PuCCa - Küçük aptalın büyük dünyası
PuCCa – İnternet dünyasının fenomeni!
Blog dünyasının məşhur qızıyla nəhayət mən də
tanış oldum :)
Pucca 2 il bundan qabaq sırf ayrıldığı
sevgilisini biabir etmək üçün blog açmış və blogunda yazdığı yazılar ilə özünə böyük bir oxucu kütləsi qazanmışdı.
Blog yazmaqla qalmayıb, öz həyatını kitab kimi
qələm alan PuCCa həftələrlə Türkiyədə ən çox satılanlar siyahısında zirvədə
qalmağı bacardı. Hətta bestseller olmaqdan əlavə, nəşr edilən tirajları hər dəfə bitdiyi üçün artıq "Küçük aptalın büyük dünyası" kitabı 42-ci dəfə nəşr edilir =)
Məhz buna əsaslanaraq, qızın kitabları "mənəm, mənəm" deyən
yazıçıların kitabından daha çox satılıb desəm yalan olmaz =)
Bəziləri kitabı oxuyanda sadəcə olaraq tez-tez
sevgili dəyişdirən, bütün həyatını abırsızca qələmə alan bir qız görsə də,
düzün deyim ki, mən PuCCanı çox sevdim. Çünki insan özünü onun yerinə qoyanda yaşadıqlarını
daha yaxşı başa düşür.
Uşaq
vaxtı anası tərəfindən başqa bir kişiyə görə tərk edilmiş, ögəy atası tərəfindən
döyülüb söyülərək böyüyüb, ana sevgisindən məhrum olmuş gənc bir qızdan söhbət gedir.
Əlbəttə
ki, ata sevgisi görməyən qızlar həmişə hər hansı bir oğlanı özü üçün
ideallaşdıraraq, onu atasının yerinə qoyub həmin oğlanın sevgisinə sığınır. Məncə məhz
Puccanın dərdi də belə idi. O hər dəfə birinə inanıb, ona sığınanda, tam həyatımda
hər şey yolundadır deyəndə gözlənilmədən sevdikləri tərəfindən tərk edilirdi!
Puccaya
corab dəyişən kimi sevgili dəyişən biri kimi baxmaqdansa, onun uşaq vaxtı
yaşadıqlarını nəzərə alıb bugün yaşadıqlarını anlamaq lazımdır məncə.
Düzün deyim ki, doğrudan da kitab mənə çox ləzzət
elədi. Argo sözlərlə çox sadə şəkildə yazılmasına baxmayaraq oxuyarkən məni güldürən,
düşündürən, maraqlı kitab oldu. Necə deyərlər, kanım ısındı bu Puccaya :) Şəkildə gördüyünüz hatun da Puccanın ta kendisidi)
Diqqət! Diqqət! Axtunq! Axtunq! :D
Kitabı metroda, avtobusda oxumağınız məsləhət görülmür, yoxsa oturduğunuz yerdə mənim kimi gülmə krizlərinə girə bilərsiz. Mənim başıma gəldi də, ordan bilirəm :D
Puccanı daha çox qızlara məsləhət görürəm, amma argo söz filan oxumaq sizi narahat edirsə, onda bu kitabı unudun getsin :)
Düzdür,
bu cür kitabları pul verib almağa ürəyim gəlir, amma Puccanı merak edənlər
kitabı pdf olaraq yükləyib oxuya bilərlər.
https://docs.google.com/file/d/0ByWu3WXDjM7gcGlZM2RfekhpYzQ/edit Bura klikləyib kitabı yükləyə bilərsiz...
Məncə hər kəs Puccada və onun sevgililerində
az da olsa öz həyatından bir şeylər tapıb doğrudan da niyə belə olur deyə
öz-özünə düşünəcək...
Bəlkə çoxları məni qınayacaq, amma mən bütün argoluğuna baxmayaraq bu kitaba 5 verirəm.
Tətil vaxtı əyləncə üçün oxuya biləcəyiniz keyifdolu bir kitabdı! :)
:)) son yazı süpermiş =)
YanıtlaSilVauuuuu maraqlıdı...gorunur,oglanlara oxumaq meslehet deyıl.
YanıtlaSilMerhaba,
YanıtlaSilBlogunuzla tanışıyorum şu an,
Bu kitabı okuyacağım :))