London, Çin və Havay adalarından gələn post kartlar :)


Yeni yazım ilə yenə də burdayam :) Son zamanlar kitablar haqqında yazmıram deyə elə bilməyin ki, kitab oxumuram. Sadəcə olaraq dəsrlər, monitorinqlər və digər işlərimlə əlaqədar olaraq yazmağa vaxt tapmıram. 

Keçən həftə Puccanın 3-cü kitabı "Allah beni böyle yaratmış" və Kahraman Tazeoğlunun "Bambaşka" kitabların oxuyub bitirdim. İnşallah növbəti günlərdə həmin kitablar haqqında yazılarımı oxuya biləcəksiz. 

Burdakı yazımdan bildiyiniz kimi Postkartlara əməlli-başlı maraq salmışam və artıq demək olar ki, poçtalyon da evimizin daimi qonağına çevrilib. Keçən həftə Böyük Britaniyadan, Havay adalarından və Çindən çox gözəl kartlar və hədiyyələr aldım. 


Şəkildə gördüyünüz bu kart  Böyük Britaniya muzeyindən alınıb. Kartın üzərində Elizabeth I -in şəkli əks olunub. Aşağıdakı şəkildə Londondan gələn poçt markanı da görə bilərsiz :) Şəkillərə klikləyib daha böyük ölçüdə baxa biləcəyinizi unutmayın :)


Keçən həftə dərsdən gələndə qapımızın arasına bir məktub qoyulduğunu görən də doğrudan da çox sevinmişdim. Çünki artıq qapıda nəsə görən kimi başa düşürəm ki, yenə hansısa ölkədən  çox gözəl bir kart gəlib :) Bu dəfə isə sadəcə bir kart deyil, zərf dolusu kartlar və kiçik hədiyyələr gəlmişdi. 


Zərfin içərisindən bir-birindən qəşənq 4 post kart çıxdı. Kartlarda Çinin müxtəlif bölgələri, məşhur Giant Pandaları və Çin ailəsi əks olunub. 



Bu kartlar da mənim ən çox xoşuma gələn o oldu ki, İnes (çinli rəfiqəmin adıdı))) hər kartın arxasına maraqlı qeydlər yazmışdı. Məsəlçün, uşaqlar əks olunan kartın arxasına Çində ailədə bir uşaqdan artığına icazə verilmədiyi üçün evin tək qızı olduğunu, amma buna heyfslənmədiyini, çünki yaxşı dostları olduğunu qeyd etmişdi.

 Sonra kartların birinin arxasına İnes 2 çin qəpiyi yapışdırıb.Qəpiklər çincə yi jiao adlanır. 2 belə bir qəpiklik 1 yuan sayılır :)) Yuan da Çinlilərin manatı  kimi bir şeydir :)
Baxın aşağıdakı şəkildə həmin qəpikləri görə bilərsiz.



Əslində poçtla pul göndərmək qadağan olunduğundan yazıq qız belə üsula əl atıb :) Amma doğrudan da ağıllı fikirmiş. Mən olsam elə məktubun içinə qəpikləri boş atardım, hamı da bilərdi ki, o zərfin içində qəpiklər oynuyur :D



Bunlarda zərfdən çıxan digər kartlardır. Sonra zərfin içində mənim çox xoşuma gələn kiçik bir hədiyyə də var idi. Sizcə nəydi? Bir kitabsevərin ən çox sevdiyi şeylərdən biri olan - əlfəcin, yəni kitap ayraçları idi. Baxın görün necə şirin yeni bookmarklarım oldu :)


Bilirəm, bu dəqiqə çoxsunuz deyisiz ki, kaş mən də olaydı bu bookmarklar :))

Növbəti kartım isə Sakit Okeanda yerləşən Havay adalarından yola çıxaraq Sakit okeanla yanaşı, Atlantik okeanın da üzərindən uçub gəlmiş aşağıdakı kartdır. 



 Bu kartların hamısı mənim üçün doğrudan da çox dəyərlidir. Çünki mən onlara adi kart kimi yox, gəldiyi ölkələri gəzib, müxtəlif millətlərin əlindən keçib sonda mənə çatan dəyərli bir hədiyyə kimi baxıram. O kartlar saatlarla təyyarələrdə yol gəlib, mənim görmədiyim yerləri görüb, o ölkələrin havasın alıb, axı necə sevməyim onları :) 

Keçən həftə gələn kartlarım yuxarıda gördükləriniz oldu. Bugün mən də gedib müxtəlif ölkələrə öz kartlarımı göndərdim. Maraqlananlar üçün hansı ölkələrə göndərdiyimi yazıram:

1. Norveç
2.  Sinqapur 
3. Tayvan
4. Havay adaları 
5. Hindistan
6. Kipr
7. Belarusiya
8.  Çin
9. İran
10. Almaniya 


İnşallah növbəti yazılarım kitablar haqqında olacaq, darıxmayın :)

Yorumlar

  1. kartpostalları çok severim <3
    küçükken koleksiyon yapmıştım, hala dururlar :)
    özellikle ilkini çok beğendim ;) bir de pandayı hihihi

    YanıtlaSil
  2. Hamısı superdi, men de özellikle panda deyirem, pandasever biri olaraq :)) bookmark'lar da lezzet eledi ;)

    YanıtlaSil
  3. Çox maraqlı gəldi. Bilmək istərdim ki, özünüzdə olan postkartları hardan alırsınız? Yəni mən hardan əldə edə bilərəm?

    YanıtlaSil
    Yanıtlar
    1. mən 28 maydakı kitab mağazasından almışam, amma qız qalasının yanında, içəri şəhərdə, ali ninoda da satırlar.

      Sil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan