7/04/2012

Elif Şafakın "Aşk" kitabını Sən qazan!

Dostlar, bugün sizə xoş bir sürprizim var! =) 
Maraqlı bir oyunun sonunda Elif Şafakın dillərə dastan "Aşk" kitabını sevimli oxuyucularımdan birinə hədiyyə edəcəm. Qeyd edim ki, kitab azərbaycan dilindədir və yenidir.
Əgər kitabı bəyəndinizsə və onun sizin olmasını istəyirsinizsə oyunda iştirak etmək üçün ilk növbədə blogumda solda yerləşən "Sevimli oxuyucularım"a qoşulmalı və bu xəbəri Facebook profilinizdə paylaşmalısız.

"Sevimli oxuyucularım" bölməsi bir az gec görünə bilər, ona görə ya bir az gözləyin ya da Ana səhifəyə keçin.
  
Bu işləmlərdən sonra bu yazının altına Adınızı, emailinizı, bu xəbəri paylaşdığınıza aid linki qeyd edin. Linkləri bir-bir yoxlayacam deyə xahiş edirəm paylaşmadığınız halda link atmayın. Onsuzda onlar nəzərə alınmayacaqdır. 
Emailinizi və ya Facebook profilinizi qeyd etməyi unutmayın ki, qalib gəlsəniz , mən sizinlə əlaqə saxlaya bilim.

 İndi qalibi necə seçəcəyimdən danışım =) 
Bu oyun üçün mən bir siyahı tərtib edəcəm. 
Deməli  siz  "Sevimli oxuyucularım"a qatılıb, Facebook profilinizdə bu xəbəri paylaşdıqdan sonra bu yazının sonunda rəy bildirərək, artıq  oyuna qoşulmuş olursunuz və sizin adınız  siyahıda qeyd edilir.

 
Bəziləri Facebookda paylaşmaq sizin reklamınızdır filan deyəcək deyə, burdan onlara onu demək istəyirəm ki, bircə rəy yazmaqla oturduğunuz yerdə "AŞK" romanın azərbaycan dilində əldə edəcəksiz. Yəni, burda sizdən "like"  yığmanızı, saatlarla istidə aksiya zənbilinin qabağında gözləmənizi və ya başqa çətin bir şey etməyinizi istəyən yoxdur. 
Məncə şərt çox sadədir.

Bu siyahıda 1 həftə ərzində qeydiyyatdan keçə bilərsiz.
Oyuna qatılmaq üçün son gün: 12 iyul 23:00 (9 iyul her yerdə internet söndürüləcək deyə 1 gün uzadıldı)

Qalibi isə o qədər rəyin arasından mən yox, bir proqram seçəcək. Yəni hər bir iştirakçının öz nömrəsi olacaq və proqram hansı rəqəmi seçsə həmin nömrəli iştirakçı qalib olacaq!
Qalibi açıqlayanda Proqramın cavabın Print Screen edib mütləq paylaşacam ki, sonra ədalətsizlik oldu, hiylə oldu filan deyilməsin. 
Sonda qalib gələn şəxslə əlaqə saxlayıb  kitabı ona təhvil verəcəm =) 



Bu oyunun keçirilməsinin əsas səbəbi həm ətrafımıza daha çox kitabsevəri yığmaq, həmçinin də kitabı kiməsə hədiyyə edib onu sevindirməkdir =) 

Qalibimiz kitabına baxdıqca  bizi xatırlayar ;)
Bu şəraiti mənə yaratdığı üçün "Bakumoz" kitab klubuna təşəkkürlər!
Yeri gəlmişkən onu da qeyd edim ki,  adın çəkdiyim kitab evində 4 iyuldan 7 iyula qədər azərbaycan dilində olan bütün kitablara 20% endirim var. Bu haqda daha ətraflı kitab evinin Facebook səhifəsindən məlumat əldə edə bilərsiz.


P.S: Yazını diqqətlə oxuduqdan sonra kimin nə sualı varsa buyurub yaza bilər.