Şahbaz Xuduoğlunun acizliyi!

Düzü bugün blogda yeni bir yazı paylaşmaq fikrim yox idi. Amma görünür ilin son günündə yazdığım bu yazı Şahbaz Xuduoğlunu bir az da yandıracaq! :D
Deməli, bugün  Qanun “Google Translate” evinin (nəşriyyat evi deməyə dilim gəlmir) rəhbəri Şahbaz müəllim özünü hamıdan ağıllı sayaraq belə bir status paylaşmışdı:
 Hər kəs ümumi bir təbrik məti yazıb hamıya göndərir. Mən buna axmaqlıqdan başqa bir şey deməzdim. Bizdə bu bayramlaşmalar, xeyir-şər məsələləri əndazədən çıxıb. Toylar, yaslar yalançı dost qazanmağın, yaltaqlığın ən uğurlu bəhanəsinə çevrilib.
Düzü, bu statusu oxuyanda birinci lənət şeytana deyib, cavab yazmaq istəmədim, amma sonra “axı nə qədər susub belələrinin özünü ağıllı göstərəcəyinə göz yumacağam?!” deyib bir rəy də mən yazdım.
Yazdım, amma nə yazdım)))
Şahbaz müəllimin statusuna mənim cavabım:
Məncə, keyfiyyətsiz, tərcüməsi bərbad, 200-cü səhifədən 245-ci səhifəyə hoppanan, bir dəfə oxumaqla vərəqləri tökülən kitabları nəşr etmək özü elə əsl axmaqlıq və fırıldaqçılıqdır. Xoş məramlı təbrik mesajını hər kəsə göndərməyi axmaqlıq sayan insanın ağlına isə şübhə edirəm...



Gördüyünüz kimi, rəydə çox şeyi açıb-ağartmadan sadəcə olaraq fikrimi yazmışdım. Amma rəyi göndərməyimdən heç 2 dəqiqə keçmədi ki, bir də gördüm Şahbaz müəllim məni bloka atıb :D + rəyimi də silib)))
Düzü, mən heç olmasa hıkdan-mıkdan bir cavab yazacağını gözləsəm də,  çıxış yolu olaraq blok ediləcəyimi  təxmin etmirdim =))) Mən onu bu qədər zəif və aciz bilməzdim.
 Amma, düzdü, belə bir rəyin qarşılığında adam nə deyəcəkdi ki, "həə, düz deyirsiz, ən yaxşısı mən gedim o kitabların dərdin çəkim?"  :D xaxaxa
Görünür mənim bu rəyim Şahbaz m. üçün əsl Yeni il sürprizi olub :D  
Amma o əsl sürpriz deyildi, Şahbaz müəllim))) Əsl sürprizi elə bu dəqiqə oxuyursuz :D
Birincisi, bu məsələni açıb-ağartmaq istəmirdim. Amma Şahbaz m.-ə onu demək istəyirəm ki, bircə rəyimi silib məni bloka atmaqla elə bilməyin bu problem həllini tapdı. Məsələn, siz mənim o rəyimi silməsəydiniz, uzağı 300-400 adam oxuyacaqdı, amma bu yazını bu blogda nə qədər adam oxuyub, mənə haqq verəcək, daha orasını düşünməyi sizin ixtiyarınıza buraxıram =))


Bəsdirin bu millətin başını aldatdınız! Hər ay nəşr etdiyiniz  5-6 keyfiyyətsiz kitab,  onları həvəslə alan oxucuların büdcəsinə dəyən zərərdən başqa bir şey deyil!
Şahbaz müəllim, bu yazımı, rəyimi sildiyiniz  kimi silib məni bloka ata bilməyəcksiz deyə, istəyirsiz bir cavab yazın. Mən sizdən fərqli olaraq hər cür cavaba hazıram və heç vaxt silib sizi bloka atmaram, narahat olmayın :D Ən azından elə bir hərəkət acizlikdir və mənə yaraşmaz =))) 
P.S: Diqqət! Diqqət! Qanun “Google Tranlate” evinin rəhbəri məni facebookda bloka atdığından yəqin ki, bu yazımdan bir az gec xəbərdar olacaq. Ona görə də Şahbaz müəllimin tanışları bu yazını oxuyan kimi ona bu hədiyyəmdən söhbət açın =)))
Yeni iliniz mübarək, Şahbaz müəllim! Umarım bu hədiyyəm xoşunuza gəldi :D

Yorumlar

  1. onun sekline cox guldum, bu ozudu? :D he cox maragli idi, duzu ele menimde zehlem gedir o nesriyat evinden. :) He ali ve ninodan sonra senin toruna dusen Sahbaz oldu :)

    YanıtlaSil
  2. Ali ve Nino artiq unudulmusdu, bu da oldu 2012-nin son bombasi :D

    YanıtlaSil
  3. men hech rast gelmemishem onun neshr etdirdiyi kitablara, duzu kitab oxuyarken hech fikir vermirem haranin neshridi =)

    YanıtlaSil
  4. Serf etmiyen kommentler silinir demek... Indi deyin gorek Shahbazla sizin ferqiniz ne oldu?! :)

    YanıtlaSil
    Yanıtlar
    1. ne kommentiymis o? tekrar yazin. cunki yazdiginiz umumiyyetle hec bazaya dusmeyib.
      Deyesen nehayet Sahbaz muellim terefden bir cvb gelir axi))))

      Sil
  5. Mence gozel bilirsiz ne yazmishdim, cavab da yazmshdiz, amma deyesen size chatmamishdi ne yazdigim... Yazmishdim "Umid eliyirem Shahbaz Xuduoglu hech olmasa sizi taniyir" hetta like da elemishdiz kommentimi!

    Qaldi cavabin kimin terefinden gelmeyine, danishmadan biraz dushunsez, yaxshi olar.... ;)

    YanıtlaSil
  6. Sizə çatmamışdı deyəndəki yazmışdız ki, görəsən Şahbaz Xuduoğlu sizi tanıyır?

    Onun məni tanıyıb və ya tanmaması mənim üçün heç maraqlı deyil. O, bir nəşriyyatçı, çap etdiyi kitablardan məsul bir şəxs kimi tənqidimə cavab yazmaqdansa, aciz ergenler kimi mənim rəyimi silən adi biridir mənim üçün...
    Mən də onun çap etdiyi kitabları oxuyan oxuculardan biri.. Burda şəxsi tanışlığa heç bir gərək də yoxdu.

    Sizin rəyinizi də heç kim silməyib. Bir az diqqət etsəz görərsiz ki, blogun dizaynın dəyişəndə facebookla rəy yazmaq funksiyası da silinib. Ona görə bütün rəylər gedib. Gedən rəylərə isə sizdən çox mən üzülürəm ki, o qədər gözəl rəylər var idi, heyif oldular.Siz indi bir kəlmə yazmısız, o silinib deyə elə bilirsiz bu sizə qarşı "şəxsi qərəzlik"di?)))

    Siz narahat olmayın, mən danışmadan qabaq yetəri qədər düşünürəm. Siz kimin tərəfin istəyirsizsə saxlayın, amma mən olanı yazmışam və heç kimdən, heç nədən də çəkinmirəm.

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan