səninlə başlar! Həyatda ya tozu dumana qatarsan, ya da tozu dumanı udarsan. Seçim sənin!"


 Həqiqətən də insanları cəsarətləndirən sözlərdir! Elə bu səbəbdən də çox gözləmədən kitabı qısa zamanda almışdım. "Her şey seninle başlar"ı oxumağa başlayarkən elə ilk səhifələrdən kitab insanı özünə çəkir, hətta mən kitabı bir nəfəsə oxuyub qurtardım desəm yalan olmaz =) Kitabda elə düşündürücü sözlər, maraqlı faktlar var ki, insan kitabı əlindən yerə qoymaq istəmir. Yazıçı Mümin Sekman da faktları elə bir dillə yazıb ki, oxuyanda insanda elə hiss yaranır ki, sanki kimsə onunla üzbəüz oturub söhbət edir və öz dəyərli məsləhətlərini verir.
Kitabın insanlara verdiyi mesaj çox açıqdır: Çarəsiz deyilsən, çarə sənsən!
Bu kitab "kendi kendine yetebilme" kitabıdır. Öz ayaqları üzərində durmaq, başqalarına bağımlı olmadan yaşamaq istəyənlər üçün yazılıb sanki. 
Yazarın gözəl bir sözü var: Keçmişdəki səhvlərinizdə ilişib qalmayın. Əgər Bizi yaradan hər zaman keçmişə baxaraq yaşamağımızı istəsəydi, onda gözlərimiz "ensemizde" olurdu!

Dünyanı dəyişdirə bilmərik, amma ən azından öz dünyamızı bu kitabı oxuyaraq dəyişə bilərik!

 Kitabı oxuyarkən altından xətt çəkdiyim fikirlər hədsiz çox idi)) Onların hamısını burda paylaşa bilmərəm, amma əgər həyatda daha çox uğur qazanmaq, dəyşilmək, tənbəlliyin daşın atmaq istəyirsinizsə bu kitabı mütləq oxuyun. Kitabı bitirdiyinizdə əminəm ki, oxumağa başladığınızdakı insan olmayacaqsız. Necə deyərlər psixoloji Redbull kimi bir kitabdır =)))

Mümin Sekman "kitabı bəyəndinizsə, bu kitabı 3 dostunuza  onların da uğur qazanması üçün təklif edin"  deyə qeyd etmişdi. Mən də paxıllıq etməyib kitabı sizinlə burda paylaşıram =) Düzdür, mən "Her şey seninle başları" xam vaxtlarımda Facebookdakı "Türk kitablarının sifarişi" səhifəsidən od qiymətinə - 11 manata almışdım, amma bugün maraqlandım "Bakumoz" kitab klubunda 7 manatadır. İstəsəz klubun Facebook səhifəsindən sifariş verə bilərsiz. 

Əgər övladınız və ya ətrafınızda 9+ uşaq varsa bu kitabın uşaqlar üçün olanını da alıb balacalara hədiyyə edib onları sevindirə bilərsiz. Amam bir şərtlə ki, uşaqlar türkcə başa düşsün =)
 Çox təəssüf ki, hələ Mümin Sekmanın heç bir kitabı Azərbaycan dilinə tərcümə edilməyib.
Balacalar üçün olan "Her şey seninle başlar" kitabının arxa qapaq yazısı:

Sen yürürsen, yollar küçülür.
Sen durursan, her şey gözünde büyür.
Ne kadar iyi hazırlanırsan, o kadar az korkarsın.
Nasıl yapabileceğini öğrenirsen, sen de yapabilirsin.
Yeryüzündeki herkes gökyüzüne aynı mesafededir.
Aklını kullan, güçlü ol, gülümse ve sıkı çalış!
Sen “büyüdükçe” korkuların küçülecek!
Başarı kendini iyi hissettirecek.
Haydi, şimdi sıra sende!
Her Şey Seninle Başlar, Çocuk!
Çocuklarına kendi ayakları üzerinde durmayı
ve hayatı cesurca yaşamayı öğretmek isteyenler için…
Kitabdan seçdiyim sitatlar:
  •  Her başarı, başarısızkən size kötü davranan insanlardan alınmış güçlü bir intikamdır.
  • Başkalarının rüyasının sizin gerçeğiniz olduğunu bilmek, insanın kendisine olan saygısını artırır!
  • Geçmişi ne unut, ne büyüt!
  • Başarı başarını çeker, önemli olan ilk başarıdır.
  • Başarılı olmak tac gibidir, onu banızın üzerine koyduğunuzda size bakan gözler kamaşdığından insanlar yüzünüzdeki sivilceleri (kusurlarınızı) göremez olurlar. Kusurlarınız çok göze batıyorsa, herkes sizi eleştiriyorsa, göz kamaştıran bir iş başarın!

  • Bazı ruhlar zirveye aiddir, amma vadide doğar.

Yaş ve “başarının anlamı”
4 yaşındayken başarının anlamı: Altına kaçırmamaktır.

12 yaşındayken başarının anlamı: Kalabalık bir arkadaş grubuna sahip olmaktır.

20 yaşındayken başarının anlamı: Cinsel hayatınızın aktif olmasıdır.

35 yaşındayken başarının anlamı: Zengin olmaktır.

60 yaşındayken başarının anlamı: Cinsel hayatınızın aktif olmasıdır.

70 yaşındayken başarının anlamı: Kalabalık bir arkadaş grubuna sahip olmaktır.

80 yaşındayken başarının anlamı: Altına kaçırmamaktır.
  • Başarı güzel görünüşlüdür, amma çoğunlukla ter kokar!

  • Tanrı bize iki yuvarlak organ verdi, biri oturmak, diöeri düşünmek için. Başarınız hangisini daha fazla kullanacağınıza bağlı! Oturmak ya da çalışmak, seçim sizin!

  • Diktiğin fidanın kök tutup tutmadıöını görmek için her gün yerinden sökersen, hiç bir zaman kök tutamazlar!
  • Sıradan bir insan kendine uygun birini bulmaya çalışır, büyük insan ise kendini!

Hayatı "çağresizliklerle" dolu bir adamın öyküsüdür...

7 yaşındayken babasını kaybetti ve yetim kaldı. Yalnız ve içine kapanık biri olarak yaşamaya, oradan oraya sürüklenmeye başladı.

8 yaşında okulundan alındı ve köyde yaşadı. Zamanını tarlalarda kargaları kovalamakla geçirdi.

10 yaşında yüzü kanlar içinde kalaçak şekilde, yeni okulundaki hocasından dayak yedi. Ailesi onu okuldan aldı. Sinirden ve korkudan üç gün evinden çıkmadı.

17 yaşında hayalindeki okulun istediği bölümü için gerekli not ortalamasını tutturamadı.

24 yaşında tutuklandı, günlerce sorguya çeklidi ve 2 ay tek başına bir hüçrede hapis yattı.

27 yaşında kendisinden bir yaş büyük meslektaşı kendisininde üyesi bulunduğu derneğin çalışmaları ile kahraman ilan edilirken, kendisi hiç önemsenmiyordu, Doğduğu şehrin merkezinde rakibi törenlerle karşılanırken , o kalabalık arasında yalnız başına olanları izliyordu.

30 yaşında kendisi başka şehirleri duşman elinden kurtarmaya çalışırken,

doğduğu şehir düşman eline geçti.

37 yaşında böbrek hastalığından Viyana'da 2 ay hasta ve yalnız halde yattı.

37 yaşında komutan olarak yeni atandığı ordu, dağıtıldı.

38 yaşında savunma bakanı tarafından görevden alındı.

38 yaşında bir toplantıda giyebileceği bir tek sivil elbisesi bie yoktu ve başkasından bir redingot ödünç aldı. Ayrıca cebinde sadece 80 lirası vardı.

38 yaşında kendisi için tutuklama kararı çıkarıldı!

38 yaşında en yakın beş arkadaşından üçü, onun kongre temsil heyetine üye olmaması için oy kullandı.

39 yaşında idam cezasına çarptırıldı!
 
Sonra nemi oldu?
42 yaşında Türkiye Cumhuriyeti Cumhurbaşkanı oldu!
Okuduğunuz öyku efsanevi lider Mustafa Kemal ATATÜRK'e aittir.
  
P.S: Yeri gəlmişkən onu da qeyd edim ki, bu yaxınlarda Mümin Sekmanın daha 2 kitabın Türkiyədən sifariş vermişəm =) İnşallah onlar haqqında da növbəti postlarımda yazaram. 
Həlilik isə sağlıqla qalın ;)

Bu kitaba ancaq 5 bal vermək olar!



Yorumlar

  1. Maraqli fikirlerdi. Menim de size meslehetim var. Ronda Byrnenin "Sirr" kitabini oxuyun... Ela kitabdi, oxusaz emin olacaqsiz. :)

    YanıtlaSil
  2. Nece yashamali oldugumuzu oyretmek iddiasinda olan eserlere nifret eliyirem, onlar oxuyan insanlari da basha dushmurem hech cur, biz EHM deyilik ki proqramimizi kimse yasin, ona esasen de chalishaq! Heyatimiz bizimdir ve onu nece istiyirikse ve nece lazim bilirikse ele de yashamaliyiq! kiminse meslehetlerile ugurlu ola bilerik, amma XOSHBEXT esla!

    Hardan oxudugumu indi xatirlamasam da bir fikir oxumushdum, hansi ki mence en dogru heyat felsefesidi:
    Axmaq insanlar sehv edir, oz sehvinden oyrenmir ve eyni sehvi tekrar edir, normal insanlar sehv edir, oz sehvinden oyrenir ve onu tekrar etmir, agilli insanlar bashqalarinin sehvlerinden netice chixarir ve hemin sehvi ozu etmir...

    P.S. qaldi yazichiya, kitab chox agilli ve ugurlu bizness addimidi, ugurlu olmaq arzusunda olan minler, milyonlar onun kitabina kichik meblegde pul xercliyecek ve eger ugur qazanmasada yazichini gunahlandirmiyacaq, amma evezinde yazichi artiq ozunu ugurlu adam hesab ede biler!! :))

    YanıtlaSil
  3. Mahammad, "Sirr" kitabın yükləmişəm, inşalah qısa zamanda oxuyacam. Məsləhətiniz üçün çox sağğ olun :)

    Anar, əlbəttə kiminsə məsləhətərləri ilə xoşbəxt ola bilmərik. Amma bu kitab insanı tənbəllikdən uzaqlaşdırır, yeni maraqlı fikirlər öyrədir. Məsəlçün, əgər bir abituriyent imtahana hazırlaşırsa ona ətrafındakı insanların məsləhətlətindənsə, məncə , bu tip kitablar daha çox təsir edə bilər. Çünki bəzən ətrafımızdakı elə insanlar adama məsləhət verir ki, adam istəyir desin "belə çox bilənsən elə özünə bir çarə tap da" =))) Amma bu kitabın müəllifi xaricdə bununla bağlı araşdırmalar aparmış, artıq özünü təsdiqləmiş, bütün Türkiyədə tanınan "Kişisel gelişim uzmanı"dır.
    Ümumiyyətlə dünyada "Self-development" tipli kitablar çox satılır, amma nədənsə bu adət hələ Azərbaycana gəlib çıxmayıb. Məsəlçün Paulo Coelhonun "11 dəqiqə" əsərin kiməsə hədiyyə etməkdənsə, bu kitabı seçib hədiyyə edərdim. Ən azından bilirəm ki, "kişisel gelişim" kitabları oxuyana az da olsa yaxşılığa doğru təsir edir.

    YanıtlaSil
  4. Dunyada self-development tipli kitablar ona gore satilir ki onlar development haqda dushunurler, bizdese hami deyir yeqin qismeti budu! :))

    P.S. Inanmiram ki, bu tipli eserlerin hediyye olunmasi hemishe duzgun qarshilanar, meselen biri mene bele bir kitab hediyye etse ozumu tehqir olunmush hesab ederdim...

    YanıtlaSil
  5. Anar, eslinde sen dediyin "her sey qismetdi" fikri haqqinda da kitabda cox yazilib. Yazici İnsanları qismetdi deyib yerinde saymamaga, yeni bir seyler etmeye devet edir.Kitabı 1ce defe oxusan mence meni basa dusessen.

    Nedense sen kitab haqqinda tam basqa fikre dusdun))) BU kitab heyati nece yasamagi oyretmir, eksine deyir hec kime qulaq asmadan ureyinizin sesine qulaq asib, yeni muveffeqiyetler qazanin. "Bacara bilmessen" deyenleri esitmemeyi, hedefe doğru çalışmağı məsləhət görür, insanı bu sahədə həvəsləndirir.

    Siz ugur qazandiqca insanin ozune olan hormeti de artir. Evvel seni pisleyenler, sonra sene "yaltaqlıq" etməyə başlayır. Kitabda bu kimi fikirlerden söhbət gedir.

    "Her şey seninle başlar"da ele bir sey yoxdur ki, bu tehqir sayilsin. Yene de hereniz oz fikri var. İstemezdim kimse çox sevdiyim kitab haqqinda yanlis fikre dussun :)

    YanıtlaSil
  6. bu kitabin pdf versiyasi var ?

    YanıtlaSil
    Yanıtlar
    1. Mumin Sekmanin kitablarinin cetin ki, pdf versiyasin tapa bilesiz. men bildiyim qederi ile yoxdur.

      Sil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan