9/15/2012

Facebookda spam mesajlardan və reklamlardan qurtulmağın ən sadə yolu!


Salam, dostlar. Bugünkü yazım bütün Facebook istifadəçilərini narahat edən bir məsələ haqqındadır!

Bildiyiniz kimi son zamanlarda Facebookda spam mesajlar ve reklamlar hər kəsi bezdirib.
 İstəmədiyimiz halda bəzi məhsulların reklamı dostlarımızın profilində, idarəçisi olduğumuz səhifələrdə yayımlanaraq insanları narahat edir.
Bundan qurtulmağın və profilinizi bu cür spam reklamlardan qorumağın isə çox sadə yolu var!

 Aşağıdakı videoda bunu görüntülü olaraq sizə izah etmək istədim. Amma bir də belə yazılı şəkildə qeyd etmək istərdim:
Deməli bu reklamlardan qurtulmaq üçün:
1.       Facebook Hesap ayarlarına menyusuna daxil olun.
2.       Genel Hesap ayarlarında solda yazılan Facebook Reklamları yazısına klikləyin.
3.       Açılan səhifədə “Üçüncü şahıs reklamları ayarını düzenle” yazısına klik edin.
4.       Açılan pencərədə “Arkadaşlar” yazısını dəyişərək “Hiç Kimse” edin.

Buyurun, dostlar, bu da sizin üçün hazırladığım video. Videoya baxaraq yazılanları daha rahat edə bilərsiz.

Qeyd: Videounu izlərkən yazıları daha aydın görə bilmək üçün Quality-ni 720 HD seçin.


  Vəssalam! Bununla da artıq siz bu cür reklamlardan qurtulmuş olursuz. Geçmiş olsun :)
Növbəti yazımda istəyirəm Facebook mesajların toplu silməyi izah edim. Çünki mesajları tək-tə silmək adamı doğrudan da çox yorur.
 Əgər siz də bu mövzunu izah etməyimi istəyirsizsə rəydə bildirin. Ümumiyyətlə bu kimi nə çətinliyiniz varsa soruşa bilərsiz.
Kömək etməyə hər zaman hazıram! =)