Əli və Nino / Qurban Səid



Yəqin ki, bu kitabın adını aranızda eşitməyən yoxdur. Əli və Nino – misilsiz məhəbəbət romanı...
 Adını çox eşitsəm də, nəhayət bugün bu kitabı oxuyub qurtara bildim.

Ümumiyyətlə deyim ki, bu kitab yaman başı bəlalıdır. Hələ indiyə qədər əsl müəllifinin kim olduğu da bilinmir. Qurban Səid adının yazıçı Yusif Vəzir Çəmənzəminlinin təxəllüsü olduğunu iddia edənlər də var və məhz bu iddia Azərbaycan Yazıçılar Birliyinin 1993-cü ildə qəbul etdiyi qərarda öz təsdiqini tapmışdır. 

"Əli və Nino"da azərbaycanlı bir oğlanın və gürcü qızının sevgisindən bəhs edilir.  Bir yanda Şərqin adət-ənənsiylə böyüyən bir dəliqanlı, digər tərəfdə isə Avropa mədəniyyətiylə böyümüş prinses Nino Kipiani...

Düzü kitabın bəzi hissələri məni darıxdırsa da, Əli və Ninonun öz aralarındakı danışıqları, yaşadığı o hisslər, şəriətin düşüncələri, qədim adət-ənələri məni kitaba bağlamışdı.

Bu arada deyim ki, “Kurtlar vadisi”nin məşhur odda yanmaz, suda batmaz Polad Alemdarı deyəsən "Sonunu düşünen kahraman olamaz" sözün bu kitabdan götürüb =) 
Çünki kitabda məhz belə bir ifadə mövcuddur:
Sabahını düşünən adam heç vaxt igid ola bilməz.


Bayaq sizə “Əli və Ninonun” başı bəlalıdır sözün elə-belə demədim) Çünki bu qəhrəmanların heykəli də böyük səs-küyə səbəb olmuşdu. Keçən il belə söz-söhbət çıxmışdı ki, guya Batumidə Əli və Ninoya pornoqrafik heykəl qoyulub, amma sonra məlum oldu ki, heykəlin memarı Tamar Kvesitzade əksinə hər kəsin heyranlıqla izlədiyi, minlərlə turisti özünə cəlb edə bilən çox gözəl bir sənət əsəri yaradıbmış.


 Şəkildə gördüyünüz bu heykəl  Əli və Ninonun şərəfinə Batumidə Mərkəzi Bulvarda qoyulub. Heykəlin hündürıüyü 9 metr, ağırlığı isə 7 tondur. Heykəlin maraqlı özəlliyi isə ondan ibarətdir ki, daim hərəkətdə olan bir qadın və bir kişi bədəni  10 dəqiqədən bir bir-birinə yaxınlaşır, sonra isə yenidən ayrılır. Yuxarıdakı videoya baxaraq nə demək istədiyimi daha yaxşı başa düşə, o gözəl görüntünün şahidi ola bilərsiz.  

 İnşallah bir gün Gürcüstana, Batumiyə getsəm Əli və Ninonu mütləq ziyarət edəcəm :) 

Kitabı PDF oxumaq istəyənlər, bura tık-tık :)

Kitab maraqlıydı, pis deyildi, amma gözlədiyim qədər təsirli deyildi. Ona görə də 5 ballıq sistemdən 3 verərdim. 


Yorumlar

  1. Sabahını düşünən adam heç vaxt igid ola bilməz.
    Sonunu düşünen kahraman olamaz.Şeyx Şamilin sözüdür

    YanıtlaSil
  2. Bəli, Şeyx Şamilin sözüdür. Mən Kurtlar vadisinə baxmamışam, orda görəsən Polad Şeyx Şamilden sitat gətirmişdi ya öz sözü kimi demişdi?)

    YanıtlaSil
    Yanıtlar
    1. o sozu Polat oz adiyla deyir bu da subut
      http://www.youtube.com/watch?v=U_lVxz_Tz4Y

      Sil
    2. onda nece deyerler Poladın foyasın ortaya çıxartdıq :)))

      Sil
  3. Salam Arzu. Necəsən? Hamının təriflədiyi bu məşhur romanı mən də çox bəyənməmişəm. Elə mənim verdiyim bal səninki kimi olar. Bir də POlada aid etdiyin bu "odda yanmaz, suda batmaz" ifadəsinə xeyli güldüm :))))

    YanıtlaSil
    Yanıtlar
    1. Salam, men yaxşı sən necəsən?) Doğrudan da bəzən o məşhur romanlar adama gözlədiyini verə bilmir, yəqin kitabdan beklentilerimiz daha çox olur ona görə0

      Poladdakı day dəmir adam kimi tarixə düşüb)) Hamı ölür Poladdan başqa :D deyəsən pişiy kimi 7 canlıdı)

      Sil
  4. Salam Arzu xanım, bu kıtabı bır nece ıl bundan evvel kıtabxanadan goturmusdum.Ama cox heyıf kı, oxumadım menım yerıme Anam oxumusdu o da sagolsun eserın mezmunumdam bele menı xeberdar etmedı..Maraqlı melumatlar vermısız esasende Batumıdekı heykeller barede...Ela ıdı....Tewekkurler

    YanıtlaSil
    Yanıtlar
    1. Salam :) Bəyəndiyinizə sevindim, Əsmər xanım) Nə vaxtsa yolunuz Batumiyə düşsə Əli və Ninonu ziyarət etməyi unutmayın) İnanıram ki, ananızın da çox xoşuna gələr o heykəl)

      Sil
  5. He, Allahın ıznıule, Insallah

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan