My Sassy Girl - Hırçın Sevgilim (2001)

Salam, dostlar. Necəsiz?  Daha bir Koreya filmi ilə yenə qarşınızdayam. 

Bilirem bu aralar Koreya filmleri ilə baydım sizi :D 

Yaxşı, söz verirəm ki, növbəti yazım kitab haqqında olacaq.Əgər anlaşdıqsa onda keçək filmimizə =)

Haqqında danışacağım filmin adı “My Sassy girl”, yəni “Hırçın Sevgilim”di. Filmin həm adı həm də posteri diqqətimi çəkmişdi deyə izləməyə qərar verdim.
Film romantik-komedi janrındadır və yaşanmış hekayə əsasında çəkilib.

Yəni ki, Koreyalı bir gənc sevgilisi ilə başından keçənləri internet üzərindən hissə-hissə yazaraq sonda kitab halında çap etdirmişdir.  Koreyada bestseller siyahısına düşən bu kitab əsasında isə sonradan film çəkilmişdir.

Beləliklə bu film nəinki Cənubi Koreyada eyni zamanda, Yaponiya, Çin, Tayvan, Flippin, Honk-Konk, Sinqapur kimi ölkələrdə də böyük maraqla izlənilmişdir.
Mənim fikrimi soruşsaz, film doğrudan da gülməli və insanın kefini düzəldəcək tipdəndir)
 Baş roldakı qızla oğlanın mimikaları filan dəhşət idi =)
Qız gözlərini hər dəfə bərəldəndə, oğlanda ağzını hər dəfə əyəndə məni gülmək tuturdu :D
 Filmdə diqqətimi çəkən şey isə aktyorların hər sözün axrında “yeee” “aaa” kimi şeylər deməsiydi. Bəziləri bu danışıq tərzini sevməsə də mənim xoşuma gəlir. 
Yəni ağlanası deyil, amma baxıb gülünəsi maraqlı filmdir.

Onu da qeyd edim ki, filmin maraqlı ssenarisi olduğunu görən ABŞ film şirkəti ssenarini 2008-ci ildə satın almışdır. Bir qədər dəyişiklik ilə birgə bu film sevgi şəhəri olan Parisdə çəkilmişdir.

Filmdən seçdiklərim:
- Gökyüzü neden mavi biliyor musun?
 - Güneş ışınlarının yansıması…
 - Yanlış! Benim için… Ben mavi istiyorum, mavi oluyor. Ateş neden sıcak biliyor musun? Sıcak olmasını istiyorum, o yüzden sıcak. Kore’de niçin 4 mevsim de var biliyor musun?
 - Senin için?
 - Doğru!


Askerdeyken herkes beni terk etti. Sevdiğim kız çavuşa aşıkmış onun peşinden gitti. Köpeğim itin biriyle kaçtı...
Ama aşkın ne olduğunu öğrenene kadar yaşamaya devam edeceğim...


Kader sevdiğin insan için tesadüflerden bir köprü inşa etmektir.
Filmi türkcə altyazılı izləmək üçün bura klikləyin.

Yorumlar

  1. aydaa,dünen türkler demishken" haril haril" kino axtarirdim,bunu gordum ashk filmleri kateqoriyasinda,mimo kecdim,dedim koreya filmlerine teze baxmisham arzu sayesinde,qoy bu defe de "amerikanski" kinoya baxim:) qismet bugüneymish))

    YanıtlaSil
  2. haril-haril axtarislarinin netice vermesine sevindim))
    Bax, ondan sonra fikirlerini yazarsan :)
    Gozleyecem ;)

    YanıtlaSil
  3. Bu Werqi Asiya olkelerine hec isinemmiremde. Omrumde 1ce defe onlarin kinosuna baxmiwam oda The flowers of war, geweng kinodu. Esasda daniwiqlarina hic tahammul edemiyom ))

    YanıtlaSil
  4. aaa niye ki, qesenq danisirlar axi :)

    her sozun axrina aaa yaa artirirlar)
    men azerbaycan dilinde ele danisiram deye yeqin mene adi gelir :D
    sinirimi bozmuyo :)

    YanıtlaSil
  5. haha Azerbaycanca ele daniwildigini tesevvur etdimde bir an icin )))))) ancaq men deyen kinoyada baxa bilersen superdi...

    YanıtlaSil
  6. Sen dediyin kino muharibe haqqindadi? Icinde sevgi yoxdusa cetin sebrim cata oturub muharibeye baxmaga :D

    YanıtlaSil
  7. temasi muharibenin aci terefidi, ama sevgide var,prosta cox ustune duwmuyubler. Tesevvur ele Asiyalilardan xowu gelmeyen men baxa bildimse, sen haydi haydi bakarsin )

    YanıtlaSil
  8. onda vaxt tapsam, rastima cixsa mutleq baxacam :)

    YanıtlaSil
  9. baxdim coooooooox xoşuma gəldi həm çox güldüm hemde kədərləndim

    YanıtlaSil
  10. Koreya dilinde bu filme baxmaq daha maraqli idi menimcun:)

    YanıtlaSil
    Yanıtlar
    1. Koreyalıların o sonu "aaa, ooo"lu danışıqları))) mənim də çox xoşuma gəlir)

      Sil
    2. Bilirsiz o 'a' ve 'o' cumlenin xeberinin sonlugudur.daha deqiq desek koreya dilinde danisiq formasi iki yere bolunur.hormetli danisiq ve adi,yeni yasidlar ve ozunden kiciklerle danisiq formasi.mehz bu Siz dediyiniz ikinciye aiddir:) indi onun uzun teleffuz olunmasi da koreya qizlarinin sirinliyinden ireli gelir:)) bir de ki emr formasinda xususi vurgu ile teleffuz zamani da bele olur:)

      Sil
    3. Mən elə bildim rəsmi danışıqları da elədi) Yaxşıdı elə deyilmiş) Məlumat verdiyiniz üçün təşəkkürlər.)
      Koreya qızları doğrudan da çox şirindi. Heç yaponlarda, çinlilərdə mən o şirinliyi hiss etməmişəm.

      Sil
    4. Yox danisigin resmi formasi ayridi:) 'yo' hisseciyi ile bitir:) buyurun xosdu:) koreya filmlerine ve koreya qizlarina bele maraq gostermeyiniz mene cox maraqli geldi:) tam dogru soylediniz,ne cin qizlari,ne de yapon qizlarinda koreya qizlarinda olan qeder sirinlik yoxdu.her ucunden olan qizlarla yaxin munasibetde shahidi olmusam

      Sil
    5. Siz deyəsən hardasa Cənub-Şərqi Asiya tərəflərdə yaşayısız axı)))
      Mən filmlərdən gördüyüm aktrisalara baxıb, onlara əsasən bu fikri dedim. Doğrudan elədir ya yox?) Onlarla yaxın münasibətdə olan biri kimi siz nə fikirləşisiz?)

      Sil
    6. Koreya dili ixtisasimdi,tercumeciyem:) Cenubi Koreyada da bir muddet tehsil almisam.orda birge oxudugum xarici vetendaslarin coxu cin ve yaponlar idi.cinli qizlari hec sevmirem.qeribedirler.yaponlar da ki 'bele dee' deyilecek derecededi menim gozumde.koreykalar ise basqa bir alemdir:)

      Sil
    7. Ayyy nə maraqlı ixtisasınız var) Düzü bir az da paxıllığım tutdu( Onlarla heç olmasa realda münasibətdə ola bilmisiz. Amma mənə də halaldıyaa, ancaq filmlərə baxmaqla düzgün müşahidə eliyə bilmişəm :)))

      Sil
    8. Tesekkurler:) niye ki?:)) onsuz artiq bir nece ildi ki her gun koreyalilarla munasibetdeyem:) heqiqeten halal olsun size:)) texmininiz sizi yaniltmadi:))

      Sil
    9. Koreyada ya da Yaponiyada yaşamaq mənə çox maraqlı gəlir, ona görə bir az qısqandım sizi)
      Bəlkə adınızı qeyd edəsiz, mən kimlə danışdığımı bilim :) Çünki necə xitab edəcəyimi bilmirəm)))

      Sil
    10. Yaponiyada olmadigimcun deqiq bir soz deye bilmerem,ama Koreya heqiqeten yasamaga deyer olkedi:) Adim Əliş:)

      Sil
    11. Tanışdığımıza məmnun oldum, Əliş) maraqlı söhbət üçün təşəkkürlər)
      Arada Koraya haqqında maraqlı bir şeyler danışmaq istəsəz, həmişə burda böyük həvəslə "qulaq asmağa" hazıram :))) Hətta qulaq asmaqla yetinməyib, birdə o məlumatları blogda daha çox adamla paylaşa bilərəm) sizin adınızdan əlbəttə ki)

      Sil
    12. Men de memnun oldum:) siz de hemsohbet oldugunuz ucun cox sagolun:) qismetde varsa InsAllah o da olar.mene de xosdu ki Koreyani sevenler gunu gunden artir:)

      Sil
  11. Salam:) mende son zamanlar korekolik olmusam:) seriallara baxan deildim ama olarin seriallarina cox boyuk hevesle baxiram.cunki bowbow menasiz olmurlar,cox guclu ssenarileri olur,en esasida insani keyfiyyetler öne cekilir. qizlari oglanlari geyimleri medeniyyetleri bir sozle vurgunuyam oranin. cox isteyerdim orda tehsil alim ama heyf:((

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan