Bu da İspanların Aşk-ı Memnusu!

Salam, sevgili oxuyucular =)
Bugündən blogda yeni bir bölmə açmağa qərar verdim. Yeni bölməmizin adı: Dedi-qodu Qazanı!
Yox-yox, burda onun bunun qeybətin qırmayacağıq, sadəcə olaraq baxdığım seriallardan, məşhurlardan maraqlı olan xəbərləri sizinlə paylaşacam =)


İlk xəbərim Aşk-ı Memnu serialı haqqında olacaq. Bildiyiniz kimi bu ilin iyul ayında dünya üzrə ikinci ən çox izlənən ispan kanalı olan "Telemundo" şirkəti "Aşkı memnu"nun ssenarisini almışdı. Ssenarini aldıqdan sonra vaxt itirmədən aktyor seçiminə başlayan kanal, artıq öz işini yekunlaşdırıb.

 Türkiyədə "Aşkı memnu" - "Yasaq sevgi" adı ilə çəkilən serial okeanın o tayında "Pasion Prohibida" - "Yasaq tutqu" olaraq adlandırıldı.
Buyurun bu da Behlül'ün Bruno, Bihter'in Mariana, Adnan'ın Juan Pablo, Firdevs'in Deborah olduğu yeni Aşk-ı Memnu...

Onu da deyim ki, serial ingiliscə alt yazılı olaraq 2013-cü ildə izləyici qarşısına çıxacaqdır. Aşağıdakı videoda serialın ispan versiyasının ilk fraqmentlərinə baxa bilərsiz.



P.S: Sizcə bizim görüb bildiyimiz Aşk-ı memnu yaxşı idi ya İspanların? Düzün demək gərəkirsə mən Türklərin Bihterini, Adnanını, Behlülünü daha çox sevdim. İspanlar Adnanın yerinə lap qoca babanı çəkiblər :D

Yorumlar

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan