Paulo Coelho - Rio-Pyedranın sahilində oturdum və ağladım

Çox bəyəndiyim və sevə-sevə oxuduğum kitabların içərisində Paulo Coelhonun “Rio-Pyedranun sahilində oturdum və ağladım” kitabı ön sıralardadır.


Yazıçının bu kitabı  Yeddinci gündə adlı trilogiyasının ilk əsəridir. 1994-cü ildə nəşr olunan bu kitab  dünyanın bir çox dillərinə tərcümə edilərək 2,5 milyon oxucu ilə görüşüb.
Əsərin üslubu doğrudan da çox gözəldir.  Kitabda iki insanın tutqulu sevgisindən bəhs edilir... Yazıçı öz oxuyucularına bu kitabıyla sanki sevginin müqəddəs olduğun söyləməyə çalışır.

Kitabı qısaca izah etmək gərəksə belə deyərdim…
Bir-birini dəli kimi sevən iki dost və onların eşq macərası… Oğlan dünyanı kəşf etmək üçün arzularının arxasınca gedir… Pilar isə özünə başqa bir həyat seçir… Universitetə daxil olur, işləməyə başlayır, nişanlanır… Bir sözlə özünə yeni bir həyat qurur… Amma sonda nişanlısından ayrılır… Bəlkə də onun sevgidəki bu uğursuzluğunun səbəbi qismətində olan, heç vaxt onu tərk etməyən ilk sevgisi imiş…

20 il sonra… Bu qədər vaxtın keçməsinə baxmayaraq nə Piların, nədəki onun illər boyu gizlincə sevdiyi oğlanın ürəyindəki sevgi azalmır. Düzdür, onlar bu 20 il boyu məktublaşırlar, ancaq əsas maraqlı hadisələr oğlanın təklifi ilə Piların Madrid şəhərinə getməsi ilə başlayır.


Uzun müddət sonra Pilar Madridə gəldikdə sevdiyi oğlanı monastrda oxuyan, vergili bir insan olaraq görür. Yəni onun xəstələri sağaltmaq kimi bir istedadı var idi. O bu 20 il ərzində sevdiyindən uzaq qalaraq özünü sadəcə olaraq dinə, insanlara yaxşılıq etməyə adayıbmış.
Amma Piları görən kimi anlamışdır ki, Pilar  ona hər şeydən dəyərli və əziz imiş.
Bütün bunlardan sonra o, çox çətin bir seçim qarşısında qalır: Sevdiyi insan yoxsa monastr? İlahi eşq yoxsa dünyəvi? Axı o bunlardan  hansın seçməlidir?


Bu kitabda  yazıçı bir növ,  qadınlardan başqa kişilərin də öz sevgisi üçün nələrdən vaz geçə biləcəyini, nələri fəda edə biləcəyini  göstərməyə çalışıb.
Kitab təsirli və bir o qədər də maraqlıdır. Oxumayanlara məsləhət görərdim :)
Kitabdan seçmələr:
Mən həmişə səni sevmişəm – O danışmağa başladı. Mənim başqa qadınlarım da olub, ancaq təkcə səni sevmişəm. Mən medalyonu həmişə özümlə gəzdirmişəm, nə vaxtsa onu sənə qaytaracağım, cəsarətimi toplayaraq “Mən səni sevirəm” deyəcəyim ümidi ilə … Dünyada hansı yolla gedirəm gedim, o, məni mütləq sənin yanına gətirirdi…
Rio- Pyedronun sahilində oturdum və ağladım…Qoy sular ona  qarışmış göz yaşlarımı da uzaqlaşdırsın... Onda mənim məhəbbətim bilməyəcək ki, mən nə vaxtsa onun üçün yas tutmuşam. Qoy sular bütün xatirələri silsin….

Kitabı al.  Qiyməti: 4AZN

Kitabın elektron versiyasın Yüklə!


Yazının Müəllifi:  Leyla Əlizadə

Not: Dostlar, bugündən başlayaraq blogda "Qonaq Blogger" adlı bölmə açıram. Yəni bundan sonra hər kəs öz oxuduğu kitablar və ya baxdığı fimlər haqqında məqalə yazaraq email vasitəsilə mənə göndərə bilər.
Göndərdiyiniz yazı blogumuzda sizin imzanızla, müəllif hüquqları qorunaraq  yayımlanacaqdır.
Yəni bu yolla təkcə özümün deyil, bir çox kitabsevər gəncin, kinomanların fikirlərin bir araya gətirmək istəyirəm. 

Email ünvanı: quluzade.arzu@gmail.com   

Yorumlar

  1. Mense beyenmemiwdim bu eseri dehwetli derecede.Zovqler ve rengler mubahise edilmez ;))

    YanıtlaSil
  2. Gerek men ozum de oxuyum bu kitabi :)
    Paulo Coelhonun kitablari eledir ki, oxuyucularin yarisi beyenirse, yarisi da umumiyyetle beyenmir :)))

    YanıtlaSil
  3. Superb bir eserdi, menimchun muellifin en guclu eseridir!...
    Amma eserde esas ideya "sevdiyi insan yoxsa monastr?" yox, yuzlerle adami oz qabiliyyetiyle xoshbext etmek yaxud 1 qadini xoshbext etmekdir mence...
    qehreman ya her kese yardim edecek, her kesin sevimlisi olacaq, ya da ozunu ve onu delicesine seven bir qadini xoshbext edecek...

    YanıtlaSil
  4. Aha Arzu raziyam seninle...Meselen Kimyageri men beyenmiwdim menim refiqemse hec beyenmemiwdi... ;)

    YanıtlaSil
  5. Sene Kindlela bagli suallarim var. Suallarimi hardan verim? (Facebook, yoxsa..?) :)

    YanıtlaSil
  6. Mahammad, ferqi yoxdur :)
    profilim varsa Facebookda sorus,istiyisense burda)

    YanıtlaSil
  7. en yaxwisi FACEBOOK-du. https://www.facebook.com/mahammad.ismayilov

    YanıtlaSil
  8. Mahammad, facede inbox sende baglidi. sen ozun suallarini yazarsan mene.

    YanıtlaSil
  9. Oxumuşam,əsər superdir. məncə,koelho yazıçı yox,sehrbazdır. çünki onun kitabları sənin onu oxumağı istədiyin vaxt yox,onun səni tapmaq istədiyi,bütün suallarına cavab ola biləcəyi vaxt çıxır insanın qarşısına.sanki yazıçıyla oxucu arasında xüsusi bir telepatiya var. Beynindən keçən,səni gəmirən sualları hiss edir və bilir ki,nə vaxt hansı əsərini sənin qarşına çıxarmalıdır. əsərin ideyasına gəldikdə isə əvvəl yazılanların heç biri deyil,yazıçı sonda anlattığı hekayəylə nə deməl istədiyini çox aydın şəkildə izah edir.

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan