9/06/2012

A Moment to Remember - Hatırlanacak bir anı (2004)

  Salam, dostlar. Necəsiz? Bu yazım kitab haqqında yox, çox maraqlı bir kino haqqında olacaq.
Ona görə də izləməyə yaxşı film axtaran dostlarım bu yazımı oxumağa davam eləsin.  Sizə əla bir məsləhətim var!
Düzü 3-4 gündü yaxınlarımdan baxmağa  yaxşı kino axtarırdım və nə axtardığımı dəqiq bilirdim: mənə həddən artıq çox təsir edəcək, ağladacaq, duygu yüklü bir film istəyirdim.
Nəhayət yaxın dostum Google gəldi ağlıma =)  
 Dostuma “ağlamaklı aşk filmi”  dedim, həmin dəqiqə mənə bir film məsləhət gördü : A MOMENT TO REMEMBER,  yəni “Hatırlanacak bir anı...
 Burdan Google-a səslənirəm, “Ay Google, mən səndən ağlamalı film istədim, day vur öldür demədim ki =))) ”
Doğrudan da kino o qədər gözəl, o qədər maraqlı və təsir edici idi ki, hər şeyə görə ağlamayan mən oturub hönkür-hönkür ağladım.
Hətta mamagil evə gələndə gözlərimə baxıb ağladığımı başa düşmüşdülər, niyə ağlamısan deyirlər kino deyirəm elə yenə də ağlamaq tutur….(((
Düzün deyim ki, bu baxdığım ilk Koreya filmi idi. Amma əminəm ki, bundan sonar blogumda Koreya filmləri haqqında hələ çox yazım olacaq ))
Film haqqında ətraflı yazıb marağınızı öldürmək istəmirəm, sadəcə olaraq kinodan seçdiyim, sevdiyim sözləri sizinlə paylaşacam…
Yəni düşünün filmi o qədər bəyəndim ki, oturub təkrar-təkrar baxmaq istəyirəm hələ də…

Əgər sizə təsir edəcək, romantik-duygusal aşk filmi izləmək istəyirsizsə “A moment to remember" tam sizlikdir…
Ağlamaq üçün deyil, əsl sevginin nə demək olduğunu başa düşmək üçün mütləq bu filmi izləyin və Sevgiyə hər zaman layiq olduğu dəyəri verin...
Not 1: Unutmamış baş roldakı aktyora da vurulmuşam xəbəriniz olsun =))))
 O nə Behlülə oxşuyur, nə də Emirə... O kasıb, amma gururlu, bir o kadar da çok yakışıklı, həyat yoldaşını dəli kimi sevən biridi..

Not 2 : Özcan Deniz bu filmin ssenarisin olduğu kimi kopyalayarak “Evim sensin” adlı film çəkdirib. Yəni Koreyalılara yox, türklərə baxmaq istəsəz ona da baxa bilərsiz. Amma mən yenə də Koreya versiyasın məsləhət görərdim. Çünki hər şeyin orginalı daha yaxşı olur.
Həmdəki eyni aktyorları nə qədər izləmək olar, day gözlərimiz yoruldu onları görməkdən....
Filmdən seçdiklərim: 







-Hatıralarım yok olursa ruhum da yok olur…
-Senin hafızan ben olacağım… Senin kalbin ben olacağım…



Seni tanıdım çünkü unutkandım, seni terkediyorum çünkü unutkanım...


Kafamın içinde bir silgi var ve her şeyi siliyor... 


Hafızam seni unutsa da kalbimin derinliklerinde sen varsın.
Seni unutamam çünkü sen benim parçamsın…


Bir anı gittiğinde ruh da gider derler…





Birlikte yaşarsak birlikte ölebilir miyiz?..