Kayıtlar

kelebeğin rüyası şəkillər etiketine sahip yayınlar gösteriliyor

Kelebeğin Rüyası

Resim
Azərbaycanda hər kəsin, həmçinin mənim də səbirsizliklə gözlədiyim “Kelebeğin rüyası” filmi nəhayət ki, 2 maydan Nizami Kinoteatrında yayımlanmağa başladı. Bilməyənlər üçün deyim ki, “Kelebeğin Rüyası” Zonguldakda yaşayan və vərəm xəstəsi olan 2 şairin, Rüştü Onur və Muzaffer Tayyip Usul nun həyatından bəhs edir . 1941-ci illərdə II Dünya Müharibəsi vaxtı aclıq və səfalət içində yaşayan, sadəcə olaraq yazdığı şeirləri sataraq çörək pulu qazanmağa çalışan bu gənclərin halı doğrudan da çox acınacaqlıdır. Düzü filmin ssenarisi haqqında ətraflı yazmaq istəmirəm. Bugün sizə  filmdə gördüklərimdən, bəyənib bəyənmədiklərim haqqında yazmaq niyyətindəyəm. Film başlayarkən elə ilk dəqiqələrdən Zonguldakın mənzərəli yerləri, kömür mədənləri yaddan çıxmayacaq qədər gözəl və təsirli kadrlar  ilə mənim yaddaşıma həkk olundu.  Aktyorların rollarını ən mükəmməl şəkildə oynaması və şairlərin bir-birindən gözəl şeirləri də filmi maraqlı və romantik edən əsas səbəblər idi....