9/07/2012

Stephen King - The Green Mile (1999)


The Green Mile (Yaşıl Mil) - 1999-cu il istehsalı olan, Amerikan drama filmidir.
 Film Stephen Kingin eyni adlı novellası əsasında çəkilib. Filmin rejissoru ve ssenaristi Frank Darabotdur. “Yaşıl Mil” 4 Akademi Mükafatina layiq görülüb:
 1. Ən yaxşı film
 2. Michael Clarke Duncan üçün ən yaxşı köməkçi aktyor

 3. Ən yaxşı Musiqi


 4. Ən yaxşı uyğunlaşan (adaptasiya olunan) ssenari


 Ümumiyyətlə bu film sinema tarixinə öz damğasını vurmuş filmlərdən biri hesab olunur...


Bəli, bu gün sizə haqqında danışacağım film indiyə qədər baxdığım və inanıram ki, bundan sonra da baxacağım filmlər arasında favorim olaraq qalacaq "The Green Mile"  filmidir.


Əgər siz də bu filmə baxmısızsa yəqin mənimlə razılaşarsız ki,  filmi izlərkən təsirlənməmək mümkün deyil. Şəxsən mən bu filmə dəfələrlə baxmışam, amma hər dəfə baxdığımda sanki filmi ilk dəfə izləyirmiş kimi həyəcan yaşayıram.
Film John Coffey adlı bir zəncinin "Yaşıl Mil" ləqəbli həbsxanaya gətirilməsi ilə başlayır. Soruşa bilərsiz ki, həbsxana nə üçün belə adlandırılır?
 Çünki bu adi həbsxana deyil!  Bura elə cinayət törətmiş cinayətkarlar gətirilir ki, onlar burada edam olunurlar. Və bu cinayətkarların kameralarından edam stuluna qədər olan yol “Yaşıl Mil” adlandırılır.
Məhz John Coffey də dəhşətli cinayətlə, iki balaca qızın qətli ilə günahlandırırlır və edam cəzasına layiq görülərək  "Yaşıl mil"ə gətirilir. Lakin heç kim bilmir ki, John Coffin gəlişi nəinki bu həbsxanada gözlənilməz hadisələrin yaranmasına səbəb olacaq, eləcə də bəzi məhbus və gözətçilərin, xüsusilə də baş gözətçi Paul Edgecombun həyatında unudulmayacaq izlər buraxacaq…
İlk baxışdan adi yekəpər bir insan, "cinayətkar" kimi görsənən John sən demə ŞƏFAVERİCİ qüvvəyə malik olur və o, ilk olaraq baş gözətçi Paulun xəstəliyini möcüzəvi şəkildə aradan qaldırır. Bununla da Paul Johnun cinayətkar olması fikrinə get-gedə şübhəylə yanaşır və onun haqqında araşdırma aparmaq qərarına gəlir.
Lakin bu araşdırma zamanı John Coffey ilə bağlı daha bir maraqlı fakt ortaya çıxır:  Johnun keçmişi yoxdur. Heç bir sənəddə onunla bağlı heç nə yoxdur. Sanki bu insan göydən düşüb...!!!
Əslində yuxarıda danışdığım bu hekayəni Qocalar Evində yaşayan 108 yaşlı Paul öz dostu Elainaya danışır. Elaina ən başda Paula inanmasa, bütün bunların inanılmaz olduğunu düşünsə də Paulun ona göstərdiyi sübutdan sonra bu hadisənin reallığına inanır.
Not 1:Bu boyda məqalə yazsam da filmi sizə çox şərh ede bilmədim. Çünki film həm 3 saatdır, həm də filmin hər bir səhnəsi maraqlı və mənalıdır. Əgər filmin sonunu  bilmək istəyirsizsə sizə sadəcə filmə baxmağı məsləhət görürəm.


Not 2:  Bu film haqqında belə tezliklə yazmaq istəmirdim. Düzü bir neçe filmdən sonra yazmağı planlaşdırırdım. Amma bir neçə gün öncə oxuduğum xəbər məni təəssüfləndirdi. Çünki  John Coffey rolunun mahir ifaçısı Michael Clarke Duncan infakt nəticəsində vəfat etmişdir. Hər həlda John Coffey rolunu ondan yaxşı ifa edən olmazdı. Allah Rəhmət Eləsin!

-John, istəyirsən sənə kömək eləyim. İstəyirsən səni həbsxanadan qaçırdım. Azadllığa çıxardım.
 -Axı, nəyə görə belə axmaqlıq etmək istəyirsən,Boss?
 -Çünki, bir gün mən də öləcəm və Tanrı məni sorğu-sual edəcək. Bəs o mənə deməyəcəkmi, nəyə görə mənim möcüzələrimdən birinin ölümünə mane olmadın?
-------------------------------------------------------------------------------------------------
Yoruldum, Boss... Yollarda tənha quş kimi ora-bura çırpınmaqdan yoruldum. Yanımda mənə yol göstərəcək dostumun olmamasından yoruldum. Ömür boyu tək-tənha mübarizə aparmaqdan yoruldum. Ən çox da insanların bir-birilə pis davranmasından yoruldum...


Müəllif: Həcər M.Y