Əli və Nino / Qurban Səid
Yəqin
ki, bu kitabın adını aranızda eşitməyən yoxdur. Əli və Nino – misilsiz məhəbəbət
romanı...
Adını çox eşitsəm də, nəhayət bugün bu kitabı
oxuyub qurtara bildim.
Ümumiyyətlə
deyim ki, bu kitab yaman başı bəlalıdır. Hələ indiyə qədər əsl müəllifinin kim
olduğu da bilinmir. Qurban
Səid adının yazıçı Yusif Vəzir Çəmənzəminlinin təxəllüsü olduğunu iddia edənlər
də var və məhz bu iddia Azərbaycan Yazıçılar Birliyinin 1993-cü ildə qəbul
etdiyi qərarda öz təsdiqini tapmışdır.
"Əli və
Nino"da azərbaycanlı
bir oğlanın və gürcü qızının sevgisindən bəhs edilir. Bir yanda Şərqin adət-ənənsiylə böyüyən bir dəliqanlı,
digər tərəfdə isə Avropa mədəniyyətiylə böyümüş prinses Nino Kipiani...
Düzü
kitabın bəzi hissələri məni darıxdırsa da, Əli və Ninonun öz aralarındakı
danışıqları, yaşadığı o hisslər, şəriətin düşüncələri, qədim adət-ənələri məni
kitaba bağlamışdı.
Bu
arada deyim ki, “Kurtlar vadisi”nin məşhur odda yanmaz, suda batmaz Polad
Alemdarı deyəsən "Sonunu düşünen kahraman olamaz" sözün bu kitabdan götürüb =)
Çünki kitabda məhz belə bir ifadə mövcuddur:
Sabahını
düşünən adam heç vaxt igid ola bilməz.
Bayaq
sizə “Əli və Ninonun” başı bəlalıdır sözün elə-belə demədim) Çünki bu qəhrəmanların
heykəli də böyük səs-küyə səbəb olmuşdu. Keçən il belə söz-söhbət çıxmışdı ki, guya Batumidə Əli və
Ninoya pornoqrafik heykəl qoyulub, amma sonra məlum oldu ki, heykəlin memarı Tamar Kvesitzade əksinə hər kəsin heyranlıqla izlədiyi, minlərlə
turisti özünə cəlb edə bilən çox gözəl bir sənət əsəri yaradıbmış.
Şəkildə gördüyünüz bu heykəl Əli və Ninonun şərəfinə Batumidə Mərkəzi
Bulvarda qoyulub. Heykəlin hündürıüyü 9 metr, ağırlığı isə 7 tondur. Heykəlin
maraqlı özəlliyi isə ondan ibarətdir ki, daim hərəkətdə olan bir qadın və bir
kişi bədəni 10 dəqiqədən bir bir-birinə
yaxınlaşır, sonra isə yenidən ayrılır.
Yuxarıdakı videoya baxaraq nə demək istədiyimi daha yaxşı başa düşə, o gözəl
görüntünün şahidi ola bilərsiz.
İnşallah bir gün Gürcüstana, Batumiyə getsəm Əli və Ninonu mütləq ziyarət edəcəm :)
Kitabı PDF oxumaq istəyənlər, bura tık-tık :)
Kitab maraqlıydı, pis deyildi, amma gözlədiyim qədər təsirli deyildi. Ona görə də 5 ballıq sistemdən 3 verərdim.
Kitabı PDF oxumaq istəyənlər, bura tık-tık :)
Kitab maraqlıydı, pis deyildi, amma gözlədiyim qədər təsirli deyildi. Ona görə də 5 ballıq sistemdən 3 verərdim.
Sabahını düşünən adam heç vaxt igid ola bilməz.
YanıtlaSilSonunu düşünen kahraman olamaz.Şeyx Şamilin sözüdür
Bəli, Şeyx Şamilin sözüdür. Mən Kurtlar vadisinə baxmamışam, orda görəsən Polad Şeyx Şamilden sitat gətirmişdi ya öz sözü kimi demişdi?)
YanıtlaSilo sozu Polat oz adiyla deyir bu da subut
Silhttp://www.youtube.com/watch?v=U_lVxz_Tz4Y
onda nece deyerler Poladın foyasın ortaya çıxartdıq :)))
SilSalam Arzu. Necəsən? Hamının təriflədiyi bu məşhur romanı mən də çox bəyənməmişəm. Elə mənim verdiyim bal səninki kimi olar. Bir də POlada aid etdiyin bu "odda yanmaz, suda batmaz" ifadəsinə xeyli güldüm :))))
YanıtlaSilSalam, men yaxşı sən necəsən?) Doğrudan da bəzən o məşhur romanlar adama gözlədiyini verə bilmir, yəqin kitabdan beklentilerimiz daha çox olur ona görə0
SilPoladdakı day dəmir adam kimi tarixə düşüb)) Hamı ölür Poladdan başqa :D deyəsən pişiy kimi 7 canlıdı)
Salam Arzu xanım, bu kıtabı bır nece ıl bundan evvel kıtabxanadan goturmusdum.Ama cox heyıf kı, oxumadım menım yerıme Anam oxumusdu o da sagolsun eserın mezmunumdam bele menı xeberdar etmedı..Maraqlı melumatlar vermısız esasende Batumıdekı heykeller barede...Ela ıdı....Tewekkurler
YanıtlaSilSalam :) Bəyəndiyinizə sevindim, Əsmər xanım) Nə vaxtsa yolunuz Batumiyə düşsə Əli və Ninonu ziyarət etməyi unutmayın) İnanıram ki, ananızın da çox xoşuna gələr o heykəl)
SilHe, Allahın ıznıule, Insallah
YanıtlaSil