12/29/2012

2013-cü ildə Onu birinci Siz Təbrik edin!

Yeni ilin astanasında hamınızı xoş gördük, dostlar! Yəqin blogda etdiyim bir-iki dəyişikliyi də hiss etdiz =)
Səhifənin üstündə sağdakı yeni il bəzəyi şəxsən mənim çoooox xoşuma gəldi :) Evimizi bəzəmişkən, blogumu bəzəməmək ayıb olardı :)
Artıq yeni ilə demək olar ki, 2 gün qalıb və indida
Bəs siz Yeni ilin ilk saniyəsində yaxın dostlarınızı təbrik etmək istəməzdizmi? Əgər istəyərdizsə, onda sizə şad xəbər! Bu il saat düz 00:00da dostlarınız sizdən yeni il mesajı ala bilər.

Görünən odur ki, Facebook bu applicationla yenə bir ilkə imza atacaq! Çünki məhz o 31 dekabr sat 00:00da dostlarınıza  sizin  əvvəlcədən yazmış olduğunuz təbrik mesajını çatdıracaq. 
Düşünün sevdiyiniz insanlar 2013-cü ilin ilk dəqiqələrində artıq sizdən bir mesaj alacaq. Onu da deyim ki, yeni ilin ilk mesajının, zənginin doğrudan da yeri ayrı olur. Məsəlçün, hələ də yadımdadır ki, 2012-ci ilin elə ilk dəqiqələrində məni dostum Elşən zəng edib təbrik etmişdi :)  Amma bu il ilk kim mesaj yazıb, zəng edib təbrik edəcək orası hələ bilinməz.
Bu avtomatik mesajdan çox danışdım indi isə  bunu necə edəcəyimizi  izah edim:
1. Deməli ilk olaraq Facebook profilinizə daxil olduqdan sonra bu linkə daxil olursunuz. http://www.facebookstories.com/

2. Sonra bir az aşağı gələrək şəkildə gördüyünüz göy yazıya klikləyirsiniz. Midnight Message Delivery 

3. Get Started-ə  kliklədikdən sonra açılan yeni səhifədə Continue yazısına klikləyin.
 Sonra artıq açılan yeni pencərədə aşağıda yazdıqlarımı ardıcıllıqla yerinə yetirin:
To: yazılan yerin qabağından yeni il mesajını kimlərə, hansı dostlara göndərmək istədiyinizi seçin.

Yəni, burda mesaj yazaraq onu bir nəfərə də ünvanlaya bilərsiz ki, yeni il axşamı bu mesaj təkcə ona getsin.  Və ya ümumi bir mesaj yazaraq bütün dostlarınızı seçib hamısını birdən də təbrik edə bilərsiz. Artıq burda seçim sizə qalmış! =)
Sonra isə bir qədər aşağıda yerləşən pencərənin içərisində yazılmış “Have a Happy New Year and a great 2013!” sözlərini silərək, göndərmək istədiyiniz  təbrik mesajını qeyd edin. İstəməsəz heç bir şey qeyd etməyib elə bu sözləri də göndərə bilərsiz.
Add photos yerindəsə, təbrikinizə şəkil də əlavə edə bilərsiz. 
Sonra isə Send message yerinə  klikləyərək mesajınızı artıq göndərisiz və yeni il gecəsi bu mesaj sizin dostunuza çatır.

İşte bu kadar kolay! =)
Sonda yenə də bütün dostlarımı, blogumun oxuyucuların  yeni il münasibətilə təbrik edirəm! Neçə belə illərə çıxaq!

P.S: Xəbəri bəyəndinizsə paxıllıq etməyib Facebookda dostlarınızla paylaşmağı unutmayın :))
 
İnşallah növbəti il üçün blogun formatında bir sıra dəyişikliklər edəcəm.
Kitabxanamı izləməyə davam edin!