Elif Şafak -İskəndər
Türkiyənin məşhur qadın yazarlarından biri olan Elif Şafakın kitabını oxumağı çoxdan düşünürdüm. Əlimə aldığım ilk kitab isə “İskəndər” oldu. Nədənsə bu xanımın yazdığı bütün kitablar Türkiyədə böyük səs-küy yaradır. Təsəvvür edin, roman çapa getməmişdən qabaq, artıq Türkiyədəki kitab evlərindən 168 min kitab sifariş edilmişdi.
Kitab nəşr edildikdən sonra isə ətrafında çox söz-söhbət yaratdı. Bilməyənlər üçün deyim ki, kitabın üz qabığında gördüyünüz qadın yazıçının özü, Elif Şafakdır! Yazıçı kitabı yazdığı müddətdə, il yarım necə “İskəndər” olacağını, dünyanı gənc bir oğlanın, “İskəndərin gözüylə” görüb yazmağa çalışdığını qeyd edib.
Türkiyə mətbuatında isə kitabın üz qabıq şəklinin və sujet xəttinin oğurluq olduğu ilə bağlı bir çox xəbərlər çıxdı. Kitabın üz qabığındakı şəkildə Elif Şafak kostyumunun rənginə qədər kalssik musiqinin dahisi haqqında çəkilən 'Genius Within: The Inner Life of Gleen Gould' sənədli filminin afişasından götürüb, olduğu gibi kopyalayıb deyirlər.
Kitabın sujet xətti isə Zadie Smith-in ‘İnci Gibi Dişler’ romanına çox bənzəyir. Hətta cümlələrin quruluşuna qədər bənzərliklər çoxdur.
Elif Şafakın “İskəndər” romanı Fərat çayı sahillərindəki bir kürd kəndində yaşayan, sonra isə Londona qədər gedib çıxan kürd-türk əsilli bir ailənin faciəsini təsvir edir. Əsərdə 11 obrazın iştirakı ilə baş verən bir faciə - İskəndərin öz anasını qətlə yetirməsi təsvir edilmişdir. Romanın bölmələri ayrı-ayrı qəhrəmanların adları ilə adlandırılığından insanda çox böyük maraq yaradır və necə deyərlər kitab adamı özünə çəkir. Kitabın sujet xətti də çox axıcıdır. Roman sirlərlə doludur, elə bəlkə də buna görə maraqla oxuyub 2 günə bitirdiyim bir kitab oldu. Amma buna baxmayaraq, onu da deyim ki, kitabın sonu məni heç açmadı. Elə bil nəsə yarımçıq qaldı. Lap məşhur türk seriallarındakı kimi… Seriaılı o cür qəşənq çəkib gətirirlər, filanın amma korlayırlar.
“İskenderi” almaq istəyənlərə ilk öncə onu deyim ki, kitabı qətiyyən azərbaycan dilində almayın. Çünki nəşriyyat bu kitabı çap edəndə ancaq öz mənfəətin güdüb. Keyfiyyətsiz, qopub tökülən ktab vərəqləri, bərbad tərcümə!
Kitab elə tərcümə edilib ki, nə türkcədir, nə azərbaycanca. Ortalığa çox qəribə bir dil çıxıb. “Yahşi Cazibe”dəki Cazibə yazıb elə bil kitabı….
Cümlədə qrammatik səhvlər də çoxdur. Cümlələr yarı-yarımçıqdır.
Elə birin misal çəkim, səhifə 413-də yazılıb ki, O söz-söhbətsiz bir yuva istəmirdi.
Bəlkə söz-söhbətli bir yuva istəmirdi, hörmətli tərcüməçi?! Tərcüməçiyə onu da demək istəyirəm ki, azərbaycan dilində qafatası deyilən bir söz yoxdur, kəllə tası var.
Mən kitabın türkcəsinə bir az baxdım, elə şeylər var ki, tərcüməçi kitabda onları heç qeyd etməyib. Çox güman ki, bundan sonra türk dilində olan kitabları bir də öz dilimizdə almaram.
“Qanun” nəşriyyatının kitabı tez tərcümə edib, bütün nəşriyyat evlərindən qabaq satışa çıxarsın deyədir məncə bütün bu nöqsanlar. Yenə də kitabın sonuna yaxın orfoqrafik səhvlər çox idi.
Kitabın kağızı da çox keyfiyyətsizdir. Bəzi vərəqlər bir-birinə yapışmış haldadır. Kitabı oxuyub qurtardıqdan sonra isə ehtiyatlı olun ki, tikə-tikə olmuş kitab əlinizdə qalmasın. Necə ki mənim əlimdə qaldı və mən buna görə yenisin aldım.
Kitabda səhifə 75-də İskəndərin təsvir etdiyi Hari Haudi posteri
Səhifə 360-da Yunusun qulaq asdığı ingilis pank rok qrupu "The Clashin"-in 1978-ci il tarixli "Give'em Enough Rope" albomu.
Kitabda səhifə 75-də İskəndərin təsvir etdiyi Hari Haudi posteri
Səhifə 360-da Yunusun qulaq asdığı ingilis pank rok qrupu "The Clashin"-in 1978-ci il tarixli "Give'em Enough Rope" albomu.
İndi isə kitabdan seçdiklərim:
Hər zirvənin bir sonrakı mərhələsi eniş demək idi.
Bir oğlan uşağını kişi edəcək iki şey var dünyada! Unutma! Birincisi, qadının eşqidi. İkincisi də başqa bir adamın nifrəti.
Halbuki hünərli ustalar bilirdi ki, metalı sərtləşdirməyin yolu onu əvvəl alovda isitmək, sonra suya gömmək idi.
Kişilər üçün də eynidir. Eşqlə isitmək gərəkdi onları, nifrətlə sərtləşdirmək!
Namus qadının zirehidir. Zirehinizi itirsəniz, mis pul qədər dəyəriniz qalmaz, unutmayın.
Əzəldən bəri qadınlar bədənlərini işlədərək kişiləri aldadırlar. Əvvəl bəkarətlərini işlədirlər. Sonra hamiləlik gəlir, uşaqlar doğulanda onlardan ərlərinə hiylə etmək üçün istifadə edirlər.
Başqalarının yanında özünü tərifləmək ayıbdır. Amma tək olanda, özünlə tənha qalanda hər zaman dəyərini bil və heç kimin səni əzməyinə icazə vermə!
Pis ata insanın boğazına ilişən sümük kimidi, nə tüpürüb ata bilərsən, nə də uda bilərsən. Necəsə qurtulsan belə, mütləq bir izi qalar. Kənardan baxanların görə bilmədiyi, amma sənin hər zaman hiss etdiyin bir şey.
İnsan təbiəti belədi, ən çox nifrət etdiyimiz ən çox sevdiklərimiz olur həmişə.
Belə bir qadın növü var, hər halda, günhakarlarla evlənib onları sevgiləri ilə müalicə etmək istəyən.
Həqiqətən yaxşılıq etmək deyil çoxunun dərdi, sadəcə cənnətə giriş üçün xal yığmaq.
Əslində başıaşağı olan qadın yoxdu. Qadınlar iki yerə ayrılır, dəhşətli şəkildə dikbaş olanlarla dikbaş olduğu ilk başda görünməyənlər.
İnsanın imkanları nə qədər hüdudlu isə, şərəfinin hesabı da bir o qədər yüksək idi.
Bir kişinin yerişinin onun haqqında çox şey dediyinə inanardı – qüsurları, zəkası, cəsarəti addımlarından görünürdü.
İnsan ürəyi soba kimidi. İstilik əmələ gətirir, enerji yayırıq. Amma başqalarına şər yaxanda, onları qaralayanda, qeybət edəndə enerji itir. Ürəyimiz soyuyur.
"Esma der ki uzun hikâye diye bir şey yok" dedi Yunus."Bir anlatmak istediğimiz hikâyeler var,bir de anlatmak istemediklerimiz."
"Bir erkeğin karakterini anlamak istiyorsan ona pat diye hamile olduğunu söyleyeceksin.En emin kişilik testi!"
Anneler ölünce hemen cennete gitmezler. Yeryüzünde biraz daha kalıp çocuklarına göz kulak olabilmek için Tanrı'dan özel izin alırlar. Fani ömürlerinde evlatlarıyla aralarında her ne geçmiş olursa olsun.
“Namus, kadınların bedenlerinde değil, zihninde aranmalı!”
salam. postunu noqtesine qeder oxudum. onu deye bilerem ki bu kitabi men de oxumusam ve yaxsi ki turkce oxumusam. menim oxudugum turkcesinde senin yuxarida paylasdigin sekiller yoxuydu.amma deyesen azerbaycan dili tercumesinde var.
YanıtlaSilLala, oxudugun ucun cox sag ol) Yox,men azerbaycanca oxudum,orda da bu sekiller yox idi. Sekilleri internetden arasdirmamdan tapmisam.
YanıtlaSilSən kitablarınla birgə tətilə getməmişdir ? )
YanıtlaSilmən azərb.ca oxudum. tərcümə filanı bir kənara qoysaq, əsər yaxşı təsir bağışladı . Sonu çox gözlənilməz oldu. bir anlıq fikirləşdim niyə belə oldu?
YanıtlaSilJohn Holmes, demisdim axi getsem de blogumu bos qoyan deyilem)))
YanıtlaSilFariz, duzdu eser maraqlidi.umumiyyetle, Elif Safak cox maraqli ve axici yazir. "Kara Sut" kitabin da oxumaq isteyirem yaxin zamanda.
elifin yalnız 2 əsərini oxumuşam. İlk olaraq Aşkdan başladım. düzdür, gec oxudum amma mükəmməl bir əsərdir .. İskəndər də yaxşıdır .
YanıtlaSilAsk kitabin almisam) amma hele sira catmayib o kitabi oxumaga)
YanıtlaSilalib yigmisam kitablari eve))) indi oxu-oxu bitmir)))
Salam..Blogunu tez tez bas cekirem..) heleki hamisi ele menim oxuduglarimdi.ona gore de cox maraglidi..
YanıtlaSilisgender kecen il bugunleriydi teze cixmisdi men de tyrkiyede idim..tez istirahetin icinde gacib aldim
ve oxdum..o geder sevinirdim ki Azerbaycanda ilk oxuyan menem deye;) ancag oxudum ve xeyalgirigligia ugradim duzu..cunki Elif Safakin demek olar butun kitablarin oxumuwam..bunu en zeiflerden biri adlandirmag olar..Siyah Sut ,Baba ve Pic,Ask a hec yanindan kece bilmez! siyah sutu ise gizdara ana olandan sonra oxumagi tovsiyye ederdim.. indi hal yene bugunlerde elif safakin yeni kitabi iwig uzu gorub heyf bu defe orda deyilem ancag getsem mutleg alacam gorum bu necedi..
Arzu sene ugurlar..bele davam et!
Salam Elli =) Seni blogumda gormeyime cox sevindim) Bilirem senin de nece kitapkolik oldugunu)))
YanıtlaSil"Siyah Sut"u sirf analiq haqdadi deye oxumaq isteyirem ele) nese meni cox cekir ozune ele kitablar.
"Babab ve Pic"i de gerek oxuyum)
Sen dediyin yeni kitabi "Semspare"di deyesen) qezetde yazdigi kose yazilarindan ibaretdir, sehv etmiremse...
=)
YanıtlaSiloxumag istirsen tebii ki oxu ancag mene ele gelir ki,men eyer ana olmasaydim o hissleri bawa duwmezdim,orda yazilanlari anlamazdim..hetta duwunurem o kitabi oxudugdan sonra ana olmagdan gorxa da bilersiniz=))
aha semspareni deyirem..istiyerdim oxumag..ama gorxuram yene xeyal girigligina ugrayim..))
Elli, hele indi bilirem ki senin usagin var)))Allah saxlasin! =)
YanıtlaSilInsallah alib oxuyacam o kitabi)
Mence Semspare kose yazilarinin toplusudu deye "Ask" kimi ya da adin saydigin o biri kitablar kimi guclu olmayacaq.
Aha var 5 yasinda gizim..bu il mektebe gedecek.inwallah oxumagi oyrenen kimi onu da kitab oxumaga oyredecem=)
YanıtlaSilAha mence de,zeif olacag ama adet yerini bulsun deye kitabxanamda olsun deye oxumasam da alacam=)
cox sag ol) bu il mektebe gedecek inwallah)inwallah oxumagi oyrenen kimi kitablarimi verecem oxusun)
YanıtlaSilhe mence de guclu olmuyacag ama adet yerini bulsun deye turkler demiw kitabxanamada bulunsun deye oxumasam da alacam yegin..)
Salamlar...
YanıtlaSilturkce oxuyan bir tanishima "Ashk"i aldigimi deyende teessuflendi ki gerek "Iskender"i oxuyardim, onu daha guclu eser hesab edirdi, burdasa tamam bashqa sherh eshitdim...
"Ashk"in tercumesi yeni bele dehshetlidi??
onu oxumaq idi indi planimda...
Turkce oxuya bilmediyime o qeder teessuflenirem ki bezen... :((
P.S. "Etriyyatchi"ni oxuyursuz indi deyesen, mende xususi izler buraxan bir eserdi o! :)
YanıtlaSilXoş gördük. :)
YanıtlaSilƏlif maraqlı yazıçıdır. Ancaq kütləvidir. Ciddi ədəbiyyat nöqtəyi-nəzərdən məsələn Orxan Pamuk, Oğuz Atay və s. kimi dünya ədəbiyyatında özünəməxsusluq qazana bilməyib.
Mən onun demək olar ki, əksər kitablarını oxumuşam. Ən xoşuma gələni "Eşq" olub.
Haqqında danışdığınız roman isə dilimizə bəlkə də milli tərcümə tariximizdə ən bərbad tərcümə kimi düşəcəkdir. Çünki, "İskəndər"i 15 yaşlı bir uşaq tərcümə edib.
Oxucular Əlif ablanı oxumaq istəsələr mütləq türkcə oxusunlar. Bu da məndən sizə dost yana məsləhət. :)
oxumusham comaraqli eserdi.:))
YanıtlaSilElli, Allah saxlasın balaca qızını =) İnşallah o da maması kimi kitabsevər olacaq!)
YanıtlaSilAnar, "Aşk" kitabın düzü hələ oxumamışam, amma evdə oxuyanlardan soruşdum, dedilər tərcüməsi "İskəndər"inki kimi bərbad deyil. Oxumaq olar =)
Seyid Ramin,kütləvi deyəndə nəyi nəzərdə tutursuz?) İskəndəri 15 yaşında uşağın tərcümə etdiyin bilmirdim, əgər belə çox tərcüməçiyə ehtiyacları varsa, gedib çalışa biləşərəm :D
Məsləhətiniz üçün çox sağ olun, inşallah gələn dəfələrdən türkcə oxuyaram =)
Iskenderi oxudum.... Ask qeder de olmasa ama bu da xowuma geldi...Bowuna vaxt serfiyyati deyil yeni.Men de kitabi turkce oxumuzam ve commentleri nezere alsag sevinirem turkce oxuduguma.Azerbaycan variantini da gormek maraqli olardi ama :)
YanıtlaSil