Haruki Murakaminin "Norveç meşəsi" kitabın Sən Qazan!

Sentyabr ayının gəlməyi ilə bizim də layihəmizin vaxtı gəlmişdir deməkdir :)
Bildiyiniz kimi İyul ayından başlayaraq blogumuzda "Hər ay bir hədiyyə kitab" adlı layihə start götürmüşdü. İyul ayının qalibi Pifaqor (Rövşən  İsmayılov) bizden Elif Şafakın "AŞK" kitabını qazanmışdı.
Hər ay keçirməyi planlaşdırdığım layihəni Avqust ayında bağda internetin sürəti çox zəif olduğuna görə keçirə bilməmişdim.

Sentyabr ayında isə yeni bir hədiyyə kitab ilə layihəmizə davam edirik. Bu ay bizdən Hədiyyə olaraq alacağınız kitab Çağdaş Yapon ədəbiyyatının görkəmli nümayəndələrindən Haruki Murakaminin "Norveç meşəsi" kitabı olacaq. Qeyd edim ki, kitab təzədir və azərbaycan dilindədir.
Məncə bu kitab bir çox kitabsevərin oxumaq istədiyi kitablar sırasındadır. Elə isə bu kitabı necə qazanmaq olar deyim sizə :)


Əgər kitabı bəyəndinizsə və onun sizin olmasını istəyirsinizsə oyunda iştirak etmək üçün ilk növbədə blogumda solda yerləşən "Sevimli oxuyucularım"a qoşulmalı və bu xəbəri Facebook profilinizdə paylaşmalısız.


Bu işləmlərdən sonra isə  bu yazının altdınakı Facebook rəy qutusuna oyunda iştirak etmək istədiyinizi və oyunun şərtlərin yerinə yetirdiyinizi qeyd edin.
Çünki mən o rəylərə baxıb layihədə iştirak edənlərin adlarından ibarət siyahı tərtib edəcəm. 





Bu siyahıda 2 həftə ərzində qeydiyyatdan keçə bilərsiz.

Oyuna qatılmaq üçün son gün: 17 sentyabr 23:00

Qalibi isə o qədər rəyin arasından mən yox, bir proqram seçəcək. Yəni hər bir iştirakçının öz nömrəsi olacaq və proqram hansı rəqəmi seçsə həmin nömrəli iştirakçı qalib olacaq!

Qalibi açıqlayanda Proqramın cavabını Print Screen edib və ya video ilə mütləq paylaşacam ki, sonra ədalətsizlik oldu, hiylə oldu filan deyilməsin.

Bu oyunun keçirilməsinin əsas səbəbi həm ətrafımıza daha çox kitabsevəri yığmaq, həmçinin də kitabı onlardan birinə hədiyyə edib onu sevindirməkdir =)
Sonda Bu şəraiti mənə yaratdığı üçün "Bakumoz" kitab klubuna öz təşəkkürümü bildirirəm!
Hər kəsə uğurlar.
P.S: Yazını diqqətlə oxuduqdan sonra kimin nə sualı varsa buyurub yaza bilər.

Yorumlar

  1. Memmedov Sadiq (sadokolik)
    P.S. Inseeallah bu defe men qalib gelerem :D

    YanıtlaSil
  2. Salam, mümkunse məni də əlavə edin
    Nicat Kerimli.

    YanıtlaSil
  3. inweAllah qalib olariq=))

    YanıtlaSil
  4. Aha ,mende paylasdim, Insallah bu defede qaazanaram, bu defkin deye bilmeme yaxin 2 ayda men yeniden qazanacagima inaniram, cunki payiz menim feslimdir, mutleq men bu feslde yeniden kitab qaanmaliyam )))

    YanıtlaSil
  5. Elçin Çocuk3 Eylül 2012 23:39

    https://www.facebook.com/elchin.memmedov.5/posts/342627845828070

    YanıtlaSil
  6. Məni də əlavə edin Lala Celilzade..
    Facebookda paylasdim :)
    https://www.facebook.com/lalacel

    YanıtlaSil
  7. Burda da rey yazanlarin hamisin elave etdim :)

    YanıtlaSil
  8. Eladi. heqiqeten de chox shirin bir bloqdu )) Bir blogger olaraq beyendim. aferin

    YanıtlaSil
  9. Ayisha, beyendiyinize sevindim :)Fikirleriniz ucun cox sag olun)

    YanıtlaSil
  10. mendee varaaam ;)

    YanıtlaSil
  11. Inshallah qazanaram <3 meni yaddan cixartmayin ..) Atilla senede teshekkur edirik )

    YanıtlaSil
  12. http://www.facebook.com/veliyeva.ulker

    Ulker Veliyeva

    YanıtlaSil
  13. Adsız dedi ki...
    mendee varaaam ;)

    Yazan istifadeci xahis edirem adinizi ve facebook profilinizi qeyd ederdiz.

    YanıtlaSil
  14. Miracle, zehmet olmasa facebook profilinizin linkin yazardiz. yoxsa bele oyuna qatilmis sayilmirsiz.

    YanıtlaSil
  15. https://www.facebook.com/Unspoken.asadzadeh

    YanıtlaSil
  16. Sebirsizlikle kitabimin yolunun gozleyecem :))

    YanıtlaSil
  17. salam mumkunse meni de elave edin)

    YanıtlaSil
  18. salam bu kitabi nece yukleye bilerem?/ xaiw komek

    YanıtlaSil
  19. ne pis kitabin azer varianti yoxdu oxumaqcun ama capda var.niye pgf formada yoxdu?/bilen var/

    YanıtlaSil
    Yanıtlar
    1. Çünki Azərbaycanca kitabların pdf versiyasın icazəsiz olaraq internetdə yaymağa qanuni olaraq heç kimin haqqı yoxdur. Həmin nəşriyyat evi pdf olaraq yayan şəxsi məhkəməyə verə bilər :)

      Sil
    2. EHH O QEDER QANUNPEREST OLUBLARKI::)) yutubda prezidentleri bir gune qoyurlarki onlara hec bnir sey ede bilmirler ((

      Sil
  20. burda verilen hec bir kitabi yukleye bilmek olmaz.sadece onun haqinda daniwilir?/

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan