10/07/2012

Ronda Bern - Sirr (The Secret) kitabı



Salam, sevgili kitabsevərlər! Son 1 ayda işlərimin çoxluğundan  nə kitab oxuya, nədəki bloguma vaxt ayıra bilirəm. Amma inşallah oktyabrın 11-indən sonra işlərim yenə yüngülləşəcək və oxumaq üçün darıxdığım kitablarıma qovuşacam =)
Bugün haqqında yazmaq istədiyim kitab  çoxlarınız eşitdiyi, dünyada 19 milyon nüsxədən çox satılmış, 45 dilə tərcümə edilmiş  “Sirr” kitabıdır. 

2006-cı ildə çap olunan bu kitab avstraliyalı yazar Ronda Bern tərəfindən qələmə alınmışdır. Azərbaycan dilinə isə 2012-ci ildə tərcümə olunub.

Kitab nədən bəhs edir qısaca deyim sizə… Kitabda bəhs edilən və həyatınızın sirri olan şey – Cazibə qanunudur!Sizinlə baş verən hər bir hadisəni siz özünüz həyatınıza cəzb edirsiniz. Sizin həyatınız – sizin düşüncələrinizdir.


Düzü bu sözləri ilk oxuduğumda inanmadım, “nətər yəni mənim həyatım mənim düşüncələrimdən ibarətdir?! Bəs onda niyə bütün insanlar istədikləri yerdə deyil?! ” dedim öz-özümə..
Amma sonra kitabın davamını oxuduqca, səhifələri vərəqlədikcə bu suallarımın cavabını tapdım.
Doğrudan da həyatımız bizim torpağa atdığımız fikir toxumlarının məhsuludur.
Bu haqda düşünəndə, sırf fikirlərimlə özümə cəlb etdiyim o qədər hadisə yadıma düşdü ki =) Onlardan birin sizinlə paylaşmaq istərdim)
İndi danışacağım hadisə 3 il bundan qabaq olduğuna baxmayaraq, hələ də çoxlarının yadından çıxmayıb :))
Deməli, universitetə qəbul olduğumu bildiyim ilk andan bütün qızlar kimi mən də sentyabrın 15-i nə geyinəcəyimi, necə hazırlaşacağımı  düşünürdüm. Amma yaxın bir rəfiqəmlə haqqında danışdığımız və çox qorxduğumuz bir şey var idi : Sentyabrın 15-i, birinci kursda hər kəsin gözü önündə yıxılaraq pərt olmaq)))

Hətta belə bir hadisənin qarşısını almaq üçün 15-i hündür daban ayaqqabı da geyinməmişdik))
Amma gəl gör ki, elə bu fikirlərin  cazibəsi alçaq daban ayaqqabıda da bizi yıxmağa qadir imiş :D
Bəli, bəli, düz başa düşdüz))) Mən və padruqam sentyabrın 15-i, 1-ci kursun ilk günü, məhz həmin özəl gündə hamının içində qəşənqcə yerə oturmuşduq :D
Mən Neft Akademiyasının pilləkənlərini paltarımla siləndə, sən demə o da BDUnun toz-torpağın təmizləyibmiş :D
Ona görə də burdan bütün qızlara məsləhət görürəm ki, heç vaxt bizim kimi yıxılmaq haqqında filan düşünməyin)) Yoxsa doğrudan da gedib həmin günü tap deyə  yerə oturarsız :D
Diqqətlə düşünsəz, siz də həyatınızın fikirlərinizdən ibarət olduğunu görəcəksiz.
Elə bu səbəbdən də Sirri oxuyub qurtardıqdan sonra artıq düşüncələrimə sahib çıxmağa, pis heç nə fikirləşməməyə başlamışam.


Məncə hədiyyə olaraq verilə biləcək ən gözəl kitab “Sirr” dir…
Sirri oxuyun, ona inanın və həyatınızda bu sirrdən istifadə edin…
 Bundan sonra hadisələrin cərəyanının necə dəyişdiyini özünüz də hiss edəcəksiz….
Sirrdən seçdiklərim:
1. Kiçik araşdırmalar onu göstərir ki, istəyinə çatan insanlar bunu necə etdiklərini bilmirlər, Onlar yalnız, bunu həmişə istədiklərini bilirlər.
2. İnanaraq ilk addımı atın. Sizə bütün pilləkəni görmək lazım deyil, sadəcə birinci pilləni addımlayın.
3. Vücudunuzun hər kvadrat santimetrini tərifləyin və sevin. Onun mükəmməl olduğunu düşünün və bundan zövq alın.
Not: Bu mənim hər zaman etdiyim və Kompleksli insanlara məsləhət gördüyüm ilk şeydir. Bundan başqa kompleksli insanlara, əsasəndə xanımlara onu məsləhət görərdim  ki, heç vaxt özünüzü başqaları ilə müqayisə etməyin. Yoxsa bu yalnız sizə zərər verər.  
4. Fikrinizdə, uzun müddət görmədiyiniz, köhnə dostunuzla ünsiyyətdə olduğunuzu təsəvvür edin. Siz yaxın müddət ərzində bu və ya başqa bir şəkildə yaxınlarınızdan birinin onun haqqında danışdığının şahidi olacaqsınız və yaxud da həmin insan özü ya sizə zəng vuracaq, ya da məktub yollayaraq sizi yada salacaq.  
Not: Həralda bu cür hadisə hər birimizin başına gəlib =) Bu artıq danılmaz bir faktdır. 
5. Yalnız istədiyiniz şeyləri gözləyin, istəmədikləriniz haqqında isə heç düşünməyin.

6. Tortunuzda qocalığı özünüzə yaxınlaşdırmaq istəmirsinizsə, onu şamla bəzəməyin. Təəssüf ki, qərb cəmiyyəti yaş ideyasında birləşib, halbuki reallıqda yaş ümumiyyətlə mövcud deyil.


7.Hər bir xoşagəlməz fikir bədənə daxil olan əsl xəstəlidir.


P.S: Kitabda əgər maşınınız və ya bahalı bir evinizin, yaxşı bir işinizin olmasını istəyirsinizsə bunu düşünün, xəyal edin, sanki istədiyin hər şeyə nail olmuşsunuz kimi özünüzü aparın deyir. Amma bəziləri bunu səhv başa düşür və kitabı mənasız sayaraq sevmədiyini, oxumağa dəyər kitab olmadığını deyir.

Amma mən onu qeyd etmək istərdim ki, Kitab insanlara oturun ancaq xəyal qurun demir.
Kitab deyir ki, xəyal qurun, bunu ürəkdən istəyin və istəyinizin olması üçün bir yerdən başlayın.

P.S: Sevərək oxuduğum kitab olmuşdu. Kiməsə hədiyyə də edə bilərsiz. Oxuyan insanın həyatında çox şeyi dəyişir.