11/13/2013

Sinqapurda gəzib gördüklərim :)


Yadınızdadırsa, bu yazımda xarici dostlarımla məktublaşmağımdan sizə bəhs etmişdim.
Bir çox ölkədən poçt kart gözlədiyim halda, nədənsə son zamanlar məktublar mənə çox gec çatır. Düzü, bir az buna üzülürəm. 2 həftəyə çatar dedikləri kartlar 1 aydan çoxdu dünya səyahətindədi elə bil :)

Məktubsuz keçən bir neçə həftədən sonra nəhayət ki, dünən poçtalyon qapımızı döydü . 
Bu dəfə Sinqapurdan gələn "Hello Kitty" bəzəkli pembe məktub məni doğrudan da çoooox sevindirdi :))

Bu poçt kartların digərlərindən çox aydın seçilən bir fərqi var idi, o da ki, keyfiyyəti. Doğrudan da bunlar indiyə qədər aldığım ən gözəl, ən rəngli poçt kartlardı deyə bilərəm :)
İndi isə poçt kartlarımıza daha yaxından baxaq)


Şəkildə gördüyünüz bu yer Marina Bay adlanır. Marina Bay Sinqapurun ən bahalı və ən məşhur otelidir. 

Bu oteli yəqin siz də tanıyırsız. 
Bura bilirsiz haradı? 
Aşağıdakı şəkillərə baxsaz yüz faiz biləcəksiz ;)




Bəli, bura dünyanın ən möhtəşəm üzgüçülük hovuzunun yerləşdiyi Sky Parkdır.
 Şəkillərə baxanda belə orda üzənlərin yerinə özüm qorxuram, amma yenə də orda olmağı çoooox istəyərdim.
kcə şəkillərə baxmaqla mən bu gözəllikdən doymadım, gəlin bir də videosuna baxaq :)


Video da elə çəkilib ki, 3D olsa, elə bilərdim getdim orda üzdüm gəldim :)) 

Bu arada söyləmədən də geçemiyecem, videodakı oğlan "haberim yokmuş gibi çək panpa" modundadı :D 

Məktubu göndərən xanım yazıb ki, The Marina Bay Hotelində 1 gecə qalmaq 600 dollardır.


Gördüyünüz bu rəngarəng binalar Sinqapurdakı adi yaşayış evləridir. Binaların bu qədər rəngli olması məni doğrudan da çox təəccübləndirdi. 

Bəs sizcə bu binalardakı 4 otaqlı bir mənzilin qiyməti neçiyədir?) Ən çoxu 100.000 ya da 150.000?))) Siz öyle sanın :D Xanımın yazdığı məktubu oxuyanda inanıram ki, şoka düşəcəksiz :)


Bildiyiniz kimi Sinqapurun ərazisi balaca olduğundan burdakı mənzillər də çox bahadır. Məsələn, 4 otaqlı bir ev 450.000- 500.000  dollar arasında dəyişir :) 
Əgər  mənzil qiymətləri belədirsə, deməli əhalinin maaşı da buna uyğun olaraq yüksəkdir.

Bu poçt kartın üzərindəsə, Sinqapur mətbəxinin ləziz nemətlərin görürsüz :)

Bu krablardan hələ yeməmişəm deyə bilmirəm necə dadır, amma bir gün mütləq yeyib dadına baxacam :)

Belə mütləq dediyimə baxmayın, çünki ancaq yazanda belə cəsarətliyəm :)
İndiyə qədər Allahın bir sushisin gedib yeməyə risk eləməmiş bir insanam :D


Gördüyünüz bu məkan isə Konsert zalıdır. Məktubu göndərən dostum hətta burda nahar edə biləcəyimi də qeyd edərək, yeməyə mənə Max Brenner adlı bir şey məsləhət görüb :D
Çox düşüncəli dostum varmış :) Gəlin görək bu Max Brenner nə olan şeydi :)) İnşallah qabağıma ilan-qurbağa çıxmaz :D 

Bəh bəh bəh)) Ac vaxtımda bu şəklin doğrudan da heç yeri yoxuydu :D
 Şəklə bax-bax bir təhər oldum day)))



Sonda sizə bu poçt kartları göndərən Rachelin peçatlı imzasın göstərmək istəyirəm. Adam bu işləri baya ilərlədib, özüyçün peçat filan hazırladıb .
Görünür belə şeylərin həvəskarıdır. Yaxşı ki, mən də ona qəşənq, maraqlı kartlar yazıb göndərmişəm ) 

Sonda isə 2011-ci ildə Sinqapurda səyahətdə olarkən mamamın çəkdiyi bir - iki exclusive şəkli sizinlə paylaşmaq istəyirəm :))


Gördüyünüz kimi bu villanın qarşısında 4 qırmızı və bir qara Lamborghini var :)))
 Sahibi hər kimdirsə, xoşbəxt adamdı. Amma mənə maraqlı gələn odur ki, bəs niyə bu maşınların hamısı Lamborghinidi və qırmızıdı? :) Bir dənəsin almaqla gözü doymuyub bəyəm?)

 Biz bu maşınların bircə dənəsinə həsrətkən camaatın həyətində 4-5 dənəsinin olması mənim  Where is Adalet? deyə üsyanıma səbəb olur :D 

Mamam dəyir ki, Sinqapurda  işləyən adi taksi sürücüsünün də belə bahalı maşınları var. Hətta o vaxt  Blackberryler bizə təzə gələndə orda oteldə otaqları təmizləyən xadimələr blackberry işlədirdi :D 

Mamaya mənə blackberry al deyəndə, anamın cavabı aynen belə olmuşdu: xadimələrin işlətdiyi telefonu neyniyisən ki sən, gül kimi öz telefonun var :D 

Halbuki bizdə o vaxt hamı avtobusda, metroda, facebookda  blackberrysinin reklamı ilə məşğuluydu :D

 Birlikdə Sinqapuru virtual səyahət eliyib gəldik, indi isə gəlin pencərə qırağında oturub bu ölkəyə bir də səmadan baxaq :)))




Çox təəssüf ki, bu şəkillərlə yazımın sonuna gəldik. Şəxsən mən bu yazını çox həvəslə, sevə-sevə yazdım və ümid edirəm ki, bu şəkillər, məlumatlar sizin üçün də maraqlı oldu :)


Səyahətimiz bitti :)