Kayıtlar

2013 tarihine ait yayınlar gösteriliyor

Ahmet Batman - Soğuk Kahve

Resim
Son günlərin ən populyar yazıçısı Ahmet Batman və onun məşhur kitabı "Soğuk Kahve" :) Bu kitabdan paylaşılan sitatları yəqin aranızda görməyən yoxdur. Sırf o bir-birindən maraqlı cümlələrinə görə bu kitab oxucular tərəfindən bu qədər çox sevildi :) Kitab roman şəklində deyil, sadəcə olaraq yazıçının oxucu ilə olan həyat haqqında söhbətinə bənzəyir. Yazıçıın bəzi cümlələrində insan sanki özünü tapır. Düzü bu kitab haqqında "kitabı elə bil şizofren yazıb" sözün də eşitmişəm, amma məncə o insanlar kitabda Ahmet Batmanın çatdırmaq istədiyini anlamayıblar. Yazılarında bir söhbətdən qəfil digərinə keçən Ahmet Batman kitabda bunu özü də qeyd edir, yazılarım fikrim qədər çox dağınıqdı deyir , amma bu mənə görə oxucunu narahat edən bir şey olmamalıdır, əksinə bir növ yazıçının səmimiliyinə nümunədir. Amma yenə də əlbəttə zövqlər fərqlidir, birinin bəyəndiyini digərləri bəyənməyə bilər :) Kahraman Tazeoğlu da bu üslubda yazır və onun da Bambaşka kitabın oxumuşdum.

Elif Şafak - Şemspare

Resim
Elif Şafak - Türkiyənin ən məşhur qadın yazarlarından biri... Onu sevənlər qədər, sevməyənlər də var. Amma mən Elif Şafakı  İskender kitabında bir o qədər bəyənməsəm də, bu kitabda oxumağa dəyər yazıçı olduğunu anladım.  Oxuduğum kitab, Şemsparə Elif Şafakın köşə yazılarından ibarət olsa da, aralarında maraqlıları vardı. Hətta oxuduğum bəzi hekayələrdə özümü tapdım deyə bilərəm. Ən çox diqqətimi çəkən isə Şafakın bənzətmələri oldu. Sözlərdən doğrudan da çox gözəl istifadə edir bu xanım yazıçı.

Agatha Christie - Nilde Ölüm (E-kitab yüklə)

Resim
Yəqin ki, detektiv romanların ustadı Agatha Christienin adın eştməyən yoxdur. Detektiv romanları sırf həddən artıq çox detala yer verildiyi üçün sevməzdim, amma oxuduğum ilk Agatha Christie kitabından sonra başa düşdüm ki, əsl detektiv romanlar sıxıcı yox, əksinə həddən artıq çox maraqlıdır. Kitaba keçməzdən öncə yazıçı haqqında az-çox məlumat verim. Agatha Christie ingilis ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Christie ardarda yazdığı romanlar və yaratdığı detektiv obraz  Hercule Poirot  ilə bütün dünyada şöhrət qazanmışdır. Agathanın sevgi romanlarını da   Mary Westmacott    adıyla yazdığı artıq hərkəsə məlumdur.   Agatha Christenin oxuduğum ilk əsəri "Nilde ölüm" oldu. Kitabda rəfiqəsinin nişanlısını əlindən alan zadəgan bir ailənin qızının həyatından bəhs edilirdi.  Yəqin artıq mövzudan kitabın nə qədər maraqlı olduğunu başa düşdüz :) Agatha Christe hadisələri möhtəşəm bir ardıcılıqla, insanı yormadan, gözlətmədən yazması onun usta qələmindən xə

Kindle Touch nədir?

Resim
Salam, dostlar. Bugün sizə hansısa kitab haqqında yox, çoxdandır arzusunda olduğum və  bu yaxınlarda aldığım   "Kindle Touch" haqqında ətraflı bir yazı yazmaq istəyirəm. Kindle Touch nədir? Gündəlik həyat ımıza yaxın zamanlarda daxil olan elektronik kitablar (E-kitablar)  elektronik mürəkkəb texnologiyas ı il ə ən parlaq dövrünü yaşayır. Elektronik kitab ın ixtiraçısı v ə mütəxəssis Michael S. Harta görə " E-kitab havadan sonra ən çox ehtiyac duydu ğumuz şeydir ." Elektronik mürəkkəb texnologiyas ının əsas məqsədi e-kitab oxumaq üçün ixtira edilən cihazlara orginalına yaxın, kitabdan oxuyurmuş kimi effekt verməkdir.  Bu texnologiyada göz yor ğunluğuna g ətirib ç ıxaracaq ekran işıqlandırması yerin ə ətraf mühitin işığından istifadə edilir. Beləcə günəş işığında da gözü yormadan keyifli bir oxuma imkan ını əldə edirik .

Oda - Emma Donoghue

Resim
Əlimdə gördüyünüz bu kitab, yəni Oda - New York Times tərəfindən 2010-cu ilin ən yaxşı 10 kitabından biri seçilib. Kitab irlandiyalı yazar Emma Donoghue tərəfindən qələmə alınıb. Kitabın mövzusu əslində çox maraqlıdır, daha doğrusu reala yaxındır.  Yadınızdadırsa, 2008-ci ildə Avstraliyalı bir ata 24 il boyunca qızını balaca bir otaqda gizlədərək, ona dəfələrlə təcavüz etmiş, 6 uşaq atası olmuşdu. Doğrudan da bu insanın tüklərini biz-biz edən bir skandal idi. Baxın, kitabda da təxmini bu mövzudan bəhs edilir. Yaşlı Nick ləqəbli bir kişi universitetdə oxuyan 19 yaşlı qızı aldadaraq qaçırır və onu bir otağa həbs edir. Məhz bütün hadisələr də bundan sonra başlayır. Kitabı oxumağa başlayanda adam bir az çətinlik çəkir, çünki əvvəldə hələ hər şey tam aydın başa düşülmür. Amma kitabı oxuduqca, ortalarına gəldikcə artıq hər şeyi anlamış olursuz. Yəni kitabın əvvəli buna görə darıxdırıcı olsa da, ortaları çox maraqlı və axıcıdır.  Kitabı bir az oxuduqdan sonra başa düşdüm ki, had

Sinqapurda gəzib gördüklərim :)

Resim
Yadınızdadırsa, bu  yazımda xarici dostlarımla məktublaşmağımdan sizə bəhs etmişdim. Bir çox ölkədən poçt kart gözlədiyim halda, nədənsə son zamanlar məktublar mənə çox gec çatır. Düzü, bir az buna üzülürəm. 2 həftəyə çatar dedikləri kartlar 1 aydan çoxdu dünya səyahətindədi elə bil :) Məktubsuz keçən bir neçə həftədən sonra nəhayət ki, dünən poçtalyon qapımızı döydü .  Bu dəfə Sinqapurdan gələn "Hello Kitty" bəzəkli pembe məktub məni doğrudan da çoooox sevindirdi :)) Bu poçt kartların digərlərindən çox aydın seçilən bir fərqi var idi, o da ki, keyfiyyəti. Doğrudan da bunlar indiyə qədər aldığım ən gözəl, ən rəngli poçt kartlardı deyə bilərəm :) İndi isə poçt kartlarımıza daha yaxından baxaq) Şəkildə gördüyünüz bu yer Marina Bay  adlanır. Marina Bay Sinqapurun ən bahalı və ən məşhur otelidir. 

Sabahaddin Ali - Xəz paltolu Madonna (TEST)

Resim
Salam, sevgili kitabsevərlər! Dəyərli Dostlarımın xahişi ilə növbəti testimiz Sabahaddin Alinin "Xəz paltolu Madonna" kitabı haqqında olacaq.   Kitabı oxuyanlardan xahişim , monitora bir az da yaxın əyləşərək testi həll edib kitabı nə qədər diqqətlə oxuduqlarını müəyyənləşdirsinlər. P.S: Sonda həll etdiyiniz testlə bağlı fikir və iradlarınızı, həmçinin nə qədər xal yığdığınızı bizimlə bölüşsəz şad olaram :)

Dikkat Vücüdunuz Konuşuyor!

Resim
Ahmet  Şerif İzgören – Türkiyənin məşhur kişisel gelişim uzmanlarından biridir. Yazıçının indiyə qədər  12 kitabı çap olunub və bunlardan 9-u  10.000 çox-dən çox satılıb. Yazıçı ilə ilk tanışlığım “Dikkat! Vücudunuz konuşuyor”  kitabı ilə oldu.   Bir il bundan qabaq oxuduğuma baxmayaraq bu kitab hələ də yadımdan çıxmayan, dəyərli hesab etdiyim kitablar sırasındadır. Kitabda insanın bədən dilində hər hərəkətin izahı ilə birgə bir çox tanınmış siyasi xadimlərin, diktatorların, məsəlçün Hitlerin məşhur əl hərəkətinin mənası  hər xırda detalına qədər izah edilib. Bundan başqa kitabda rənglərlə də bağlı çox maraqlı faktlar yer alırdı. Bunlardan bəzilərini yuxarıdakı şəkildən oxuya bilərsiz.  Kitabı oxuyub qurtardıqdan sonra yazıçının axıcı və səmimi yazı diliylə bir çox məlumatın yaddaşınıza həkk olunduğunu, yeni şeylər öyrəndiyinizi görəcəksiz. “Dikkat! Vücudunuz konuşuyor” bəzi bədən dili kitabları kimi insanı saf yerinə qoyan, bir çoxumuzun bildiyi şeyləri t

E.M.Remark - Qərb Cəbhəsində yenilik yoxdur

Resim
Bu kitabı yayda Ali ve Nino mağazasından 70 % endirimdə olanda almışdım. Düzü, kitabı alanda əsər haqqında heç bir məlumatım yox idi. Sadəcə olaraq müəllifi Remarkdır deyə diqqətimi çəkmişdi. Kitabı yayda alsam da, uzun müddət rəfdə gözlətdikdən sonra nəhayət 2013-ün fevralında oxumaq qismət oldu.  Kitabda Birinci Dünya Müharibəsi  tarixindən, gənc əsgərin düşüncələrindən bəhs olunur. 19 yaşlı Paul Boymer özü də bilmədən məktəbdən birbaşa cəbhəyə gəlir . O, cəbhədə gözlədiyi müharibə həyəcanı və macəraları əvəzinə qırğının amansızlığını və dostlarının dəhşətli ağrılarının şahidi olur. "Qərb cəbhəsidə yenilik yoxdur" bütöv halda, ən azından 50 dildə 20 milyon tirajla yayılıb. Bu da, İncildən sonra dünyada ən çox nəşr olunmuş ikinci kitab hesab olunur. Kitab 1920-ci il müharibələrinə qarşı olduğu, əsgərləri ruhdan saldığı üçün Nasist Almaniyasında qadağan olunmuşdur. Kitabdan sitat: O təklif edir ki, müharibə elan edilməsi bilet satılan öküz yarış

Əli və Nino / Qurban Səid

Resim
Yəqin ki, bu kitabın adını aranızda eşitməyən yoxdur. Əli və Nino – misilsiz məhəbəbət romanı...  Adını çox eşitsəm də, nəhayət bugün bu kitabı oxuyub qurtara bildim. Ümumiyyətlə deyim ki, bu kitab yaman başı bəlalıdır. Hələ indiyə qədər əsl müəllifinin kim olduğu da bilinmir. Qurban Səid adının yazıçı Yusif Vəzir Çəmənzəminlinin təxəllüsü olduğunu iddia edənlər də var və məhz bu iddia Azərbaycan Yazıçılar Birliyinin 1993-cü ildə qəbul etdiyi qərarda öz təsdiqini tapmışdır.  "Əli və Nino"da azərbaycanlı bir oğlanın və gürcü qızının sevgisindən bəhs edilir.   Bir yanda Şərqin adət-ənənsiylə böyüyən bir dəliqanlı, digər tərəfdə isə Avropa mədəniyyətiylə böyümüş prinses Nino Kipiani... Düzü kitabın bəzi hissələri məni darıxdırsa da, Əli və Ninonun öz aralarındakı danışıqları, yaşadığı o hisslər, şəriətin düşüncələri, qədim adət-ənələ ri məni kitaba bağlamışdı. Bu arada deyim ki, “Kurtlar vadisi”nin məşhur odda yanmaz, suda batmaz Polad Alemdarı deyəs

Sizə xaricdən məktub gəlməsini istəyirsiz? :)

Resim
Salam, dostlar :) Bugün sizi son zamanlarda tanıdığım yeni sosial şəbəkə haqqında məlumatlandırmaq istəyirəm.  Yeni tanıdığım sosial şəbəkənin adı Postcrossing.com -dur. Məktub yazmağı sevən, xaricdən məktub, poçt kart gəlməsini istəyən, poçt marka həvəskarları üçün məncə bu sayt əvəzedilməzdir. Çünki siz bu saytda qeydiyyatdan keçdikdən sonra müxtəlif ölkələrə post kart göndərə və həmçinin dünyanın müxtəlif ölkələrindən post kart ala bilərsiniz.  Daha ətraflı desəm, siz bu saytda qeydiyyatdan keçdikdən sonra sayt tərəfindən sizə müxtəlif ölkələrdən olan insanların ünvanları veriləcək və siz o ünvana hər hansı bir postcard göndərəcəksiz. Hər ay göndərə biləcəyiniz kart sayı sizin istəyinizdən asılı olaraq dəyişir. İstəsəz bir kart göndərin, istəsəz 5 :) Onu da deyim ki, təzə qeydiyyatdan keçdiyniz vaxt 5 dənədən artıq kart göndərə bilmirsiniz. Saytın sizə yeni 5 nəfərin ünvanını verməsi üçün isə daha əvvəl göndərdiyiniz kartların sahibinə çatmasl lazımdır.   Məsə

London, Çin və Havay adalarından gələn post kartlar :)

Resim
Yeni yazım ilə yenə də burdayam :) Son zamanlar kitablar haqqında yazmıram deyə elə bilməyin ki, kitab oxumuram. Sadəcə olaraq dəsrlər, monitorinqlər və digər işlərimlə əlaqədar olaraq yazmağa vaxt tapmıram.  Keçən həftə Puccanın 3-cü kitabı "Allah beni böyle yaratmış" və Kahraman Tazeoğlunun "Bambaşka" kitabların oxuyub bitirdim. İnşallah növbəti günlərdə həmin kitablar haqqında yazılarımı oxuya biləcəksiz.  Burdakı yazımdan bildiyiniz kimi Postkartlara əməlli-başlı maraq salmışam və artıq demək olar ki, poçtalyon da evimizin daimi qonağına çevrilib. Keçən həftə Böyük Britaniyadan, Havay adalarından və Çindən çox gözəl kartlar və hədiyyələr aldım.  Şəkildə gördüyünüz bu kart   Böyük Britaniya muzeyindən alınıb . Kartın üzərində Elizabeth I -in şəkli əks olunub. Aşağıdakı şəkildə Londondan gələn poçt markanı da görə bilərsiz :) Şəkillərə klikləyib daha böyük ölçüdə baxa biləcəyinizi unutmayın :) Keçən həftə dərsdən gələndə qapımızın arası

Bilinmeyen Bir Kadının Mektubu - Stefan Zweig

Resim
Dünən bir neçə saat içində oxuyub qurtardığım növbəti kitab Stefan Zweigin əlimdə gördüyünüz "Bilinmeyen bir kadının mektubu " adlı  kitabı oldu. İlk növbədə onu deyim ki, kitab 13 yaşından bəri bir kişini dəli kimi sevən qadının tək tərəfli hisslərindən, sevgisindən bəhs edir. Bütün roman boyu adını bilmdəyimiz bu xanım qapı qonşuları olan yazıçı kişiyə dəli kimi aşiq olur, ilk növbədə sırf saf uşaq məhəbbətiylə onu sevir, gizli-gizli izləyir. Bu balaca qızcığazın məhəbbəti doğrudan da inanılmazdır. O sevdiyi bu 25 yaşlı yazıçının çəkib atdığı siqareti sırf onun dodağına dəyib deyə müqəddəs bir şeymiş kimi saxlayır, onun əli dəyən qapı dəstəyin öpür, gecələri bir an belə olsun gözünü qırpmadan onun gəlməsin gözləyir . İpucu olaraq deyim ki, bu qız sonralar istəyinin bəlkə də onda birinə nail olur, həttə dəli kimi sevdiyi bu kişidən uşağı da olur, amma yenə də hər şey siz düşündüyünüz kimi asand olmur. Təsəvvür edin ki, bu kişi ömrünün sonuna qədər uşağının anası o

Ben Seni Bulmaya Geldim

Resim
Keçən həftə sonu 2 günə oxuyub bitirdiyim növbəti kitab farnsız yazıçı Guillaume Mussonun "Seni bulmaya geldim" kitabı oldu. Bu arada yazıçının da çox qəribə adı varmış, hər dəfə oxuyanda çaşıram) Mussonun demək olar ki, bütün kitabları dünya miqyasında bestsellerdi. Mən də bu kitabı Ali Ninodan 70% endirim vaxtı almışdım. Düzü kitabı yarıya qədər böyük maraqla oxusam da, yarısından sonrası artıq məni darıxdırmağa başlamışdı. Çünki bir zamanlardan hər şeyini atıb özünə yeni bir həyat quran kişisel gelişim uzmanı Ethan bir gününü 3 dəfə təkrar-təkrar yaşayırdı və belə bir ssenari mənə "İf only" filmindən tanış idi. Bəlkədə kitabı oxuaynda arada ona görə darıxdım.    Kitabın baş qəhrəmanı Ethanın həyatı doğrudan da çox qəribə və maraqlıydı. Heç bir şeyi olmayan kasıb biri həyatını sıfırdan quraraq kitabları ən çox satılan, hamı tərəfindən tanınan bir psixoloqa çevrilmişdi. Amma sırf Ethanın iş yerində, kabinetində onun yanına gələn  13 yaşnda bir qızın