Almaniyadan gelen mutluluk

Evimizə gələn ikinci poçt kartım Almaniyadan oldu! Bu kart mənə doğrudan da sürpriz idi, çünki göndərən xanımla heç əlaqə saxlayıb əvvəlcədən danışmamışdıq. 
Şəkillərin üzərinə klikləyərək böyük ölçüdə baxa bilərsiz. 

 Kartın üzərində gördüyünüz şəkil Alman rəssam və şairi Carl Spitzwegin çəkdiyi "Kasıb şair" adlı tablosunu əks etdirir. Tablo 1839-cu ilə aiddir. 



Hannelore adlı xanım kartın arxasına 1979-cu ildə Bakıda, İrəvanda və Tiflisdə olduğunu qeyd edib və məndən Bakıyla bağlı poçt kart istəyib :) 

Düzün deyim ki, xanımın xətti yaxşı olmadığından ünvanını tam oxuya bilmirəm, amma yəqin ki, ünvanı dəqiqləşdirib mən də qəşənq bir poçt kart göndərəcəm.


Alman poçt markaları isə bunlardır :) 

Yorumlar

  1. çoxdandi bu bloga girməyə vaxtım olmurdu. görməyəli çox dəyişib buralar,yaxşı mənada :)

    YanıtlaSil
    Yanıtlar
    1. Həə Nəsimi, yazın gəlişiylə bloguma da yeni abu-hava vermişəm :)

      Sil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan