Tres Metros Sobre el Cielo (2010)


"Tres Metros Sobre el Cielo" (Göyün 3-cü qatı)
İlk məqaləmi bu filmə həsr etməyimin səbəbi sadəcə, son zamanlar izlədiyim ən maraqlı, ən romantik kino olması deyil, həmçinin bu filmin mənə digər filmlərdən müəyyən qədər fərqli təsir bağışlamasıdır...
Film adından da göründüyü kimi İspan filmi olsa da romanın ekranlaşdırılması İtalyan yazıçısı və rejissoru Federiko Moççiaya məxsusdur. Belə ki, 2004-cü ildə italyanca ekranlaşdırılan bu filmin 2010-cu ildə İspan versiyası çəkilmişdir. Romanda və filmin italyan versiyasında hadisələr Romada baş verir və baş qəhrəman Stefana Mançini, ləqəbi isə Step olur.
İspan versiyasında isə baş roldakı qəhrəman Hüqo Olivera, ləqəbi isə Achi olur. Filmin ispan versiyasındakı baş rolları Mario Casas (Achi) ve Maria Valverde (Babi) ifa edirlər.


Filmin ssenarisinə gəldikdə isə burada iki gəncin - Achi və Babinin ilk baxışda başlayan, hər kəsin arzu edə biləcəyi kimi davam edən, amma mənim fikrimcə heç nədən bitən çılğın sevgisindən bəhs olunur. Müxtəlif həyat tərzinə malik olan bu iki gənc, Achi - 19 yaşlı, yaraşıqlı, dəliqanlı, özündənrazı, ilk baxışdan kobud, tüfeyli həyat tərzinə malik olan, ən əsası isə həyatda ən sevdiyi insanlardan biri olan anasından aldığı xəyanət zərbəsindən sonra qəzəbini yalnız insanları döyməklə, onlara zərər vurmaqla soyudan bir gənc...
Babi - 18 yaşlı, sevimli, mehriban, ailəsiylə birlikdə alışqan olduğu, sakit həyat tərzi keçirən gənc və gözəl qız... Və onların qarşılaşması... Bəlkə də onların qarşılaşması heç də təsadüf deyil. Bəlkə də onlar sadəcə olaraq bir-biri üçün yaranıblar, bir-birinə çox şey öyrədib, öyrənəcəklər...
 Achi Babiyə sərbəstliyi, azad olmağı, həyatdan zövq almağı, xüsusilə də ona əsl sevgini, məhəbbəti öyrədərkən, Babi ondan fərqli olaraq Achinin ruhuna sakitlik gətirməklə yanaşı, onun sirlərini paylaşa biləcəyi, xüsusilə də Achinin mənəvi yaralarını sara biləcək yeganə insana çevrilir... Ancaq Achinin Babini daima qorumaq istəməsi və bunun üçün atdığı addımlar, əslində Babini ondan addım-addım uzaqlaşmasına, eləcə də Babinin Achiyə güzəştə gedə bilməməsi, qüruru bu sevginin...yox, sevginin yox, sadəcə münasibətlərinin yavaş-yavaş sonlanmasına səbəb olur...
Əslində bu filmdən təsirlənməyimin səbəbi də məhz Achi obrazıdır. Babini tanıdıqdan sonra dəyişməyə çalışması, ona daima kiçik də olsa sürprizlər etməsi, ona sevgi dolu anlar yaşatması, son ana qədər Babi uğrunda mübarizə aparması və s. Bütün bunlar məncə tək məndə deyil, eləcə də bu filmə baxan hər bir izləyicidə eyni teessüratları oyadar... Yəni, hər bir qızın arzulaya biləcəyi "Ağ Atlı Şahzadə"... ya da "Ağ Motosikletli Şahzadəmi desəm?)"

P.S. Onu da qeyd etmək istərdim ki, bu filmə mən ilk dəfə bizim telekanalların birində baxmışdım. Amma filmin adı "Göyün 7-ci qatı" kimi tərcümə olunmuşdu. Bəli, razıyam, tərcüməni düzgün eləməyiblər. Ancaq bizim dilə uyğun olaraq məncə bu ən yaxşı variantdır. Səbəbini isə belə izah edə bilərəm:

Babi: Mən səninlə xoşbəxtəm

Achi: Mən də səninlə xoşbəxtəm

Babi: Mən isə daha çox xoşbəxtəm :)

Achi: Burdan Barselonaya qədər? :)))

Babi: Burdan səmaya qədər

Achi: Mən isə daha çox xoşbəxtəm

Babi: Nə qədər?

Achi: Göyün 7-ci qatına qədər... ♥ ♥ ♥


P.S. Bu yazı mənim yaxın dostum, blogumun ilk "qonaq bloggeri" Həcər M.Y -yə aiddir. Onu deyim ki, mən kinoları bir o qədər sevməsəm də, Həcər əsil kinomandır =)) İnşallah bundan sonra  kinolar haqqında postlarımız sizə izləməyə məsləhətli bir film seçməkdə kömək edə bilər ;)

Yorumlar

  1. Super filmdi....Heqiqeten baxmaga deyer....

    YanıtlaSil
  2. bu film iki gəncin omur boyu unuda bilməyəcəyi bri sevgi yaşaması kimi yaddımda qalıb, film o qədər maraqlı və güzəl alınıbki təkrar yenidən baxmalı oldum,baxılmalı və yadda qalan bir filmdir ^_^

    YanıtlaSil
  3. Heqiqeten Gozel filmdir ..2si hemcinin Три метра над уровнем неба 2. Я тебя хочу..

    YanıtlaSil
  4. superb filmdi!
    Ikincisine burdan baxa bilersiz:
    http://film.joy.az/drama/1685-tengo-ganas-de-ti-2012.html

    YanıtlaSil
  5. bu film cooooooooooooooooooooooooooooooooox gozeldi

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan