E.M.Remark - Qərb Cəbhəsində yenilik yoxdur


Bu kitabı yayda Ali ve Nino mağazasından 70 % endirimdə olanda almışdım. Düzü, kitabı alanda əsər haqqında heç bir məlumatım yox idi. Sadəcə olaraq müəllifi Remarkdır deyə diqqətimi çəkmişdi.
Kitabı yayda alsam da, uzun müddət rəfdə gözlətdikdən sonra nəhayət 2013-ün fevralında oxumaq qismət oldu. 

Kitabda Birinci Dünya Müharibəsi  tarixindən, gənc əsgərin düşüncələrindən bəhs olunur. 19 yaşlı Paul Boymer özü də bilmədən məktəbdən birbaşa cəbhəyə gəlir. O, cəbhədə gözlədiyi müharibə həyəcanı və macəraları əvəzinə qırğının amansızlığını və dostlarının dəhşətli ağrılarının şahidi olur.

"Qərb cəbhəsidə yenilik yoxdur" bütöv halda, ən azından 50 dildə 20 milyon tirajla yayılıb. Bu da, İncildən sonra dünyada ən çox nəşr olunmuş ikinci kitab hesab olunur.

Kitab 1920-ci il müharibələrinə qarşı olduğu, əsgərləri ruhdan saldığı üçün Nasist Almaniyasında qadağan olunmuşdur.

Kitabdan sitat:

O təklif edir ki, müharibə elan edilməsi bilet satılan öküz yarışmalarında olduğu kimi musiqi ilə müşayiət olunan xalq bayramı olmalıdır. Onda arenada hər iki ölkəni təmsil edən general və nazirlər, dəyənəklə silahlanaraq alt tumanda bir-birinin üstünə atılmalıdırlar. Kim sağ qalsa, onun ölkəsi udacaq. Bu daha yaxşı və ədalətli olardı. Yoxsa belə, onlar kənarda qalıb, amma bir-birini heç tanımayan insanlar döyüşürlər. 

Kitabın azərbaycan dilinə tərcüməsində yenə də bir sıra səhvlər var idi. Cümlələr bir-birinə uyğun gəlmir, mənası anlaşılmırdı. Ona görə də əgər bacarırsızsa, çalışın kitabı başqa dildə oxuyun. 

P.S: Kitab maraqlıydı, rahat oxunurdu, 2 gündə oxudum bitdi, amma 5 ballıq deyildi.
Gözlədiyimin altında oldu.
Remarka 3 verməyə utanıram, amma napalım artık :)


Yorumlar

  1. Salam Arzu. Mənim də oxumaq istədiyim əsərlərdən biridir bu roman. Dərslərdən vaxt olsa oxuyacam mütləq. Bir də İncildən sonra ən çox satılan kitab barədə məlumat dəqiqdirmi ? Mən P. Koelxonun "Əl - kimyagər" əsərinin 50 milyon tirajdan çox satıldığını eşitmişdim.

    YanıtlaSil
    Yanıtlar
    1. Salam :) İncildən sonra ən çox satılan kitab olması elə kitabın özünün içərisində qeyd edilmişdi. Həralda yanlış məlumat olmaz)

      Çünki internetdə baxdım Kimyacı İncildən sonra ən çox oxunan kitab olub. Biri satılandı, biri oxunan)

      Amma tam dəqiq bilmirəm. Mən də kitabın yalançısıyam)

      Sil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan