12/23/2012

The Words / Çalıntı Hayat (2012)

Növbəti yazımla yenə qarşınızdayam =) Son 3-4 ayda bloguma yetəri qədər zaman ayırmadığımdan görürəm ki, izləyicilərimin sayı da azalıb. Artıq əvvəlki qədər rəylər ala bilmirəm sizdən. Yəqin bu həm də bir çoxumuzun başının dərslərə, imtahanlara qarışması ilə əlaqədardır.

 Yeri gəlmişkən, yaxın zamanda imtahan verəcək bütün tələbələrə uğurlar arzulayıram. İnşallah bu sessiyanı da sağ-salamat başa vurarıq =) 


Bugün haqqında yazacağım film zənnimcə, nəinki kinosevərlərin, hətta kitabsevər dostlarımın belə marağına səbəb olacaq bir film olacaq.

 The Words (Çalıntı hayat) – 2012-ci ildə vizyona çıxmış ABŞ istehsalı bir filmdir. Düzü, bu filmi mənə Facebookda dostum Carpy Diem məsləhət görmüşdü. Yaxşı ki, elə məsləhət görüb. Doğrudan da darıxmadan izləyəcəyiniz, çox gözəl bir filmdir. Bəlkə də filmi bu qədər bəyənməyimə səbəb kitablardan, məşhur yazıçı olmaq istəyən birinin həyatından bəhs etməsi idi. 

 Bir çox yaxın dostum nə vaxtsa mənim də məşhur, yaxşı bir yazıçı olmaq istədiyimi gözəl bilir. Sadəcə olaraq yazmaq üçün doğru zamanı, ilham pərimin gəlməyini, məni yazmağa vadar edəcək hadisənin baş verməsini gözləyirəm. Bəlkə də buna görə bu film mənə çox doğma gəldi.

Bəzən yazarkən söz tapmaqda insan çətinlik çəkir, sanki ürəyindəkiləri ağ vərəqə istədiyi kimi ötürə bilmir... sözlərlə savaşır... yazır pozur... yazır pozur... düzəlişlər edir... yenə yazır... yenə pozur...

Əvvəllər düşünürdüm ki, yazmaqda belə çətinlik çəkən yalnız mənəm. Amma bu filmə baxanda anladım ki, demək olar dünyaca məşhur bütün yazıçılar təxmini olaraq eyni maneələrdəm keçmiş sayılır. Yazmaq istəyən hər kəs kimi onlar da sözlərlə savaşaraq fikrini ən gözəl şəkildə ifadə edəcək kəlimələri  zərgər dəqiqliyi ilə seçiblər... Eynilə filmdəki qoca kimi....

Əgər nə vaxtsa kitab yazmaq fikriniz varsa və ya kitab oxumağı həqiqətən də çox sevirsizsə,  vaxt itirmədən bu film baxmağa tələsin =) Əminəm ki, "The Words"-ü siz də çox bəyənəcəksiz. 


Filmdən seçmələr: 

Hayatta hepimiz seçimler yaparız. Zor olan bunlarla yaşamaktır.

Kelimelerin parmaklarının arasından geçtiğini hissetmek istedi.

Mənim faciəm, kəlmələri onları yazmağıma ilham verən qadınlardan daha çox sevməyim idi.