Oda - Emma Donoghue


Əlimdə gördüyünüz bu kitab, yəni Oda - New York Times tərəfindən 2010-cu ilin ən yaxşı 10 kitabından biri seçilib. Kitab irlandiyalı yazar Emma Donoghue tərəfindən qələmə alınıb. Kitabın mövzusu əslində çox maraqlıdır, daha doğrusu reala yaxındır.

 Yadınızdadırsa, 2008-ci ildə Avstraliyalı bir ata 24 il boyunca qızını balaca bir otaqda gizlədərək, ona dəfələrlə təcavüz etmiş, 6 uşaq atası olmuşdu. Doğrudan da bu insanın tüklərini biz-biz edən bir skandal idi. Baxın, kitabda da təxmini bu mövzudan bəhs edilir. Yaşlı Nick ləqəbli bir kişi universitetdə oxuyan 19 yaşlı qızı aldadaraq qaçırır və onu bir otağa həbs edir. Məhz bütün hadisələr də bundan sonra başlayır.

Kitabı oxumağa başlayanda adam bir az çətinlik çəkir, çünki əvvəldə hələ hər şey tam aydın başa düşülmür. Amma kitabı oxuduqca, ortalarına gəldikcə artıq hər şeyi anlamış olursuz. Yəni kitabın əvvəli buna görə darıxdırıcı olsa da, ortaları çox maraqlı və axıcıdır.

 Kitabı bir az oxuduqdan sonra başa düşdüm ki, hadisələr 5 yaşlı bir uşağın dilindən nəql edilir. Uşaq gözünü açdığı andan otaqdan, anasından və televizordan başqa heç nə görmədiyindən dünyanın yalnızca o otaqdan ibarət olduğunu, qapıdan kənardakı həyatı uzay, televizor ekranında gördüklərini isə o qutunun içində var olan, real olmayan bir şeylər zənn edirdi. Lakin 5 yaşına çatanda artıq Jackin anası ona bütün gerçəkləri başa salır və qaçmaq üçün planlar qururlar. 

Bütün bunlardan sonra Jack və anası qaça bilir ya yox, başlarına nələr gəlir onları da mən yazmayım ki, oxumayanlar üçün kitabın marağı qaçmasın :) 

Kitab maraqlıydı, axıcıydı, amma düzün deyim ki, mən 2010-cu ilin 10 kitabından biri statusuna layiq görməzdim. Çünki kitabda elə bil nəsə çatmırdı. 


Ruh kendi topluluğunu seçer, sonra kapatır kapıları...

Məsəlçün, kitabda belə bir şey var ki, hər həftənin müəyyən günü Jackin anası özündə olmur və yataqdan belə durmur. Bunun səbəbi isə bütün kitabı oxusam da, hələ mənə məlum deyil və bu mənim üçün çox qaranlıq qalıb. Əslində Jackla bağlı bəzi şeylər də mənim üçün qaranlıq qaldı. Yəqin bütün bunlar yazıçının hadisəyə tam olaraq aydınlıq gətirməməsi ilə əlaqədardır.

Sonra kitabda bir çox isim böyük hərflə yazılmışdı. Məncə yazıçının bununla demək istədiyi bir şey var, lakin çox təəssüf ki, mən onu anlayıb, o mesajı tuta bilmədim.

Kitabı oxuyanda görəsən indi də hardasa kimlərsə belə əsarətdədir deyə düşünməmək mümkün deyil...

Əslində yazıçının yazdığı çox dramatik bir şeydir, çox təsirlidir, amma təəssüf ki, yetəri qədər yaxşı qələmə alınmayıb. Şəxsən mən o faciəni bir uşağın yox, ananın gözüylə görüb bilmək istərdim. Onda məncə daha təsirli olardı. 

Kitabın tanıtım videosuna isə söz ola bilməz, çox gözəl hazırlanıb, istəyənlər buyurub baxsın. 





Yorumlar

  1. Harika bir kitapdı.Bir odada anne ile çocuğunun dünyası,gerçekten inanılmazdı.

    YanıtlaSil
  2. Okuduğum en etkileyici kitaplardan birisidir Oda...Uzun süre hikayenin etkisinden çıkamamıştım...

    YanıtlaSil
  3. kitabı oxumamışam, ama o sözü gedən hadisə yadımdadı "insan"lıqdan utandım resmen. oxumaq istərdim kitabı

    YanıtlaSil
  4. mənsə eyni fikirdə deyiləm. əla bir şeydi məncə kitab. o böyüy hərflərlə yazılan şeyləri isə uşaq xüsusi bir şey kimi görür məncə ona görə) ki, xüsusi isimlər böyüy yazıldığına görə onlarıda böyüynən yazıb. sora o həftə yox ay kimi yadımda qalıb mənim. və onu da qadın xəstəliyi kimi başa düşmüşdüm. kitabın bitməsini istəmirdim oxuyanda. məncə layiqdi o yerə :)

    YanıtlaSil
    Yanıtlar
    1. Böyük hərflə yazmağa düzü o xüsusi isim kimi baxmaq məsələsin mən də düşünmüşdüm, amma sonra nəsə fikrimdən daşındım :) amma o qadın xəstəliyi ola biləcəyi ağlıma gəlməmişdi, nə yalan deyim :)))

      Sil
    2. əladı :) filmidə olsa böyüy maraqla baxaram.

      Sil
  5. Bu kitabin elektron versiyasi var?

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan