Kayıtlar

Ağustos, 2012 tarihine ait yayınlar gösteriliyor

Xalid Hüseyni - Çərpələng Uçuran (Test)

Resim
Salam, dostlar. Bugündən blogda olacaq daha bir yeniliklə qarşınızdayam :) Maşallah bu aralar yeniliklər çoxdur =) Bundan sonra oxuduğum kitablardan testlər hazırlayaraq kitabı oxuyan oxucuların diqqətini yoxlamaqda onlara kömək etməyə çalışacam. Beləliklə, ilk testimiz Xalid Hüseynin möhtəşəm əsəri "Çərpələng Uçuran" haqqındadır.

Mümin Sekman - Her Şey Seninle Başlar

Resim
Salam, dostlar. Bugün haqqında danışacağım kitab Türkiyədə ən çox satılan "Sosyal Başarı" kitabıdır. Yazıçının adı Mümin Sekman dır. Bəlkə də bəziləri bu adı ilk dəfə eşidir, amma bu insan Türkiyədə reytinqləri alt-üst edən kitabın müəllifidir. Ankara Universiteti "Hüquq" fakültəsinin məzunu olmasına baxmayaraq Mümin Sekman heç vaxt hüquq sahəsində çalışmamışdır. O gənc yaşlarından Türkiyənin uğur qazanmış iş adamlarının, məşhurlarının həyatını incələmiş, analiz etmiş və həyatda   onlar kimi uğur qazanmağın yollarını tapıb öz oxucuları ilə bölüşmüşdür. Bir ildə 400.000 ədəd satılaraq reytinqlərdə birinci yerdə taxt quran kitab isə "Her şey seninle başlar" dır. Kitaba internetdə təsadüfən rast gəlmişdim və kitabın arxa qapağındakı sözlər diqqətimi çəkmişdi: "Çarəsizlik öyrədilmişdir. Elə isə Uğur qazanmaq da öyrədilə bilər. Səndə düşündüyündən daha çoxu var! Gələ biləcəyin ən yaxşı yerdə deyilsən. Yeni bir həyat üçün lazım o

Paulo Coelho - Rio-Pyedranın sahilində oturdum və ağladım

Resim
Çox bəyəndiyim və sevə-sevə oxuduğum kitabların içərisində Paulo Coelhonun “Rio-Pyedranun sahilində oturdum və ağladım ” kitabı ön sıralardadır. Yazıçının bu kitabı   Yeddinci gündə adlı trilogiyasının ilk əsəridir. 1994-cü ildə nəşr olunan bu kitab   dünyanın bir çox dillərinə tərcümə edilərək 2,5 milyon oxucu ilə görüşüb.

Oxuyacağım Kitablar - Sentyabr ayı

Resim
Salam, dostlar! Bugünləri Bakumoz vasitəsilə Türkiyədən sifariş verdiyim və böyük səbirsizliklə gözlədiyim 3 kitabım nəhayət ki, gəldi :)) Kitabları vərəqlədikcə düzgün seçimlər etdiyimi, hətta bu kitabların bəzilərinin məni fena sarsıdacağın da hiss etdim.

Bu da İspanların Aşk-ı Memnusu!

Resim
Salam, sevgili oxuyucular =) Bugündən blogda yeni bir bölmə açmağa qərar verdim. Yeni bölməmizin adı:  Dedi-qodu Qazanı! Yox-yox, burda onun bunun qeybətin qırmayacağıq, sadəcə olaraq baxdığım seriallardan, məşhurlardan maraqlı olan xəbərləri sizinlə paylaşacam =)

Çingiz Mehbalıyev - Miras: Bakının Sirri

Resim
Salam, dostlar! Bugün sizə gənc yazar Çingiz Mehbalıyev in ilk kitabı “Miras: Bakının sirri” haqqında yazmaq istəyirəm. 

Slumdog Millionaire / Milyoner filmi (2008)

Resim
Cəmi   bir sual Camal Maliki 20 milyon rupidən ayırır. O bunu necə edib?   A) O hiylə edib   B) O şanslıdır   C) O dahidir   D) Bu onun qismətidir Hind filmlərini çox da sevmirəm. Nadir hallarda olar ki, mən hansısa Hind filminə baxaram. Bu məqaləmdə isə haqqında danışacağım film İngiltərə istehsalı olan, lakin məhz bir neçə kasıb Hindlinin həyatından bəhs edən bir filmdir.

Nuray Sayarı - Beyaz Mucizeler

Resim
Salam, sevgili kitabsevərlər! Necəsiz? Yay tətiliniz necə keçir? 3 günlük Qəbələ səyahətindən sonra nəhayət yenə Bakıdayam =) Bugün sizə tam fərqli bir kitab haqqında yazmaq istəyirəm. Uşaqlıqdan astrolgiyaya, bürclərə, fallara filan inanan biri olmuşam. Bu yaxınlarda Star Tv-də "Alişan ve Ayşenin" verlişində qonaq 20 ilə yaxındır astrologiya ilə məşğul olan məşhur astroloq Nuray Sayarı idi. 

Leyla / Alexandra Cavelius

Resim
Real hadis ə l ə r ə sas ı nda yaz ı lm ış daha bir dramatik roman … Alexandra Cavelius un  q ə l ə m ə ald ığı bu kitabda bosniyal ı Leyla n ı n ac ı taleyind ə n b ə hs edilir. Leylan ı n m ü harib ə vaxt ı çə kdiyi ə zablar, g ö rd ü y ü i ş g ə nc ə l ə r, g ö z ü qar şı s ı nda g ə linl ə r ə - q ı zlara “toplu tecav ü z” edilm ə si, bir siqaret qar şı l ığı nda ə sirin dig ə r h ə rbi hiss ə y ə sat ı mas ı , b ü t ü n bunlar kitab ı n b ə hs etdiyi d ə h şə tli real faktlard ı r.