Kitablarımla birgə tətilə gedirik =)



Salam, sevgili kitabsevərlər! İlk növbədə əziyyət çəkib kitablar və blog haqqında rəy bildirən bütün oxuyuculara öz təşəkkürümü bildirirəm. Diqqətinizə görə çox sağ olun. İnanın mənə hər dəfə yeni birilərinin blogumu bəyəndiyini, izlədiyini görəndə həqiqətən də çox sevinirəm =)
Düzü bu qədər çox kitab oxuyucularının olduğun təsəvvür etmirdim. Deməli kitaba maraq ildən-ilə daha çox artacaq və biz daha gözəl bir cəmiyyətdə yaşayacayıq.
Bir çox tələbə kimi mən də bu həftə semestr imtahanların qurtarıb, istirahətə yollanacam) Çox güman ki, Bakıdan kənar bir yerə getməyəcəm. Ailəmlə və oxunmağı gözləyən kitablarımla birgə bağda olacam) 

 Özümlə nə qədər kitab aparacağımı bir bilsəniz)) Gördüyünüz bu qüllə kimi kitabları oxumaq üçün çoooox səbirsizlənirəm. Amma bu kitablar azmış kimi dünən yeni kitablar da aldım =)) Düzü bu kitabları almağı çoxdan planlaşdırırdım, sadəcə olaraq “money money” yox idi)))  Deməli aldığım kitablar bunlar oldu :
Cecilia Ahern. - P.S. Mən səni sevirəm
Fyodor Dostoyevski.- Yeniyetmə
Elif Şafak - İskəndər
Xalid Hüseyni - Bin muhteşem güneş
Kitablardan dördü də çox sevdiyim əsərlərdi.
Dosteyevskinin "Yeniyetmə" kitabının qalınlığının isə maşallahı var))  Bu qalınlıq gözümü qorxutsa da, hərhalda sentyabra qədər yeni bir kitab almaram. Çünki 2 aya gördüyünüz qala hündürlüyündə kitabları oxuyub qurtarmaq, onları analiz etmək var)) 
 "Bu qədər kitabın var, bəs nə paxıllıqdır?! Birin də bizə hədiyyə et" deyirsinizsə şad xəbər verim ki, inşallah çox qısa zamanda sizə sürprizm olacaq)) 
Ona görə də blogu ara-sıra ziyarət etməyi unutmayın) Yoxsa bu yenilikdən  xəbərsiz qalıb, sonda heyifslənərsiz.
Bağa gedəndə özümlə Datakart aparacam, amma orda internetin sürəti necə olar bilmirəm. Buna baxmayaraq, yenə də blogumu nəzarətsiz qoymayacam, bilmiş olun) 
Hər dəfə yeni bir kitab oxuduqda həmişəki kimi sizinlə fikirlərimi, tapdığım maraqlı məlumatları bölüşəcəm. 

Burdan bütün oxuyucularıma huzur dolu xoş istirahətlər diləyirəm. İnşallah bu yay hər birimiz üçün çox şən, maraqlı, dəniz və qum ilə birlikdə bol-bol kitablı keçər =)



Yorumlar

  1. sene heqiqeten qibte edirem.men ele bilirdim,menden cox kitab oxuyan yoxdur,ama baxiram ki,senin yaninda kitablardan demek olar ki,hech xeberim yoxdur.:))kitablardan verdiyin cixariwlar ise super!

    YanıtlaSil
  2. Arzu, sənə xoş istirahətlər.

    Gələcəm kabab yeməyə =))

    O kitabları məndə alım oxuyum gərək. Bloga nəsə yazsan səninlə öz fikirlərimi bölüşüm.

    Sənin bütün oxucularına məndə xoş istirahətlər ARZU edirəm!

    YanıtlaSil
  3. Bahem senede xow istirahetler...;))) P.S men seni sevirem cox super kitabdi beyeneceksen eminem))))))

    YanıtlaSil
  4. Adsız, əslində mənim oxuduqlarım çox azdır. Xəbərsiz olduğumuz, adın eşitmədiyimiz o qədər möhtəşəm əsərlər var ki... İnşallah ömrüm boyu heç olmasa bunların yarısın oxumuş olaram.

    Elshan, nə vaxt gəlsən qapımız üzünə açıqdı =)
    Elə gəlmişkən oxuduğum kitablardan ödünç də verərəm sənə) Sən də buların əvəzinə başqa kitablar almış olarsan)

    YanıtlaSil
  5. Afa, bayaq blogunda gordum kitab haqinda fikirlerini) duzu men de sebirsizlenirem oxumaq ucun) İskenderi oxuyub qurtaran kimi o kitaba kececem)

    YanıtlaSil
  6. Həyəcanla səndən alacağım kitabları gözləyirəm :)

    YanıtlaSil
  7. Arzu ,bloqun həqiqətən çox xoşuma gəldi.nə yaxşı ki sənin kimi bir kitabkoliki tapdım:)oxumaq həvəsin,oxuduğun kitabların belə çox olması məndə qibtə hiss yaratdı.Mən də ağır dərslərə baxmayaraq həmişə mütaliə etməyə çalışışam ama sənə çatmaz çooox çətindir:))) alqışlayıram səni.xoş istirahətlər diləyir növbəti maraqlı yazılarını gözləyirəm:)

    YanıtlaSil
  8. Ulviyye, öz kitablarımı oxumağa ödünç verə bilərəm istəyənlərə)amma mən dediyim sürpriz tam fərqliydi)
    İnşallah bu gün bir kitab mağazası ilə danışacam və bundan sonra hər ay 1 kitab hədiyyə edəcəklər blogumuza. Mən də o kitabı hər ay bir şanslıya verəcəm) Yəni kitab işlənməmiz,tərtəmiz olacaq =)
    Seva Huseynova, gözəl fikirləriniz üçün çooox sağ olun :)

    YanıtlaSil
  9. Salamlar!
    apardiginiz kitablardan chox istirahete gede bilmeyinizin ozune qibte eledim.... :)
    Telebelik sultanliqdi daa! (just like subayliq! :))
    Mense Azerbaycana gele bilmek uchun ozumu oldururem... kitablarim azalib, gerek gelib teze kitablardan yigim bir az da! :)
    P.S. I love you superb bir eserdi, kinosu da chooox gozel chekilib!
    "A thousand splendid suns"i bu bazar bitirdim men de, choxxxx xoshuma geldi!! The Kite Runner-i de oxumusuz da umid edirem?!
    hal hazirda George Orwell-in 1984-unu oxuyuram, eyni muellifin "Heyvanistan" eserini oxumagi meslehet gorerdim, hecmi azdi, amma choooox suberpbdi!!

    P.S.
    Dostoyevkiden ancaq "Cinayet ve Ceza"ni oxumusham, zalim oglu yaman qalin yazib!
    P.P.S.
    Dostoyevskini oxuyanda Suleyman Rehimovun bir fikri yadima dushub gulurdum hemishe:
    "Huqodu, menem, Dostoyevskidi, Dumadi, biz romani qalin yaziriq..." :)))
    xosh istirahetler size!!

    YanıtlaSil
  10. Salam) Bloguma xoş gəlmisiz) Dediyiniz sultanlığımın bitməsinə 2 il qalıb)) gərək zamanımdan yaxşı istifadə edim bu aralar)
    "The Kite Runner" həm oxumuşam, həm də kinosuna baxmışam. Doğrudan da çox gözəl, təsirli kitabdı.
    1984, Heyvanıstan bu 2 əsərində adın eşitmişdim, almayı düşünürdüm, inşallah stipendiyam yüklənən kimi gedib yeni kitablar alacam)
    Süleyman Rəhimov onu düz deyib))) Doğrudan da onların romanı çox qalın olur, amma qalın kitabların da ayrı bir cazibəsi var məncə =)
    Belə gözəl, ətraflı rəy üçün təşəkkürlər!

    YanıtlaSil
  11. mense 3 ildi artiq sultan deyilem! :)
    "The Kite Runner" kinosu dehshetlidi, hech xoshuma gelmedi, ilk olaraq kinoya baxan adam eseri hech oxumaz! chox zeif chekilib!

    Qalin kitablardan bele xoshunuz gelirse Ceyms Oldrichin (James Aldridge) "Diplomat"ini oxuyun! :) hem kifayet qeder qalindi, hem de chooox maraqli eserdi!

    Drayzerden nese oxumusuz?
    Balzak nece?

    P.S. Drayzerin "Dahi"si menim en sevimli eserimdi....

    YanıtlaSil
  12. Kino kitaba baxanda zəifdi,düzdür. Amma o kinonun axrıncı səhnəsi az qala məni ağladırdı. pis olmuşdum.
    Drayzerdən "Kerri bacı"nı oxumuşam, "Cenni Herhardt" almışam, amma o da hələ rəfdə sırasının gəlməsin gözləyir =)))
    Balzakın çox təəssüf ki, hələ heç bir əsərin oxumamışam =(
    Deyəsən Drayzerin "Dahi"sin mən də oxumalıyam, çoxlarının sevimli əsəridisə deməli oxunmalıdır ;)

    YanıtlaSil
  13. Drayzerin butun eserlerini xoshluyuram, bu ikisini de oxumusham, amma "Dahi"nin xususi yeri var!
    Balzakin "Qorio Ata"sini oxuyun mutleq!!

    YanıtlaSil
  14. Oxumali oldugum ne qeder kitab var eh)) deyesen men gec tutulmusam bu oxuma sevdasina =)) Insallah qeyd etdiyiniz kitablari da vaxtim olan kimi oxumaga calisacam)

    YanıtlaSil
  15. Salam, Arzu xanim size ela istirahetler ve zehin acigligi dileyirem, Insallah siz oxudugdan sonra burada paasimlar edib bizide duzgun secim etmeyimizde komek olarsiniz, bu isinizde size bol sanslar. Insallah bir gunde sizin kitabi oxuyarig :) men duzu oxumagdan cox dusunmeyi sevirem, bezen de buna gore cox oxuya bilmirem, birdeki kitab secerken hemin an fikrilesdiyim cox kitab olur, ama ki bacardigim geder calisacam, bu yayda oxuyum, size bir daha xos istirahetler dileyirem, hemise oyrenmek yolunda olasiniz, bilmediyin bilen mudrikler kimi ;)

    YanıtlaSil
  16. Axşamınız xeyir,Pifaqor =)
    Gözəl arzularınız üçün çox sağ olun. Bəlkə illər sonra qismət oldu mən də kitab yazdım) Düzü planlarımın arasında belə bir şey də var =)))
    Kitab seçiminə gəldikdə isə zövqlər müxtəlifdir. Mən sadəcə kitabın tərkibin,maraqlı məlumatları yazıram ki, həm kitabı almaq istəyənlər əsər haqda müəyyən fikrə yiyələnsinlər, həm də əsəri oxuyanlar yeni bir şeylər öyrənib məlumatlansınlar =)

    YanıtlaSil
  17. men de hemiwe tetile gedende paltardan coox kitab apariram..omrumde bir defe Karlovi vary ye gedende kitab apardim cunki bilirdim gezmekden vaxtim olmuyacag..ancag ora gedende orani gorende ne geder pewman olmuwdum..ancag deiredim heyf kitab getirdmedim..10 gun erzinde ancag bunu demiwem..)umuiyyetle kitabsiz tetil tesevvur ede bilmirem..bir ay erzinde rayonda 22 kitab oxumuwdum..kiatbasiz gunumu omrumu tesevvur ede bilmerem..

    dostoyevskinin cinayet ve ceza eserini oxumuwam,ama dehwet pewman oldum vaxt itkisine..ureyim sixila sixila kitabi yarimcig goymamag adina oxudum ve bitirdim..uff insan ne geder uzadar axi..wexsen bir de onun hec bir kitabin oxumag fikrinde deilem.))
    Drayzeri mektebde oxuyanda oxumauwam Jenny herhardt,kerry baci bi de dahi..yaxwi esererdi..oxumaga deyer..2 kitabi teze bitirdim gerek yene gedim bir ali ninoya baw cekim)

    YanıtlaSil
  18. ay masallah 1 aya 22 kitab?)))) eladi ki)
    Dosteyevskinin "Yeniyetme" kitabi da Allah bilir meni ele darixdiracage)) indi gozum lap qorxdu)

    YanıtlaSil
  19. Aha butun gun dayanmadan oxuyurdum..ozum de sayanda teecub galdim=)
    Ama indi yadima duwdu mekteb vaxdi dostayevskinin "netocka nezvanova""dahi"" deyyus" bi de bawga hansisa eserin oxumuwam onlar bu geder uzun ve sixici deyildi..
    Cinayet ve cezani Azerbaycanca oxudum dehwetli sehvler variydi..hem herf hem cumle hem tercume sehvi cox idi..bu tercumecileri hardan tapirlar men bawa duwmurem!bu boyda newriyyat evi dehwet..bu yaxinlarda radioda bu barede muzakire getdi..wahbaz xuduoglu ozunu temize cixartmag istedi ama mence alinmadi;)

    YanıtlaSil
  20. Arzu xanim,ele bizede daha cox kitabda neyin olub olmadigi lazimdir, sexsen men feslefi kitablari hedden ziyada cox sevirem, ne olur olsun, oxudugum meni dusundursun, dusuncelerime tesir etsin, bu sebebden hal hazirda dedktiv oxumam, ama ki oxduglarim arasindan sevdiklerimde olub, indi ise Sofinin dunyasi eserini oxuyuram, inaniram ki sizde oxusaniz cox xosunuza gelecek, en azindan her kes oyrenmek ucun bunu oxumalidir, Dostoyevskiye geldikde ise, sizi ruhdan salmag istemem, sadece oz dusuncemden deyecem, cinayet ve ceza eserini men 9-cu sinifde kitabxanadan aldim ki oxuyum, ama ki bir mudet sonra elimden goydum, cunki hedden ziyada uzadir, bos sozler coxdur, yeniki 50-60 sehfede catdirmag istediyini 200 sehfe yazir, her addimbasi tesvir edir, bele kitab oxumag meni hedden cox yoruru, secim sizin, yeniyetmeni deye bilmem, ama bilirem ki, bu men dostoyevskiden cekdiyimi cekdim, ona gore mende demisem oxumam, her halda oxunulasi o geder gozel yazar var ki, inanmiram nedese eskik galim ;) he Insallah sizinde kitab olar, mende isteyirem, elbetki zaman bagli sadece men dusunce ve felsefi yonlu bir yazi fkirlesirem, insanlari dusundursun ;) inaniram ki isteklerimizde gercekleser.

    YanıtlaSil
  21. aha sora da pewmen oluram tez oxuyub sora darixiram:)
    dostayevskinin mekteb vaxti 'netocka nezvnaova''deyyus''dahi' eserlerin de oxumuwam mekteb vaxti indi xatirladim ama onlar bu gere uzun ve darixdiri deyildi
    cinayet ve cezani ganun newriyyatdan oxumuwam,biyabirciligiydi.sehvler ne geder desen..cumleni bawa duwmek ucun min defe oxumag lazimydi..Wahbaz muellim ne geder ozun mudafie etse de mence bele olmaz..telem telesik cap etmek duz deil ustelik redakte olunmadan..

    YanıtlaSil
  22. İnşallah gerçəkləşər,Pifaqor!)
    "Sofinin dünyası" məsləhətli kitabdır?) Keçən dəfə gördüm, nəsə almağa risk eləmədim)))

    Elli, sənlə Pifaqorun dediklərindən sonra çətin mən o "Yeniyetmə" kitabın əlimə alam =)) Oxumağa onsuzda o qədər kitab var, Dostoyevskiyə növbə gec çatar :D

    YanıtlaSil
  23. Arzu, ilk defe idiki, senin sehifenle tanish oldum ve coxda wad oldum. Ellerine sagliqki, bizi bele kitablar haqqinda bilgilendirisen.

    YanıtlaSil
  24. Cox sag olun :) Beyendiyinize sevindim)

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan