3/02/2013

Türkiyədən gələn Mutluluk :)

Uzun müddətdən sonra yeni xəbərlər ilə yenə də qarşınızdayam :)

Dərslər başlayannandır başım o qədər qarışıb ki, burda nəsə yazmağa heç cür vaxt edə bilmirdim. Nəhayət ki, bugün şeytanın ayağın sındırıb çoxdandı yazmaq istədiyim yazını yazıram.

"Blog sənə nə verdi?" deyə məndən soruşsalar, çox güman ki, verəcəyim ilk cavablardan biri mənə yeni dostlar, tanışlar qazandırdı olardı. Blog vasitəsilə tanıdığım o gözəl insanlardan biri də Merve xanım oldu.

365 Günlük blogunu uzun müddətdir ki, sevərək oxuyurdum. Bir gün Merve xanıma blogunda "Azərbaycanda Türkiyədəki kimi qəşənq əlfəcinlər (kitap ayraçları) tapmaq çox çətindir, kaş bu ayraçlar mənim olaydı" dedim, Merve xanım da öz cömərdliyini göstərib o güzelim kitap ayraçlarını mənə hədiyyə göndərdi. 

Qeyd edim ki, bu mənə xaricdən gələn ilk hədiyyə idi və mənim üçün doğrudan da çox dəyərli oldu. 
Merve xanımın göndərdiyi kart postları və yazdığı o  məktubları həmişə saxlayıb, hətta özümlə cehiz aparmaq fikrindəyəm desəm yalan olmaz :))) 
Zərfin içərisindəkiləri artıq şəkillər vasitəsilə sizinlə bölüşmək istəyirəm.





Hədiyyələr üçün, kitap ayraçları üçün Merve xanıma sonsuz təşəkkürlər. 
İnşallah mənim də Merve xanıma göndərdiyim hədiyyələr ona çatdıqdan sonra şəkillərini sizinlə paylaşaram. Məncə, Azərbaycanımızı təmsil edən maraqlı hədiyyələr seçmişəm  :)