Pucca ve geri kalan her şey



Puccadan bundan qabaqkı yazımda sizə bəhs etmişdim.

Bu kitabda da birincisində olduğu kimi Pucca hər şeyi bütün çılpaqlığı və əlbəttə ki, vulqar sözləri ilə birlikdə qələmə almışdı. 

Düzün deyim ki, bu kitabda məni güldürən şeylər daha çox oldu. Hətta gözümdən yaş gələnə kimi iki qat olub o qədər gülmüşəm ki :)

Puccanı oxumaya başlayandan evdə ən çox eşitdiyim söz budu: Nəyə gülüsən yenə?)  

Nəyəsə kahkahalar ata-ata gülürəm, amma üstündən bir saat keçəndən sonra nəyə güldüyüm az-maz yadımda qalır. Cem Yılmaza baxanda da elə oluram. Otururam baxıram gülürəm gülürəm, day gülməkdən ağlıyıram, amma axırda bir-iki dənə replik yadımda qalır) Deyəsən bu mənim huşsuzluğumdan irəli gəlir :) 

 Kitab haqqında bircə onu deyim ki, çox yüngül, bir günə oxuyub qurtara biləcəyiniz bir kitabdı. Kitab deyəndə Dosteyvskinin əsərlərini filan ağlınıza gətirməyin, çünki bu sadəcə olaraq gənc bir qızın günlüyünün kitab halına salınmış  formasıdır. 

Bu kitabında Pucca daha çox Cerri adlı yeni sevgilisindən yazıb. Bu  yazımda Puccanın şəklin sizinlə paylaşmışdım, bu dəfə isə o məşhur Cerrinin üzün sizə göstərmək istədim. Buyurun, qarşınızda Pucca və Cerri cütlüyü)) ta ta ta taaaam!



Düzün deyim ki, Cerrini heç belə təsəvvür etmirdim :))

Puccanın yazdıqlarının ən azı birini yaşayan, onun kimi düşünən qızlar olsa da, bunu etiraf edən çox az adam var. 

Qısa zamanda Puccanın 3cü kitabı "Allah beni böyle yaratmış"ı oxumağa başlayacam . Deyilənə görə o kitab daha çox duygusaldı. Çünki orda Pucca daha çox uşaqlığından, ailəsindən və 4 ilə yaxın bir yerdə olduğu Ankaradakı sevgilisindən yazıb…

Birinci yazımda deydiyim kimi bu cür kitablara pul verməyə əlim gəlmir. Ona görə siz də kitabı burdan yükləyib oxuya bilərsiz. https://docs.google.com/file/d/0BwbKyGwd72uwTUtmbEUwRTJtRzQ/edit


Bu arada onu da deyim ki, bu il, yəni 2013-də Puccanın filmi çəkiləcək. Pucca baş rolda "Bugün ne giysem" verlişindən bir çoxumuzun yaxşı tanıdığı Özge Ulusoyun oynamasını istəsə də, oxucuları filimdə elə baş rolu Puccanın özünün oynamağının tərəfdarıdır. 

Məni bu qədər güldürdüyünə görə bu kitaba 5 düşür :)))


Yorumlar

  1. Pucca dehwet marağıma sebeb oldu, ilk fürsetde oxumaq isteyirem.. Bir de bu stilde kitab oxuyaq :))

    YanıtlaSil
    Yanıtlar
    1. aha Nurlana, mence de bir defe bu stili yoxla gör bəyənirsən ya yox) Bu kitabı oxumaq oturub romantik komedi tadındakı kinoya baxmaq kimi bir şeydi :))

      Sil
  2. jerry ni de görmek qismet oldu. Pekmezi de gorseydik. hele erik de var :)

    YanıtlaSil
    Yanıtlar
    1. Gulare xanım, deyəsən siz uje kitabları oxuyub qutarmısız hə?))

      Sil
    2. Sonuncusu qalib hele. Onu da oxusam qurtarar)))

      Sil
  3. orospu cocuklArini BU DEYIB ONDA::))))

    YanıtlaSil
  4. allah beni boyle yaratmisda eveli oxumaq maraqli gelmir.orda ankarali yoxduu.

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan