11/13/2013

Dikkat Vücüdunuz Konuşuyor!


Ahmet  Şerif İzgören – Türkiyənin məşhur kişisel gelişim uzmanlarından biridir. Yazıçının indiyə qədər  12 kitabı çap olunub və bunlardan 9-u  10.000 çox-dən çox satılıb.

Yazıçı ilə ilk tanışlığım “Dikkat! Vücudunuz konuşuyor”  kitabı ilə oldu.  Bir il bundan qabaq oxuduğuma baxmayaraq bu kitab hələ də yadımdan çıxmayan, dəyərli hesab etdiyim kitablar sırasındadır.

Kitabda insanın bədən dilində hər hərəkətin izahı ilə birgə bir çox tanınmış siyasi xadimlərin, diktatorların, məsəlçün Hitlerin məşhur əl hərəkətinin mənası  hər xırda detalına qədər izah edilib.


Bundan başqa kitabda rənglərlə də bağlı çox maraqlı faktlar yer alırdı. Bunlardan bəzilərini yuxarıdakı şəkildən oxuya bilərsiz. 

Kitabı oxuyub qurtardıqdan sonra yazıçının axıcı və səmimi yazı diliylə bir çox məlumatın yaddaşınıza həkk olunduğunu, yeni şeylər öyrəndiyinizi görəcəksiz. “Dikkat! Vücudunuz konuşuyor” bəzi bədən dili kitabları kimi insanı saf yerinə qoyan, bir çoxumuzun bildiyi şeyləri təkrar-təkrar qeyd edib yeni  məlumatlara az yer verən kitablardan deyildi.

 Məncə hər kəsin oxuyub bəyənəcəyi, hədiyyə olaraq da verə biləcəyi çox maraqlı kitabdır. 
Onu da qeyd edim ki, bu kitabı bir dəfə oxumaqla kitabdan doyan deyilsiz. Mənim kimi təkrar-təkrar oxumaq istəyəcəksiz :)

Kitabın içərsindəki mövzular:
Bölgeler ve Hakimiyet Alanları
Ellerin Verdiği Mesajlar
Savunma
Gözler, Bakışlar, Başın Kullanımı
Makam Odaları İş Dünyası, Güç Oyunları
Aynalama, Yalan, Flört,
Beyin, Duygular ve Bedenimiz
Renklerin İş Yaşamında Kullanımı

Kitabdan seçilən maraqlı hissələr:

Şəkillərin üzərinə klikləyərək yazıları daha rahat oxuya bilərsiz. 
Kitabı pdf olaraq oxuduğumdan resimler alıntıdır. 





Bu kitabı PDF olaraq oxusam da, kitab formasında əlimin altında olmağını çox istərdim. 

P.S: Hər kəsin oxuyub bəyənəcəyi, yeni şeylər öyrənə biləcəyi mükəmməl bir kitab :)




10 yorum:

  1. Dünya ədəbiyyatını oxumağı daha çox sevsəm də, arada məlumatım olsun deyə bizim yazıçılardan da nəsə oxumaq istəyirəm. Zəhmət olmazsa arada bizim yazıçılardan da məsləhət bildiyiniz kitabları paylaşın.

    YanıtlaSil
  2. Cəlil Məmmədquluzadə, İlyas Əfəndiyev, Hüseyn Cavid və s. yazıçılarımızın kitabların, seçilmiş əsərlərin almışam, amma bu aralar oxumaq bir türlü qismət olmur. Kitab çoxdu, amma oxumaa vaxt çox azdı)
    Amma siz dediyiniz kimi öz yazıçılarımızın da kitabların oxuyub məlumatlı olamaq yaxşıdır.

    YanıtlaSil
  3. Arzu xanim salam, sizin ixtisasiniz nedir? Bilmek olarmi?

    YanıtlaSil
    Yanıtlar
    1. Esmer xanım, bu sualınızı hələ indi görürəm) İxtisasım Neft Sənayesinin təşkili və idarə edilməsidir)

      Sil
  4. Maraqli kitaba oxsayir heqiqeten...Arzu xanim, idarecilikde oxudugunuzi bilmeseydim filoloq oldugunizi dudunerdim.( Kitablara gostrtdiyiniz maraq ve hevesden dolayi)

    YanıtlaSil
    Yanıtlar
    1. Düzün deyim ki, məktəb vaxtı ədəbiyyat dərsləri mənə heç maraqlı gəlmirdi. Əsərlar haqqında inşaları yazmaq isə ayrı bir zülm idi) Amma indiki ağlım olsa, o əsərləri diqqətlə oxuyub elə maraqlı inşalar yazaram ki)))


      Sil
  5. Menim de eserlere boyuk heves ve maragım var...oxudugum eserlerın sayını bılmırem.Dedektıv eserler daha cox dıqqet merkezımdedı..oz dedektıv yazarlarımızdan Cıngız Abdullayevın,Elxan Elatlının daımı oxucusuyam..Inamıram sız de oxumamıs olmazsız bu haqda paylasımlarınız olsa sevınerem.

    YanıtlaSil
    Yanıtlar
    1. Hər iki yazıçının da kitabın oxumuşam, inşallah bir gün onlar haqqında da fikirlərimi yazaram)

      Sil
  6. İnşAllah hal-hazırda oxudugum kıtab "Çerpeleng uçuran"dı bu eserleri oxudugum kıtabların şahı sayardım cox aglardı menı duzdu hele tamamlamamısam ancaq yazıcının ılk eserı olmasına baxmayaraq cox ugurlu netıcedı.

    YanıtlaSil
  7. Ahmet Şerif' in en beğendiğim kitabı bu. Bir de "Şu Hortumlu Dünyada Fil Yalnız Bir Hayvandır" kitabı güzel.

    YanıtlaSil