11/13/2013

Elif Şafak - Şemspare



Elif Şafak - Türkiyənin ən məşhur qadın yazarlarından biri... Onu sevənlər qədər, sevməyənlər də var. Amma mən Elif Şafakı İskender kitabında bir o qədər bəyənməsəm də, bu kitabda oxumağa dəyər yazıçı olduğunu anladım.

 Oxuduğum kitab, Şemsparə Elif Şafakın köşə yazılarından ibarət olsa da, aralarında maraqlıları vardı. Hətta oxuduğum bəzi hekayələrdə özümü tapdım deyə bilərəm. Ən çox diqqətimi çəkən isə Şafakın bənzətmələri oldu. Sözlərdən doğrudan da çox gözəl istifadə edir bu xanım yazıçı.


Amma onu da qeyd edim ki, türkcə bir çox kitabı rahatlıqla oxuyub başa düşməyimə baxmayaraq, bu kitabda bilmədiyim sözlər çox idi. Ona görə də bir çox sözün mənasını anlamaq üçün tez-tez google-a müraciət etmişəm.

 Elif Şafakın tez-tez istifadə etdiyi sözlər var ki, onlar da oxuyarkən diqqətimi çəkdi:
1.Arafta kalmak - yəni ki, cənnətlə cəhənnəm arasında qalmaq
2. Camdan Getto -  eyni şəhərdən gələn insanların birlikdə yaşadığı yer
3. Ekseriya - çoğunlukla
4. Peyderpey - yavaş-yavaş deməkmiş.

Kitabdan yeni şeylər çox öyrəndim. Bunlara müxtəlif yazıçıların həyatın, maraqlı məsləhtləri, öyrəndiyim türkçə yeni ifadələri və sözləri əlavə etmək olar. Bir sözlə sevərək oxuduğum, maraqlı bir kitab oldu.

 Kitabı endirimdə 3 manata yaxın aldığım üçün, verdiyim pula heç heyfim gəlmir. Amma ki, 8 manata yaxın pul veriləcək kitab deyil. Sadəcə olaraq kitabı endirimdə alsanız və ya dostunuzdan götürüb oxusanız daha məsləhətli olar :) 

İndi isə kitabdan seçdiklərim:












Annelerimizin gözünde ne zaman büyürüz? :))


Kitabda M.K. Perkerin karikatürlərini çox bəyəndim. Aralarında bunun kimi maraqlıları vardı :)