3/25/2013

PuCCa - Küçük aptalın büyük dünyası



PuCCa – İnternet dünyasının fenomeni!

Blog dünyasının məşhur qızıyla nəhayət mən də tanış oldum :)

Pucca 2 il bundan qabaq sırf ayrıldığı sevgilisini biabir etmək üçün blog açmış və blogunda yazdığı yazılar ilə özünə böyük bir oxucu kütləsi qazanmışdı.

Blog yazmaqla qalmayıb, öz həyatını kitab kimi qələm alan PuCCa həftələrlə Türkiyədə ən çox satılanlar siyahısında zirvədə qalmağı bacardı. Hətta bestseller olmaqdan əlavə, nəşr edilən tirajları hər dəfə bitdiyi üçün artıq "Küçük aptalın büyük dünyası" kitabı 42-ci dəfə nəşr edilir =)

Məhz buna əsaslanaraq, qızın kitabları "mənəm, mənəm" deyən yazıçıların kitabından daha çox satılıb desəm yalan olmaz =)

Bəziləri kitabı oxuyanda sadəcə olaraq tez-tez sevgili dəyişdirən, bütün həyatını abırsızca qələmə alan bir qız görsə də, düzün deyim ki, mən PuCCanı çox sevdim. Çünki insan özünü onun yerinə qoyanda yaşadıqlarını daha yaxşı başa düşür.
 Uşaq vaxtı anası tərəfindən başqa bir kişiyə görə tərk edilmiş, ögəy atası tərəfindən döyülüb söyülərək böyüyüb, ana sevgisindən məhrum olmuş gənc bir qızdan söhbət gedir.
 Əlbəttə ki, ata sevgisi görməyən qızlar həmişə hər hansı bir oğlanı özü üçün ideallaşdıraraq, onu atasının yerinə qoyub həmin oğlanın sevgisinə sığınır. Məncə məhz Puccanın dərdi də belə idi. O hər dəfə birinə inanıb, ona sığınanda, tam həyatımda hər şey yolundadır deyəndə gözlənilmədən sevdikləri tərəfindən tərk edilirdi!
 Puccaya corab dəyişən kimi sevgili dəyişən biri kimi baxmaqdansa, onun uşaq vaxtı yaşadıqlarını nəzərə alıb bugün yaşadıqlarını anlamaq lazımdır məncə.

Düzün deyim ki, doğrudan da kitab mənə çox ləzzət elədi. Argo sözlərlə çox sadə şəkildə yazılmasına baxmayaraq oxuyarkən məni güldürən, düşündürən, maraqlı kitab oldu. Necə deyərlər, kanım ısındı bu Puccaya :) Şəkildə gördüyünüz hatun da Puccanın ta kendisidi)

Diqqət! Diqqət! Axtunq! Axtunq! :D
Kitabı metroda, avtobusda oxumağınız məsləhət görülmür, yoxsa oturduğunuz yerdə mənim kimi gülmə krizlərinə girə bilərsiz. Mənim başıma gəldi də, ordan bilirəm :D

Puccanı daha çox qızlara məsləhət görürəm, amma argo söz filan oxumaq sizi narahat edirsə, onda bu kitabı unudun getsin :)


 Düzdür, bu cür kitabları pul verib almağa ürəyim gəlir, amma Puccanı merak edənlər kitabı pdf olaraq yükləyib oxuya bilərlər. 
https://docs.google.com/file/d/0ByWu3WXDjM7gcGlZM2RfekhpYzQ/edit Bura klikləyib kitabı yükləyə bilərsiz...

Məncə hər kəs Puccada və onun sevgililerində az da olsa öz həyatından bir şeylər tapıb doğrudan da niyə belə olur deyə öz-özünə düşünəcək...

Bəlkə çoxları məni qınayacaq, amma mən bütün argoluğuna baxmayaraq bu kitaba 5 verirəm.
Tətil vaxtı əyləncə üçün oxuya biləcəyiniz keyifdolu bir kitabdı! :)