Sizə xaricdən məktub gəlməsini istəyirsiz? :)
Yeni tanıdığım sosial şəbəkənin adı Postcrossing.com-dur. Məktub yazmağı sevən, xaricdən məktub, poçt kart gəlməsini istəyən, poçt marka həvəskarları üçün məncə bu sayt əvəzedilməzdir. Çünki siz bu saytda qeydiyyatdan keçdikdən sonra müxtəlif ölkələrə post kart göndərə və həmçinin dünyanın müxtəlif ölkələrindən post kart ala bilərsiniz.
Daha ətraflı desəm, siz bu saytda qeydiyyatdan keçdikdən sonra sayt tərəfindən sizə müxtəlif ölkələrdən olan insanların ünvanları veriləcək və siz o ünvana hər hansı bir postcard göndərəcəksiz. Hər ay göndərə biləcəyiniz kart sayı sizin istəyinizdən asılı olaraq dəyişir. İstəsəz bir kart göndərin, istəsəz 5 :)
Onu da deyim ki, təzə qeydiyyatdan keçdiyniz vaxt 5 dənədən artıq kart göndərə bilmirsiniz. Saytın sizə yeni 5 nəfərin ünvanını verməsi üçün isə daha əvvəl göndərdiyiniz kartların sahibinə çatmasl lazımdır.
Məsəlçün, mən saytın mənim üçün seçdiyi 5 ölkəyə artıq aşağıdakı post kartları göndərmişəm və inanıram ki, qısa zamanda heç gözləmədiyim ölkələrdən mənə də post kart gələcək :)
Sonra saytda "Direct Swap" deyilən bir şey var ki, siz istənilən ölkədən olan biriylə email vasitəsilə əlaqə saxlayaraq qarşılıqlı post kart göndərmək istədiyinizi bildirə bilərsiz. Məsəlçün, mənə bu vasitə ilə artıq İtaliyadan və Almaniyadan post kart gəlib.
Amma onu da deyim ki, belə direct swap o qədər də çox sərf etmir. Çünki göndərilən hər kart postalın qiyməti hara göndərilməsindən asılı olmayaraq 70 qəpikdir. Məsəlçün, mən o gün 8 kart göndərdim və 5 manat 60 qəpik pul ödədim. Düzü o 5 manatı verəndə də bir az ürəyim ağrımadı desəm yalan olar :)))
Ona görə də belə qərara gəldim ki, bundan sonra ancaq saytın təyin elədiyi 5-6 nəfərə kart göndərəcəm. Çünki göndəridiyimiz o kartlar profilimizdə də qeydə alınır. Amma bir başa əlaqə saxlayıb göndərdiklərimizdən isə ancaq özümüz xəbərdar oluruq və profilə heç nə əlavə olunmur.
Əgər bu post kart məsələsi sizə maraqlı gəldisə məncə siz də qoşulun. 12 post kart təxmini 4-5 manat qiymətində satılır. Hər göndərmə də 70 qəpikdir.
70 qəpiyə post kartınızın üzərinə 3-4 dənə marka yapşdırıb göndərirlər və 2 həftəyə göndərdiyiniz kart sahibinə çatır.
Mənə gələn bütün məktubları, post kartları, xırda hədiyyələri bax bu balaca qutumun içərisində saxlayıram.
İllər keçdikdən sənra bu kartlara, məktublara baxmaq doğrudan da çox maraqlı olacaq! :)))
merhaba!! :)
YanıtlaSilsende mi kartpostal ve mektuplarla ilgileniyorsun. her yıl bieçok ülkeden arkadaşlarımızla facebookta etkinlik düzenliyoruz. burada istediğin ülkelerden arkadaşlarla kartpostal değiştokuşu yapıyoruz. sonrasında isteyenlerle mektup arkadaşı oluyoruz
. :)
Merhaba!) Evet, ilgileniyorum :) Bloglardakı etkinliklere aslında bakmışdım, ama bir çoğunda yurt dışına göndermiyoruz yazmışdı, o yüzden katılamamışdım :(
SilSalam (: Mən qoşulmağa çalışdım ancaq Gəncədənəm, Gəncənin kodunu bilmədim deyə qoşula bilmədim. Kömək olsaz sevinərəm :)
YanıtlaSilSalam. Gəncənin poçt kodu AZ2000 di :)
Silmən sıf belə həvəsləndirici yazı yazdığın üçün qoşuldum.))) görəy necə olur. post kod və s. yazdım.
YanıtlaSilmən bu barədə mary and max filminə baxannan sora marağlanmışdım. hetta random reqemler yazıb ya da google earthde unvan tapıb göndərməy isteyirdim. amma tapa bilmirdim duzemlli adres. bu saytla tanış elədiyin üçün çox təşəkkürümü bildirirəm. görüm nə olur. amma ingilis dili problemi var gerey qramatik sehvleri düzelden tapım özümə..
hörmətlə @instaghiyev ;)
mən unvanı yazıram olmur zəhmət olmasa kömək edərdizdə mənə :(
YanıtlaSilunvani nece yazirsiz ki? Azerbaycan sriftleri ile yazanda qebul etmirler. amma ingilis sriftiyle unvani azerbaycanca yazsaz da olar
Silne qeder edirem alinmir ingilis sriftiyle yaziram. her wey alinir birce unvan alinmir
Siltwk artiq kecdim qeydiyyatdan
Silbes 70qepiyi nece alacaqlar on line xidmet deil kompnan?
YanıtlaSilxeyr, online deyil, poçta getmek lazımdı
Silfull adress yerine ne yazilmalidi bir azorda problem oldu
YanıtlaSilevinizin adresin tam olaraq yazmalısız. isteyisiz emailime yazın orda daha rahat izah edim
Silemail unvaniniz harda elde bilerem?? kecen defe gormusdum indi yadimdan cixdi
YanıtlaSilBlogun sağ köşesinə qoymuşam) emailim quluzade.arzu@gmail.com)
Silemailinizi tapdim yazmisam.sdize gelib cATIB duzmu yere yazmisam goresen???
YanıtlaSil